Sizin Reklam Burada
Xəbər lenti
15-09-2024
14-09-2024
13-09-2024
BÜTÜN XƏBƏRLƏR

Bəraət almış Füzuli Adıgözəlov yenidən həbs edildi

Tarix: 04-09-2024 11:30     Baxış: 343 A- / A+
Bəraət almış Füzuli Adıgözəlov yenidən həbs edildi
10 illik həbsdən bəraət almış şirkət rəhbəri Füzuli Adıgözəlov yenidən həbs edilib.
Manevr.az məlumatına görə, qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.
"Güllübulaq” MMC-nin rəhbəri olan Adıgözəlovun həbsini prokuror tələb edib. İttiham tərəfi bildirib ki, müttəhim külli miqdarda mənimsəmə, vergidən yayınmaqda təqsirli hesab edilməlidir.
Füzuli Adıgözəlova bəraəti də elə Bakı Apellyasiya Məhkəməsi vermişdi.
Bu dəfə isə Cavid Hüseynin sədrlik etdiyi məhkəmə tərkibi fərqli qərar qəbul edib. F.Adıgözəlov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. O, bəraət aldıqdan 23 ay sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Beləliklə, F.Adıgözəlovun çəkilməmiş 2 il 4 ay 27 gün cəzası qalıb.
Qeyd edək ki, "Güllübulağ”ın rəhbəri ilk dəfə 2020-ci ildə həbs edilib. 3 il sonra bəraət alaraq azadlığa buraxılıb. Ali Məhkəmə sahibkar buraxıldıqdan bir müddət sonra bəraət qərarını ləğv edib, işi təkrar apellyasiya baxışına qaytarıb."qafqazinfo”



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar