Xəbər lenti
Ölkədə ən uzun gecə bu tarixdə olacaq-AÇIQLAMA
Artıq qış fəslinin girməsinə az müddət qalıb. Adətən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fəsillərin ölkəyə daxil olma tarixini müəyyənləşdirir.
Maraqlıdır, bu, necə hesablanır? Həmçinin, 2017-ci ilin sonuncu fəsli-qış ölkəmizə nə zaman daxil olacaq?
Manevr.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov modern.az-a açıqlama verib:
“Bir var təqvimi fəsillər, bir də var astronomik fəsillər. Astronomik fəsillər necə hesablanır? Yerin öz fırlanma oxu var. Günəşə görə onun meyli ən böyük olanda buna “Qış Günəş duruşu” deyirlər. “Qış Günəş duruşu”nda Yer planetinin fırlanma oxu Günəşə nəzərən maksimum qiymət alır: 23 dərəcə 26 dəqiqə. Yayda da eyni hadisə baş verir və ona da “Yay Günəş duruşu” deyirlər. Qış fəsli Yer kürəsinin şimal yarımkürəsi üçün dekabrın 21-i və ya 22-nə düşə bilir”.
Ayın 21-i və ya 22-si... Niyə bu tarixlər fərqli ola bilir?
X.Mikayılov bundan da söz açıb:
““Qış Günəş duruşu” ilə yaz bərabərliyi nöqtəsinə qədər olan müddət qış fəsli hesab olunur. Bu müddət ola bilər ki, tam 3 ay olmasın, bundan artıq və ya əskik də ola bilər. Yer kürəsi Günəş ətrafında 365 sutka ərzində 5 saat, bəzi hallarda 5 saat 40 dəqiqə, 50 dəqiqə, hətta 56 dəqiqə müddətində dövr edir. Ona görə də bu vaxt stabil qalmır və dəyişir. Bir dəfə qış fəslinin daxil olması dekabrın 21-i səhər vaxtlarına, bir dəfə axşam və ya dekabrın 22-si tarixinə düşə bilər. Bir il tam 365 və ya 366 gün deyil axı. Orada 5 saat və eyni zamanda dəqiqə fərqi də yaranır. Yerin Günəş ətrafında fırlanmasında müəyyən təhriflər var”.
“Fəsillərin nə zaman daxil olacağını bir günə müəyyən edirik”
Müsahibimiz qeyd edib ki, Rəsədxana növbəti ildə fəsillərin nə zaman daxil olacağını sentyabr-oktyabr aylarında hesablamağa başlayır:
“Bəzən jurnalistlər tələsdirəndə tez hesablamağa çalışırıq. Hesbalama uzun çəkən proses deyil. Bir günə, hətta bir neçə saata fəsillərin nə zaman daxil olacağını müəyyən edə bilirik”.
Direktor müavini bildirib ki, bu il Azərbaycana qış fəsli dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq:
“Həmin vaxt ən uzun gecə müşahidə olunacaq. Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq.
2018-ci ildə isə yazın gəlişi martın 20-si saat 20:15:30-a, yay fəsli iyunun 21-i saat 14:07:18-ə, payız fəsli sentyabrın 23-də saat 05:54:06-a, qış fəsli dekabrın 22-də saat 02:22:42-yə təsadüf edəcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar