Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Quskanın keçmiş vəkili məhkəmə zalında həbs edildi

Tarix: 18-09-2024 18:43     Baxış: 328 A- / A+


Keçmiş vəkil Ruhid Rəşid oğlu Əkbərovun Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq maddəsi ilə məhkəmə prosesi yekunlaşıb.
Manevr.az Unikal.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsxanada olarkən öz məhkum yoldaşından onun məhkəmə işini həll etmək üçün 53 min manat pul alıb. Ancaq vədinə əməl etməyib. Hakim Azad Məcidov məhkəmə istintaqını yekunlaşdıraraq hökmü elan edib və Ruhid Əkbərov məhkəmə zalında həbs edilərək 6 il 4 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Ruhid Rəşid oğlu Əkbərov bundan öncə də dələduzluq maddəsi ilə həbs edilib və 2021-ci il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirdi.
Xatırladaq ki, Ruhid Əkbərov 2018-ci ildə Türkiyədə saxlanılıb. O, Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar