Sizin Reklam Burada
Xəbər lenti
15-09-2024
14-09-2024
13-09-2024
BÜTÜN XƏBƏRLƏR

Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir?

Tarix: 05-09-2024 09:03     Baxış: 336 A- / A+
Azərbaycanda son illər metro stansiyalarının girişində təhlükəsizlik səbəbi ilə "X-Ray" cihazlarından istifadə olunur. Bu cihazlar vasitəsilə əl yüklərində olan hər bir obyekti görmək mümkündür. Hər bir əşya cihazda fərqli rəngdə göstərilir. Beləliklə, müxtəlif rənglər sayəsində bütün üzvi, metal və qeyri-üzvi komponentlər rentgen şüaları vasitəsilə aşkar edilə bilir.

Eyni zamanda içərisində qidalar olan əl çantalarımızı da "X-Ray" cihazlarından keçiririk. Cihazların yaydığı şüaların qidalarımıza təsir edib-etməməsi hər zaman müzakirə olunur.

Qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərov bildirib ki, cihaz istehsalçıları "X-Ray" cihazlarından yayılan radiasiyanı məhdudlaşdırmaq üçün müxtəlif ehtiyat tədbirləri görür və məhsullarını buna uyğun istehsal edirlər. Bunun üçün qurğuşun təbəqələr və ya panellərlə örtülmüş cihazlar istehsal olunur:

"X-Ray" cihazlarından yayılan şüaların qida ilə qarşılıqlı əlaqədə olmadığı məlumdur. Yəni cihazlardan alınan radiasiyanın kiçik dozasının qida və içkilərin tərkibində heç bir dəyişikliyə səbəb olmadığını bilirik. Mövzu ilə bağlı əhəmiyyətli bir araşdırma ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılıb".

Fərid Səfərov bildirib ki, rentgen şüaları keçdiyi maddələrə radioaktiv xüsusiyyətlər vermir.

"Şüalar maddənin içindən keçərək yollarına davam edirlər. Onun keçdiyi materiala radiasiya yükləmək qabiliyyəti yoxdur. Bu üzdən rentgen cihazlarından keçən qidaları istehlak etməyin heç bir yan təsiri məlum deyil. Bundan əlavə, qida sənayesində rentgen qidaların sterilizasiyası və saxlama müddətinin uzadılması kimi sahələrdə istifadə edilir.

"X-Ray" cihazlarından keçən qidalar orta hesabla 0.2 millirad, ətrafdakı insanlar isə 0.02 millirad şüalanmaya məruz qalır. (qanuni limit 0.5 milliraddır). Rentgen aparatından yayılan miqdar insanın hər il aldığı radiasiyanın miqdarından 200 dəfə azdır", - deyə o bildirib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar