Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə verilən müavinətin məbləği artırılır

Tarix: 03-10-2024 16:13     Baxış: 328 A- / A+

İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.
Manevr.az report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Valideynlərini itirmiş və valideyn himayasindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev açıqlamasında bildirib ki, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 000 manat müəyyən edilməsi təklif edilib.
Məlumat üçün bildirək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir
Qərar layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar