Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

Həsən Əsgərov vəfat etdi

Tarix: 04-10-2024 17:11     Baxış: 320 A- / A+
Fizika üzrə fəlsəfə doktoru, Patent işi və elmi-texniki ədəbiyyat fondu şöbəsinin müdiri Həsən Əsgərov vəfat edib.
Manevr.az xəbər verir ki, mərhum ötən gün 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, tanınmış alim Həsən Məmməd oğlu Əsgərov 9 dekabr 1949-cu ildə Bakı şəhərində dünyaya gəlib.
O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya Texnologiyası fakültəsini bitirib. 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayıb. Onun iştirakı və rəhbərliyi altında institutda qısa bir müddətdə patent xidməti yaradılıb.
Həsən Əsgərov öz elmi fəaliyyəti ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verib.
Onun elmi araşdırmaları və əsərləri, təkcə Azərbaycan elmi ictimaiyyəti arasında deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. H.M.Əsgərovun patent işi sahəsindəki tədqiqatları və innovativ yanaşmaları Azərbaycanın elmi və texniki irsinin zənginləşməsinə, həmçinin bu sahədə ölkənin beynəlxalq mövqeyinin güclənməsinə böyük təsir göstərib.
Alimin uzun illər ərzində elmi fəaliyyətindəki uğurları və yetişdirdiyi gənc alimlər yeni nəsillərin inkişafına əvəzsiz dəstək olublar. Onun elmi rəhbərliyi və fədakarlığı ilə yetişən alimlər bu gün də Azərbaycan elmini yeni zirvələrə yüksəltməkdə davam edirlər.
Həsən Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 oktyabr tarixli 1775 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar