Sizin Reklam Burada
Xəbər lenti
30-12-2024
29-12-2024
BÜTÜN XƏBƏRLƏR

İlin ən yaxşı mətbuat xidmətləri

Tarix: 29-12-2024 13:37     Baxış: 5132 A- / A+
2024-cü il bir çox hadisələrlə yadda qaldı. İl boyu cəmiyyətimizi informasiya ilə təmin etmək üçün çalışan dəyərli jurnalistlərimiz üçün də gərgin iş rejimi ilə yadda qalan 2024-cü il artıq yekunlaşır. Bu ildə də jurnalistlərimiz informasiyaların cəmiyyətə çatdırılmasında əvəzsiz rol oynadılar. Təssüf ki, ilin son günlərində jurnalistlərimiz ən acı xəbəri - təyyarəmizin vurulması nəticəsində 38 nəfərin həlak olub, 29 nəfər isə yaralanması məlumatını da insanlara çatdırmalı oldular.

Sözsüz ki, jurnalistlərin fəaliyyətinin geniş bir hissəsini isə qurumların mətbuat xidmətləri ilə iş təşkil edir. 
Manevr.az bildirir ki, milli.az xəbər portalı jurnalistlər arasında sorğu keçirərək bu il işgüzarlığı ilə fərqlənən mətbuat xidmətlərinin ilk 10-luğunu müəyyənləşdirib.

Həmin siyahını təqdim edirik:
1. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev
2. Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev
3. Dövlət Turizm Agentliyin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva
4. "Azərbaycan Dəmir Yolları" QSC-nin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyev
5. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev
6. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Metin Hüseynov  
7. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova 
8. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mətbuat xidmətinin rəhbəri İlkin Kərimov
9. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
10. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Azər Sarıyev
Sorğuda iştirak edənlər arasından bəzi həmkarlarımızın fikirlərini təqdim edirik:
Report İnformasiya Agentliyinin redaktoru Səlcuq Elçin bildirib ki, ümumilikdə bu il ötən illərə nisbətən mətbuat xidmətlərinin işində canlanma hiss olundu, operativlik artdı.
"Baş Prokurorluq, DİN, FHN mətbuat xidməti sorğularımıza operativ cavab verir. Bu anlamda onlardan razıyam. Bu o demək deyil ki, digər qurumlarla işləmirəm, sadəcə olaraq sadaladıqlarım demək olar ki, hər gün və ya həftədə bir neçə dəfə danışdığım, xəbər aldığım qurumlardır. Bütün mətbuat katiblərinə də Yeni ildə daha böyük uğurlar və jurnalistlərlə daha sıx, daha məhsuldar işləməyi arzulayıram".
"Ölkə.az" saytının baş redaktoru Samir Mirzə açıqlamasında bildirib ki, jurnalistlər il boyu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlirlər.
Xüsusən informasiyanın əldə edilməsi, araşdırılması, obyektivliyin qorunması böyük əmək tələb edir və bu istiqamətdə zəhmət çəkirlər.
"Məlum olduğu kimi, jurnalistlərimiz üçün bir çox hallarda istirahət günləri də, qeyri-iş saatı məfhumu da olmur. Bu baxımdan qurumlar informasiyanın əldə edilməsi, dezinformasiya ilə mübarizə aparılması yönündə media nümayəndələri ilə mütəmadi olaraq əməkdaşlıq etməlidirlər. Bu, qurumların özlərinə faydalıdır. Məsələn, jurnalist sosial mediada yayılan məlumata aydınlıq gətirmək üçün qarşı tərəflə - yəni müvafiq qurumlarla əlaqə saxlamağa çalışır. Lakin cavab almadıqda problem açıq qalır və dezinformasiya içərisindən daha bir şayiənin yayılmasına rəvac verilir. Ümumi götürdükdə bir çox qurumlar mətbuatın, o cümlədən özlərinin işini asanlaşdırmaq yönündə çevik addımlar atmırlar. Yaxud problemin olduğunu etiraf edib bunun aradan qaldırılacağını söyləmirlər. Nəticədə yanlış informasiyanın yayılmasına, yanlış təsəvvürün formalaşmasına zəmin yaranır. 
Baş Prokurorluq, DİN, FHN kimi qurumlar özləri hadisə yerində olur və informasiyanı yayırlar. Xüsusən Daxili İşlər Nazirliyinin nümayəndələri jurnalislərin suallarını cavablandırırlar.
Az öncə qeyd etdiyim kimi, media nümayəndələri maarifləndirmə ilə yanaşı, bir çox məqamlara işıq salmaq üçün zəhmət çəkirlər. Onların fəaliyyəti qiymətləndirilməlidir və əlbəttə ki, fəaliyyətinə adekvat yanaşılmalıdır. Bəli, jurnalistlərin fəaliyyətinin qiymətləndirilmədiyini demək olmaz. Bu yaxınlarda COP29 tədbiri ilə bağlı bir çox media nümayəndələri dövlət başçımızın imzasının yer aldığı təşəkkürnamə ilə təltif edildi. Bu, xoş ovqat yaratmaqla yanaşı, həmçinin onlara böyük motivasiya da vermiş oldu. Bütün qurumlar jurnalist əməyinin dövlət başçısı tərəfindən necə qiymətləndirildiyini görməlidir".
Qafqazinfo saytının əməkdaşı Sail Ağasəlim isə qeyd edib ki,  Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev bu il işgüzarlığı ilə fərqlənən mətbuat xidməti rəhbərlərindən biri oldu. 
"Baş Prokurorluğun mətbuat xidməti sorğulara operativ cavab verir və bu da bizim fəaliyyətmizə oldquca kömək olur. Media ilə uğurlu əməkdaşlıq edən mətbuat xidmətləri arasında Daxili İşlər Nazirliyini, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətini də misal göstərmək olar.
Qaldı ki, media ilə pis işləyənlərə onların adını açıqlamağa ehtiyac yoxdur. Necə deyərlər görünən dağa bələdçi lazım deyil".
Jurnalist Elnurə Abışova da öz fikirlərini bölüşüb:
"Mətbuat xidməti jurnalistlərin yaralı yerlərindən biridir. Bəzən mətbuat xidməti rəhbəri mediadan gəldiyini unudur, öz həmkarlarına qarşı sayğısızlıq göstərir. Unudurlar ki, onlar o vəzifəyə jurnalistin suallarına cavab vermək üçün təyin ediliblər. Mətbuat xidmətləri ilə jurnalistlərin əməkdaşlığı hər zaman gündəmdədir. Onlar arasında əlaqələri gücləndirmək və medianın funksionallığını artırmaq üçün bir sıra tədbirlər həyata keçirmək olar. Həm mətbuat xidmətləri, həm də jurnalistlər üçün peşəkar etik kodeks və qarşılıqlı əməkdaşlıq haqqında təlimlər təşkil edilməlidir. Bu, tərəflərin gözləntilərini və iş prinsipini anlamağa kömək edər.
Qurumlar məlumatların vaxtında və tam şəkildə çatdırılması üçün effektiv platformalar yaratsınlar. Rəqəmsal platformalarla iş güclənməlidir. Jurnalistlər üçün xüsusi elektron müraciət platformaları yaradılmalı, bu platformalar vasitəsilə sorğuların vaxtında cavablandırılmasını izləmək mümkün olmalıdır.
Sadə sorğuların avtomatik cavablandırılması həyata keçirilməli və təcili mövzular üzrə xəbərlər gecikməməlidir. Sorğuların cavablandırılması üçün müəyyən müddət qoyulmalı və bu standartlara əməl etməyənlər hesabat, hətta istefa verməlidirlər.
2024-cü ildə ən çox müraciət etdiyim mətbuat xidməti rəhbərləri ƏƏSMN-dən Fazil Talıbov və komandası, BŞTİ-dən Bəşarət Məmmədov və komandası, TƏBİB-in mətbuatla səlahiyyətli şəxsləri, ETSN-dən İradə İbrahimova, işlərimizi ASANlaşdıran Elnur Niftəliyev, ASCO-dan Mehman Mehdiyev və komandası, Elm və Təhsil Nazirliyinin media ilə əlaqə quran əməkdaşları, İqtisadiyyat Nazirliyindən Leyla Zamanova və komandası, Vergilər Nazirliyindən Şahin Məmmədov,  Dövlət Turizm Agentliyindən Gülnar Mustafayeva və komandası, Azəriqaz İB-dan Eldəniz Vəliyev, Azərişıq ASC-dən Pərvanə Kazımzadə qeyd etmək olar". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar