Xəbər lenti
Trampın porno ulduzla bağlı işində hökm tarixi açıqlandı
ABŞ-ın seçilmiş prezidenti Donald Trampa porno ulduzla bağlı rüşvət işi üzrə hökm onun andiçmə mərasimindən 10 gün əvvəl elan ediləcək.
Manevr.az xəbər verir ki, bu barədə "Apnews" agentliyi məlumat yayıb.
Məlumata görə, hakim Xuan Merçan porno ulduz Stormi Danielsə 130 min dollar "susma haqqı" ödəmək məsələsi ilə bağlı hökmün 10 yanvar tarixində elan olunacağını bildirib.
Hakim qeyd edib ki, hökm "yumşaq" olacaq və qeyd-şərtsiz azadlıq təmin edəcək. Hökm ittihamedici ola bilər, lakin həbs cəzası, cərimə və ya sınaq müddəti tətbiq edilməyəcək. Tramp məhkəmə iclasında məsafədən iştirak edə biləcək.
Hakim yazılı qərarında vurğulayıb: "Bu işin bağlanması ədalət maraqlarına xidmət edəcək. Tramp keçmiş və gələcək prezident kimi şərtsiz azadlıq hökmü ilə cəzalandırılacaq, burada məhkumluq qüvvədə qalır, lakin iş həbs, cərimə və ya sınaq müddəti olmadan bağlanır".
Xatırladaq ki, Tramp 2016-cı il seçkilərindən əvvəl böyüklər filmləri aktrisasına ödənişləri biznes sənədlərində saxtalaşdırmaq ittihamı ilə 34 maddə üzrə təqsirli bilinmişdi. Ona bu işlə bağlı dörd ilədək həbs cəzası təhdidi var idi.
Bundan əlavə, Tramp seçki kampaniyasının qızğın vaxtında məxfi sənədlərin saxlanması ilə bağlı da məhkəmə qarşısına çıxarılacaq. O, prezidentlik müddətini başa vurduqdan sonra milli təhlükəsizliklə bağlı sənədləri qanunsuz olaraq saxladığı iddiası ilə ittiham olunub.(qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar