Sizin Reklam Burada
Xəbər lenti
01-01-2025
BÜTÜN XƏBƏRLƏR

Təyyarə qəzasında yaralanmış 9 nəfər evə buraxılıb

Tarix: 30-12-2024 17:15     Baxış: 380 A- / A+
Təyyarə qəzasında yaralanmış 9 nəfər evə buraxılıb

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.
Manevr.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
"Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır. Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənətbəxş olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar