Sizin Reklam Burada
Xəbər lenti
02-01-2025
01-01-2025
BÜTÜN XƏBƏRLƏR

Şərq niyə bir “Leonardo da Vinci” yetişdirə bilmədi?

Tarix: 30-12-2024 22:21     Baxış: 4108 A- / A+

Əli Rzazadə,
 SDU-nun müəllimi 

Qərb incəsənətində ikonoqrafiya ( Iconograph or Iconology) orta əsrlərdə mühüm yer tuturdu. Şərqdə isə İkonoqrafiyaya fərqli bir şəkildə münasibət bəslənmiş və günümüzə qədər müqəddəslərin şəkillərinə qarşı müxtəlif münasibətlər mövcuddur. Qərb kinematoqrafiyası çəkdikləri filmlərdə Musa, İsa, İbrahim (ə) və..sair müqəddəslərin üzünü göstərir, şərq isə əksinə olaraq müqəddəslərin üzünü göstərməkdən çəkinir. Buna əsas kimi İslamın ilk illərində rəssamlığa qoyulmuş "qadağalar" göstərilir.

 Qeyd olunur ki, o dövr təxəyyül dövrü idi və təxəyyül dünyanın yaradılmasında ekzistensial vasitəçi olduğu üçün İbn Ərəbinin mistisizmində də mühüm yer tutur. Lakin ikonoqrafiya və rəsmin qadağan olunmasının Quran mətnində yer almadığı üçün bir neçə əsr sonra bu qadağa aradan qaldırıldı və rəssamlar rəvayət kitabları və peyğəmbərlərin hekayətlərinin mətnində müqəddəslərin rəsmini çəkməyə başladılar və heç kəs buna təpki göstərmədi. Əksinə bu kitablar daha çox oxunmağa və sevilməyə başladı. Misal üçün, Elxanilər dövründə illüstrasiyalı “Camiət-Təvarix” əsərində Hz. Məhəmmədin şəkilləri yer alır. Qeyd edək ki, bu əsər XIII-XIV əsrlərdə Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusudur. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. 

Bundan əlavə Əbureyhan Birununun qələmə aldığı Asarul-Baqiyyə kitabında da Hz. Məhəmməd və onun nəvələri Həsən və Hüseynin üzlərini əks etdirən şəkilləri də var. Bu iki variantda diqqət çəkən maraqlı məqam Peyğəmbərin üzünün pərdəsiz təsvir edilməsidir.
    Məsələyə digər aspektən baxaq. Aristotelin baxışı ilə dünyada iki sənət növü var.. Birinci sənət növü təsviri incəsənətdir. Aristoteldən soruşulur ki, rəssamın adi insandan fərqi nədir? Sənət əsəri nədir və adi hadisədən nə ilə fərqlənir? Sənəti nə hesab edirsən? “Sənət təqliddir” demişdir. Məsələn bir rəssam qarşınızda oturub, sizin şəkilinizi çəkir. Sizi isə Tanrı yaratmışdı. Demək Rəssam Tanrının yaratdığını tabloya köçürür. Rəssam Tanrını təqlid edir. Rəsmdə bunu başa düşmək digər sənətlərə nisbətən daha asandı. Heykəltaraşlıq da, musiqi də belədir. Musiqinin fəlsəfəsini düşünsək görərik ki, dahi Farabi musiqi haqqında “Musiqi kainatın qalaktik melodiyasıdır” demişdir. Yəni musiqi də bir növ təqliddir, kainatın qalaktik səsinin təqlididir. Amma təkcə əsl ədəbiyyatda təqlid olmur. Ədib özü yaradandır. 

Təəssüf ki, bu kimi qadağalar səbəbindən elmin bütün sahələrində öz sözünü demiş alimlər yetişdirməyə qadir olan Şərq bir Leonardo da Vinçi yetişdirə bilmədi. 


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar