“İnter Mayami”nin kapitanı Lionel Messi komandasının MLS-in müntəzəm mövsümündəki erkən qələbəsi sayəsində karyerasında 46-cı kuboku qazanıb.
Xarici media bildirir ki, “İnter Mayami” MLS-in adi mövsüm oyununda “Columbus Crew”ə 3:2 hesabı ilə qalib gəlib. Bunun sayəsində adi mövsümün sonuna iki tur qalmış 68 xal toplayaraq, ən yaxın rəqibini 11 xal qabaqlayıb.
Qeyd edək ki, ötən il 37 yaşlı argentinalı "İnter Mayami" ilə Liqa Kubokunu da qazanıb. Əvvəllər o, PSJ-nin heyətində oynayarkən 2 dəfə Fransa çempionluğunu və ölkə Superkubokunu qazanıb. “Barselona”da isə 34 kubok qazanmağa nail olub.
Bundan əlavə, Argentina millisinin tərkibində Messi Dünya Kuboku (2022), “Copa America” (2021, 2024), Finalissima (2022), həmçinin Olimpiya Oyunlarında (2008) və Dünya Gənclərinin (2005) qızıl medallarını qazanıb.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar