Xəbər lenti
Bax, bu idi arzumuz, Xankəndi xana qalsın - ŞEİR
Manevr.az Mikayıl Bədəlovun 44 günlük Vətən müharibəsindən bəhs edən "Qələbə nidası" poemasından "Son zərbə - tam qələbə" bölməsini təqdim edir:
Yenə düşmən əl çəkmir,
təxribata əl atır.
Həzm etmir Qələbəmi,
nə dincəlir, nə yatır.
təxribata əl atır.
Həzm etmir Qələbəmi,
nə dincəlir, nə yatır.
Humanistlik elədik,
yer verdik yaşamağa.
Olmadı heç bir xeyri,
o şərəfsiz axmağa.
yer verdik yaşamağa.
Olmadı heç bir xeyri,
o şərəfsiz axmağa.
Oturub Xankəndində,
deyir ağayam, xanam.
Atam belə əkibdi,
belə doğubdu anam.
deyir ağayam, xanam.
Atam belə əkibdi,
belə doğubdu anam.
Yola mina basdırır,
silah çəkir üstümə.
Özü özün öldürür,
qanın tökür üstümə.
Nə qanuna baş əyir,
nə qayda onluq deyil.
Artıq nə istədiyi
bizə qaranlıq deyil.
nə qayda onluq deyil.
Artıq nə istədiyi
bizə qaranlıq deyil.
Halal torpağımızda,
at oynatmaq istəyir.
Təxribatlar törədir,
ara qatmaq istəyir.
at oynatmaq istəyir.
Təxribatlar törədir,
ara qatmaq istəyir.
Hər hiyləyə əl atır –
böhtanı var, şəri var.
Bizim də səbrimizin
axı bir qədəri var.
böhtanı var, şəri var.
Bizim də səbrimizin
axı bir qədəri var.
Terrorçular yurdumdan
qovulmalı nəhayət.
Yoxsa davam edəcək,
ölüm, itim, cinayət.
...İyirmi üç saat çəkdi,
əməliyyat, bu da son!
Çoxlu qənimətimiz-
silah - sursat, bu da son!
əməliyyat, bu da son!
Çoxlu qənimətimiz-
silah - sursat, bu da son!
Kolda - kosda gizlənib,
atəş açırdı düşmən.
Üz-üzə gələn kimi,
qorxub qaçırdı düşmən.
atəş açırdı düşmən.
Üz-üzə gələn kimi,
qorxub qaçırdı düşmən.
Daha səbri tükəndi,
dedi, bəsdir, əsgərim.
Terrorçunun kökünü,
belə kəsdi əsgərim.
dedi, bəsdir, əsgərim.
Terrorçunun kökünü,
belə kəsdi əsgərim.
Yenə insanlıq etdik,
yol verdik çıxmağına.
Lənət olsun ilanın-
qarasına – ağına.
İştahları çox böyük,
niyyətləri pis oldu.
Bu savaş - əməliyyat
onlara bir dərs oldu.
niyyətləri pis oldu.
Bu savaş - əməliyyat
onlara bir dərs oldu.
Günahların anlayıb
getdiər Qarabağdan.
Rədd olub biryolluq
itdilər Qarabağdan.
getdiər Qarabağdan.
Rədd olub biryolluq
itdilər Qarabağdan.
Razı ola bilməzdik -
Xankəndi “yan”a qalsın.
Bax, bu idi arzumuz
Xankəndi xana qalsın.
Xankəndi “yan”a qalsın.
Bax, bu idi arzumuz
Xankəndi xana qalsın.
Bu bir Tanrı buyruğu,
bu bir Haqqın sədası.
Qırx dörd günlük bu savaş
Qələbənin nidası!!!
...Birdəfəlik düşmənə,
biz göstərdik həddini.
Azərbaycan əsgəri,
qoruyur sərhəddini.
biz göstərdik həddini.
Azərbaycan əsgəri,
qoruyur sərhəddini.
Qələbən mübarəkdi,
yaşa, uca Millətim.
Var ol, suveren ölkəm
Müstəqil məmləkətim.
yaşa, uca Millətim.
Var ol, suveren ölkəm
Müstəqil məmləkətim.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar