Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkədə videosu yayılan müəllim işdən çıxarıldı

Tarix: 04-10-2024 16:45     Baxış: 420 A- / A+
Həmin müəllim işdən çıxarıldı
Naxçıvanda əmək intizamını və "Təhsilverənlərin etik davranış Qaydaları”nı pozan müəllim vəzifəsindən azad olunub, onun işlədiyi məktəbin direktoruna töhmət verilib.


Manevr.az
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin məlumatına əsasən, sosial şəbəkələrdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar nazirlik tərəfindən araşdırılıb.

Araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub.

S.Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmamış, tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib.
Həmçinin S.Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla "Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə pozub.

Əmək qanunvericiliyinin və "Təhsilverənlərin etk davranış Qaydaları”nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən S.Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib.

Eyni zamanda məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq elan edilib.

Xatırladaq ki, bir müddət əvvəl Səriyyə Qənbərovanın çalışdığı məktəbin işçiləri ilə qalmaqal yaşadığı görüntülər sosial mediada yayılmışdı. Müəllimə iddia edirdi ki, məktəbin xadimələri direktor ilə əlbir olub onu sinif otağına buraxmırlar.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar