Sənət dostları və tanınmış simalar aktyor Azər Baxşəliyevə vida etmək üçün evinə toplaşıb.
Manevr.az xəbər verir ki, aparıcı-aktyor Şəhriyar Əbilov mərhum dostundan danışıb:
"Hamımızın başı sağ olsun. Hamımızın dostu idi. Hər zaman fərqli zarafatları var idi, pozitiv idi, bizə dəstək olurdu. Nə vaxt görsə, bir ideya verirdi ki, get, bunu et. Çox gözəl dost idi. Bunu hamımız bilirik. Bu gün də son mənzilə yola salmağa gəlmişik. Ruhu şad olsun. Ailəsinə səbr diləyirik. Sonuncu dəfə bir ay yarım bundan əvvəl danışmışıq. O da instaqramda zarafatlaşmışıq. Çox gülməli zarafatları var idi, bizi güldürürdü. Xatirəmizdə pozitiv, gülərüz, fərqli sarkazmı, kreativ düşüncəsi olan insan kimi qaldı. Elə insanlar şou-biznesdə çox azdır. Hər zaman hər kəsin onun ideyalarına ehtiyacı var idi. Çox şaxəli, fərqli, zəngin düşüncəsi var idi".
Rejissor Kənan MM isə dostu ilə bağlı bunları söyləyib:
"Onun haqqında keçmiş zaman şəkilçisi ilə danışmaq üzücüdür. Sözlərin, cümlələrin bitdiyi yerdir. Dilimiz nə qədər zəngin olsa da, hisslərimi ifadə edə bilmirəm, hər zaman üzümüzü güldürən insan bu dəfə bütün gülüşlərinin qisasını aldı. Xatirəmizdə pozitiv, gülərüz, ölümdən qorxmayan bir insan kimi qaldı. Son müsahibəsini izlədim, deyir ölümdən o insanlar qorxar ki, düzgün yaşamırlar. Adam heç bir zaman əsəbiləşmirdi, aqressiv olmurdu. Bu gün belə həyat tərzi yaşamaq bilirsiniz necə çətindir? Ətrafımız neqtaiv enerji ilə doludur. Ağlıma gəlməzdi ki, nə vaxtsa Azər üçün Allah rəhmət etsin deyərəm. Bayramlarda mesajlaşırdıq. Bizim zarafatlarımız var idi, bir-birimizə köhnə şəkillərimizi göndərirdik. Heyif".olay.az
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar