Sizin Reklam Burada
Xəbər lenti
18-09-2024
17-09-2024
BÜTÜN XƏBƏRLƏR

Özəl klinikalarda müayinələr niyə bahadır?

Tarix: 16-09-2024 08:52     Baxış: 431 A- / A+
Özəl tibb müəssisələrində təklif olunan xidmətlərin qiyməti çox yüksəkdir.

Özəl xəstəxanalarda həkim konsultasiyası 30-80 manat, analizlər isə 50-100 manatdan başlayır. Elə analizlər də var ki, qiymətləri 350-500 manatdır.

Bəzi özəl xəstəxanalarda "Check up" müayinə qiymətləri isə insanların bir aylıq gəlirindən də çoxdur.

Paytaxt sakinləri də tibb müəssisələrində təklif olunan xidmətlərin qiymətinin yüksək olduğunu deyirlər.

Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, icbari tibbi sığorta tibbin bütün sahələrini əhatə edərsə, özəl xəstəxanalarda qiymətlər də dəyişə bilər.

Onun sözlərinə görə, hər bir özəl xəstəxana ödənişləri özü müəyyən edir:

"Təbii ki, burada bazar rəqabəti də əsas rol oynayır".

Ekspert hesab edir ki, qiymətlərlə yanaşı, özəl klinikalarda müalicə-profilaktika işlərinin hansı keyfiyyətdə həyata keçirilməsinə də ciddi nəzarət olunmalıdır.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar