Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanda badam xarab olur, biz xaricdən valyuta ilə alırıq" - Ekspert

Tarix: 30-09-2024 13:59     Baxış: 459 A- / A+

Badam istehsalında qeyri-səmərəlilik
"Azərbaycanda badam əraziləri genişləndirilib. Bu sahəyə böyük investisiya qoyulub".
Manevr.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib.
Onun sözlərinə görə, dövlət büdcəsi hesabına yeni salınan bağlara böyük məbləğlərdə supsidiyalar verilir:
"Bu qədər iş görüldüyü halda Azərbaycan niyə xaricdən badam idxal etməlidir? Niyə daxildə daha keyfiyyətli badam idxal edib, özünün təlabatını ödəməsin? Niyə görə biz badam idxalı üçün valyuta xərcləməliyik? Azərbaycan həmişə badam idxalı ilə məşğul olub və keyfiyyətli badam istehsal edib. Əlaqədar qurumlara sual ünvanlayıram, niyə biz qeyri-səmərəli bizneslə məşğuluq? Ya əsaslı olaraq yaxşı iş görək, keyfiyyətli badam əldə edək, həm özümüzün təlabatını ödəyək, həm də ixrac edək ölkəyə valyuta gətirək. Yoxsa bunun adı nədir? Daha baha qiymətə badam idxal edirik, daha ucuz qiymətə isə ixrac edirik. Elə bil ki, badam üçün daha çox vəsait xərcləyirik".

Ekspert əlaqədar təşkilatların bu məsələyə aydınlıq gətirməsinin vacibliyini qeyd edib:
"Ona görə ki, sahəyə dövlət vəsaiti ayrılır. Ölkəyə badam valyuta hesabına gətirilir. Hökumət bu məsələni müzakirə etməlidir. Yalnız badam deyil, şərabın özünü də biz 4 dəfə baha qiymətə idxal edirik. Bu sahəyə də böyük məbləğdə böyük vəsait ayrılır". 
Vahid Məhərrəmli bu gün Bakıda satılan badamın Azərbaycanın öz istehsalı olduğunu vurğulayıb: 
"Badam 2 manat 50 qəpiyə istehsalçılardan alınır, 5 manatdan baha qiymətə də satılır. Yüz faiz daha çox gəlir əldə edirlər. Badam Abşeron, Bakı ətrafında yetişdirilir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar