Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış

Tarix: 18-09-2024 16:11     Baxış: 329 A- / A+
Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış
Həkim baxışı və məsləhəti olmadan uşaqlara hər hansı dərman, yaxud antibiotik verilməsi tamamilə yanlışdır.

Manevr.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.

Nazirlik rəsmisi qeyd edib ki, antibiotiklərin kifayət qədər yan təsirləri var və ağırlaşmalar baş verə bilər: "Odur ki, antibiotik istifadəsi yalnız həkimin göstərişi ilə tətbiq edildikdə effektiv təsir göstərə bilər".

İnfeksionist məktəb və bağça yaşlı övladı olan valideynlərə çağırış edək qrip əleyhinə vaksinasiyaya vaxtında qoşulmağı tövsiyə edib: "Nəzərə almaq lazımdır ki, kütləvi qapalı yerlərdə uşaqlar yaxın məsafədə ünsiyyətdə olurlar və hava-damcı yolu ilə kəskin respirator infeksiyalara yoluxma sürətlə gedir. Yoluxma riski yüksək olduğundan vaxtında peyvənd olunmaq lazımdır".

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar