Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar

Tarix: 03-10-2024 21:31     Baxış: 331 A- / A+
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olarSon zamanlar bank sektorunda müşahidə olunan narahatedici tendensiyalardan biri də kredit borclarının gecikməsi səbəbindən borclu şəxslərin ailə üzvlərinə və ya zaminlərinə banklar tərəfindən edilən zənglərdir.

Bu cür hərəkətlər bank sirrinin və müştərilərin hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Məsələ ilə bağlı hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.
"Kredit borcu yalnız birbaşa borclu şəxsin özündən tələb olunmalıdır. Burada bir incə nüans var, əgər müştəri kredit müqaviləsi bağlayarkən onunla əlaqə yaratmaq mümkün olmadığı təqdirdə yaxınlarına zəng etməklə bağlı banka icazə veribsə, onu tapa bilmədikdə bank onun göstərdiyi şəxslərlə əlaqə saxlaya bilər. Əks halda, bu, bank sirrinin pozulması hesab edilir və müştəri mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilər.

Azərbaycanda artıq bu cür işlər üzrə məhkəmə praktikası da mövcuddur. Banklar müştərinin razılığı olmadan kredit məlumatlarını üçüncü şəxslərə verməklə faktiki olaraq bank sirrini yaymış olurlar. Borclu şəxsin yaxınlarının isə tam hüququ var ki, bankdan gələn zənglərə etiraz etsinlər və bir daha narahat edilməməyi tələb etsinlər. Əks təqdirdə, onlar da mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər.

Beləliklə, banklar kredit borclarının gecikməsi zamanı yalnız borclu şəxsin özü ilə əlaqə saxlamalı, ailə üzvləri və ya zaminləri narahat etməməlidirlər. Bu, həm qanunvericiliyin tələbi, həm də bank-müştəri münasibətlərində etimad və məxfiliyin qorunması baxımından vacibdir", - deyə hüquqşünas vurğulayıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar