Sizin Reklam Burada
Xəbər lenti
04-01-2025
03-01-2025
BÜTÜN XƏBƏRLƏR

Koreya prezidentini həbs etmək istədilər - Qarşıdurma yarandı

Tarix: 03-01-2025 11:35     Baxış: 468 A- / A+
Koreya prezidentini həbs etmək istədilər
Cənubi Koreyada hüquq-mühafizə orqanları impiçment elan edilmiş Prezident Yoon Suk Yeol-u həbs etmək üçün onun iqamətgahına daxil olublar.
Manevr.az xəbər verir ki, prezidentin iqamətgahında hüquq-mühafizə orqanları ilə hərbi hissə arasında qarşıdurma yaranıb.
Dövlət Antikorrupsiya Agentliyinin müstəntiqləri Yoon Suk Yeol-u qiyam ittihamı ilə həbs etmək üçün cümə günü prezidentin iqamətgahına daxil olublar. Lakin, həbs əmri icra olunduqdan sonra hərbçilər bu əməliyyatı bloklayıb.Cənubi Koreya Müdafiə Komandanlığının məlumatına görə, hərbi hissə polisin Prezidentin iqamətgahına daxil olmasına mane olub. Hüquqşünas Yun Gap-geun agentliyin həbs əmri icrasını qeyri-qanuni və etibarsız olduğunu bildirib və bu mövzuda hüquqi tədbirlərin görüləcəyini vurğulayıb.
Qeyd edək ki, Cənubi Koreya qanunlarına görə, dövlətə xəyanət və ya üsyan hallarında vəzifədə olan prezidenti mühakimə etmək mümkündür. Lakin Yoonun müdafiəçisi agentliyin qiyam araşdırması aparmaq səlahiyyətinə malik olmadığını iddia edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar