İran Futbol Federasiyasının etika komitəsi “İstiqlal” klubunun müdafiəçisi Ramin Rezaeyanı azarkeşi qucaqladığı üçün cərimələyib.
Manevr.az xəbər verir ki, dekabrın 26-da İran çempionatında “Çadormalu” ilə oyundan əvvəl “İstiqlal” klubunun avtobusuna daxil olan azarkeş Rezaeyanı qucaqlayıb.
İran Futbol Federasiyasının etika komitəsi futbolçunu iclasa çağıraraq, onun nalayiq davranışına görə izahat tələb edib. İntizam qurumu Rezaeyanı “qeyri-idman hərəkətinə” görə 510 milyon İran rialı (10,2 min dollar) məbləğində cərimələmək qərarına gəlib.
Rezaeyanın hazırda 34 yaşı var. Onun İran millisinin heyətində 63 oyunu var, 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirak edib.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar