Sizin Reklam Burada
Xəbər lenti
05-01-2025
04-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Çarəsizəm" - Şahnaz Şahin

Tarix: 03-01-2025 23:23     Baxış: 3122 A- / A+
Şahnaz Şahin

Bakı-Qroznı istiqamətində uçan təyyarənin vurulması nəticəsində həlak olmuş ekipaj üzvləri və sərnişinlərin xatirəsinə ithaf edirəm 

Ah Lorka, Lorka, 
sənin ən böyük arzun nə idi axı 
bu qəhrəmanların yanında 
Uzaqbaşı, gitaranla birlikdə 
bir çay kənarında dəfn olunmaq, və ya 
Narıncı bir meşədə,
bir çiçəyin yanında ölmək...
Bir sözlə Əsl romantika!

Onların isə düşünməyə nə vaxtı vardı, nə zamanı 
Hər yerdən və hər kəsdən əli üzülüb göy üzündən yapışmışdılar
Sevdiyi misralar ruhuna hakim kəsilmişdi kapitanın 
"Çevrəsindən çıxsa əgər sevda fırfıran, 
Bir ümidin ətəyindən tutub da flrlan" demişdi axı 
nəhəng şair,
o da  flrlanırdı 
özü də tək yox, bir təyyarə dolusu adamla 

Bir kişi göy üzündən yer üzünə mesaj verirdi "Çarəsizəm"
Yerdə boz qurd ulayır, ulayır və göy üzünə mesaj göndərirdi "çarəsizəm"...
Nə o kişini, nə də Boz qurdu eşidən vardı!
Bir də deyirdin ki, "ölsəm, 
flüger kimi küləyin istiqamətini göstərəcəm damın üstündə.., 
Susun mən öləndə..."
Onlar bütün dünyaya həqiqəti göstərir indi,
Və hamı susur, Lorka...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar