Sizin Reklam Burada
Xəbər lenti
18-09-2024
17-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb - Şəkil

Tarix: 14-09-2024 20:20     Baxış: 446 A- / A+
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb - FOTOMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nurbala Asif oğlu Bağırov odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb - FOTO"Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaqdır. ALLAH hərbçimizə rəhmət eləsin", - deyə məlumatda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar