Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

Trampın həyat yoldaşından diqqətçəkən açıqlama

Tarix: 04-10-2024 22:35     Baxış: 317 A- / A+
ıABŞ-nin keçmiş birinci xanımı Melaniya Trampın xatirə kitabı gələn həftə işıq üzü görəcək. Kitabdan mətbuata sızan bir hissə səs-küy yaradıb.

O, həyat yoldaşı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampdan fərqli olaraq abort hüququnu müdafiə edib.

Kitabın mətbuata sızan bir hissəsində keçmiş birinci xanım Amerika prezident seçkilərinin ən mübahisəli məsələlərindən biri olan abortla bağlı fikirlərini bölüşüb. O deyib ki, qadınlar dövlətin müdaxiləsi və təzyiqi olmadan uşaq sahibi olub-olmamağa qərar verməlidirlər.
Siyasi fikirlərini ictimaiyyət arasında nadir hallarda ifadə edən Melaniya Trampın bu açıqlaması diqqətçəkən olub.

Tramp illərdir abortun qatı əleyhdarı olub. İş o yerə çatıb ki, o, iki il əvvəl bütün ölkə üzrə aborta qadağa qoyan konstitusiya məhkəməsinin qərarını müdafiə edib. Lakin seçki yarışı gücləndikcə o, mövqeyini yumşaldıb. O bildirib ki, bəzi müstəsna hallarda aborta icazə verilməlidir. Tramp indi federal abort qadağasını dəstəkləməkdən imtina etsə də, dövlət əsaslı qadağa qərarlarına qarşı çıxmayacağını bildirib. news24.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar