Xəbər lenti
Sosial yardım düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 42 yaşlı Elməddin Kazımov saxlanılıb.
Araşdırma zamanı onun ayrı-ayrı vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək, həmçinin əlillərə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyi vədi ilə aldadaraq dələduzluq etdiyi məlum olub. E.Kazımov qanunsuz əməllərini həyata keçirən zaman özünü zərərçəkənlərə “Zaur”, “Sadiq” və “Mübariz” adı ilə təqdim edib. Onun başqa şəxslərə qarşı da analoji cinayətlər törətdiyi istisna edilmir.
E.Kazımovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar