Sizin Reklam Burada
Xəbər lenti
06-01-2025
05-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qırmızı şərabın hansı şəraitdə ürəyə faydalı olduğu açıqlandı

Tarix: 04-01-2025 16:23     Baxış: 488 A- / A+


Qırmızı şərabın hansı şəraitdə ürəyə faydalı  olduğu AÇIQLANDI
Barselona Universitetinin və Barselona Klinik Xəstəxanasının alimləri müəyyən ediblər ki, Aralıq dənizi pəhrizinə əməl etsəniz, qırmızı şərab ürək-damar xəstəlikləri riskini azalda bilər - bitki mənşəli qidalar, balıq və qoz-fındıqların xeyrinə fast food və şirniyyatlardan uzaq durun.
Xarici medianın məlumatına görə, araşdırmada ürək-damar xəstəliyi olmayan və eksperimentin əvvəlində 2-ci tip diabeti olan 1232 könüllü iştirak edib. Yüksək qan təzyiqi, artıq çəki və ürək-damar xəstəliyinə irsi meylli xəstələrin məlumatları da nəzərə alınıb.
Bütün iştirakçılar zeytun yağı, tərəvəz, meyvə, qoz-fındıq və balıq istehlakını nəzərdə tutan Aralıq dənizi pəhrizinə riayət ediblər. Şərab istehlakını qiymətləndirmək üçün iştirakçılar müntəzəm sidik testlərindən keçiriliblər, çünki üzümdə və şərabda olan tartarik turşusu böyrəklər tərəfindən süzülür.
Təxminən 4-5 il davam edən təqib zamanı infarkt və insult kimi 685 ürək-damar xəstəliyi hadisəsi qeydə alınıb.
Nəticələr göstərib ki, ürək-damar xəstəliklərinə tutulma riski gündə yarımdan bir stəkan şərab istehlak edənlərdə, çox nadir hallarda və ya heç içməyənlərlə müqayisədə 50 faiz aşağıdır.
Orta dərəcədə spirt istehlakı (həftədə bir qədəhə qədər və ya gündə yarım qədəhdən az) riski 38 faiz azaldır. Ancaq gündə bir qədəhdən çox içənlərdə faydalı təsir itib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar