Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdə rütbəsi alınmayan yeganə general kimdir?

Tarix: 04-10-2024 11:22     Baxış: 428 A- / A+

Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Tofiq Həsənov "Vətən uğrunda" medalından da məhrum edilib. Qeyd edək ki, Tofiq Həsənov Naxçıvan Penitensiar Xidmətinin rəisi olub.
Yada salaq ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Mövlan Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədov ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib. Buna səbəb adıçəkilən şəxslərin xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmalarıdır. 
Beləliklə, Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenindən, "Vətən uğrunda” və "Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. Sahib Ələkbərovla Yasin Məmmədovun isə "Vətən uğrunda” medalı geri alınıb. 
General rütbəsindən və ordenlərdən məhrum edilənlərdən biri də  Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovdur. Sabiq MTN generalı  Akif Çovdarov da eyni aqibətlə üzləşib. O, 2020-ci ildə general rütbəsindən və digər orden və medallardan məhrum edilib. 
20 il öncəki cinayətə görə 2021-ci ildə həbs olunan general-leytenant Rövşən Əkbərovun da rütbəsinin alınması müzakirə olunurdu. Sabiq birlik komandirinin general-leytenant rütbəsinin alınıb-alınmayacağı ilə bağlı suala o zaman baş prokuror Kamran Əliyev belə aydınlıq gətirmişdi: 
"Bununla bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var.  Bu işdə məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb".
Qeyd edək ki, Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında iş adamı Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə xəncərlə xəsarət yetirməklə onu qəsdən öldürmüşdü. Rövşən Əkbərov uzun illər azadlıqda qalsa da, II Qarabağ müharibəsindən sonra həbs olundu. 
Elçin Əliyevin anası Səmayə Əliyeva 20 il ərzində oğlunun qətlinin açılması üçün çabalar göstərdi, Avropa Məhkəməsinə müraciət etdi. 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Səmayə Əliyevanın iddiasına baxıb. Ukraynada hüquq-mühafizə orqanları bu ölüm işində azərbaycanlı general Rövşən Əkbərovun iştirakını təsdiq etdikdən sonra cinayət işini Azərbaycan prokurorluğuna göndərib. Səmayə Əliyeva oğlunun  qətlində israrla Rövşən Əkbərovun adını çəkir, onu ittiham edirdi. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olurdu. 2021-ci ildə  Rövşən Əkbərov vəzifədən uzaqlaşdırıldı və Elçin Əliyevə qarşı törədilmiş cinayətin gec də olsa, araşdırılmasına qərar verildi.
56 yaşlı general-leytenant Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O, 2021-ci ilin fevral ayının əvvəllərində müdafiə nazirinin əmri ilə ehtiyata göndərilib. Rövşən Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə, daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdan Rövşən Əkbərov 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. Birinci Qarabağ müharibəsində iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı Xüsusi Təyinatlı Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib. Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. 2002-ci ildən general-leytenantdır. Rövşən Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona 5 oktyabr 1994-cü il tarixli fərmanla verilib.Musavat.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar