Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gəncədə apteklərdə güclü təsiredici və psixotrop tərkibli dərmanlar aşkarlandı

Tarix: 08-09-2018 21:15     Baxış: 2201 A- / A+
Gəncədə apteklərdə güclü təsiredici və psixotrop tərkibli dərmanlar aşkarlandı

Gəncə şəhəri ərazisindəki bir neçə aptekdə güclü təsiredici xüsusiyyətə malik və psixotrop tərkibli dərmanlar aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində şəhər sakinləri əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış zamanı psixotrop tərkibli 59 ədəd "Relanium diazepam 5 mg/ml", həmçinin 465 ədəd "Qaloperidol-Rixter 5 mq", 30 ədəd "Aminazin" və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd "Tramadol kalseksi 2 ml" aşkar edilərək götürülüb.
DİN BNMİ və QBRŞ əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində şəhər sakini Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd "Tramadol 50 mg", psixotrop tərkibli 100 ədəd "Relanium diazepam 5 mg/ml", həmçinin 34 ədəd "Kalium-Permanqanat", 250 ədəd "Diabeton MR 60 mq" və 9 ədəd "Xumulin NPX" aşkar edilərək götürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar