Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əziz Qənbərli: “İmkanlı məcburi köçkünlər onlara ödənilən aylıq müavinətdən imtina etsələr yaxşıdır”

Tarix: 17-12-2024 10:48     Baxış: 3117 A- / A+
Əziz Qənbərli
 

Tanınmış vəkil Əziz Qənbərli məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yerlərdə yaranan bəzi problemlərə aydınlıq gətirib.
Manevr.az məsələnin ciddiliyini nəzərə alıb vəkilin fikirlərini və Nazirlər Kabinetinin müvafiq qərarından bəzi çıxarışları təqdim edir:

“Şükürlər olsun ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu yolda şəhid olmuş Vətən övladlarına Tanrıdan mərhəmət və rəhmət, qazilərimizə şəfa diləyirəm. Tanrı xalqımızı, ordumuzu və onun müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi qorusun. 
Son günlər mənə bəzi vətəndaşlarımızın VÖEN-i olması ilə bağlı aylıq müavinətin (çörəkpulu müavinətinin) dayandırılması ilə bağlı müraciətlər daxil olur ki, bu nə dərəcədə qanunidir? İlk öncə qeyd edim ki, imkanlı məcburi köçkün qardaş və bacılarımız dövlətimizin qayıdışla bağlı çəkdiyi xərcləri nəzərə alıb bundan könüllü imtina etsələr yaxşıdır. Bu bir tövsiyədir. 

Ancaq çox təəssüflə qeyd edim ki, yerli icra strukturları bəzən bu qanundan xəbəri olmadan hərəkət edərək 60 manat müavinətə ehtiyacı olan soydaşlarımıza qarşı haqsızlığa yol verirlər. Mən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayevdən şəxsən xahiş edirəm ki, imkansız, müavinətə ehtiyacı olan şəxslərə həssas yanaşsın və Nazirlər Kabinetinin müvafiq qərarına ciddi əməl etməsini tabeliyində olan işçilərə tapşırsın. 

Mən bu mövzunun qanunvericilik tərəfini sizlərin diqqətinə çatdıraraq bildirirəm ki, bu məsələlər “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi haqqında Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı” ilə ilə tənzimlənir", deyə vəkil qeyd edib.

Həmin qərarın 2-ci bəndinə əsasən həmin aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:

2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);

2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);

2.3. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına;
2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara; 
2.5. “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara;
2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara;
2.7. müddətli həqiqi hərbi xidmətə və ya səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırmış, fərarilik etmiş “məcburi köçkün” statusu olan şəxslərə;

2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə;
2.9. “məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir);
2.10. əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə;

2.11. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş “məcburi köçkün” statusu olan şəxslərə;
2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə; 

2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; 
2.14. dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək);
2.15. 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar