Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yüzlərlə gizlədilmiş xəzinə, 23 il qəfəsdə, Fərmanın qətli: Onlar kimdirlər?

Tarix: 26-01-2021 07:39     Baxış: 3164 A- / A+
Yüzlərlə gizlədilmiş xəzinə, 23 il qəfəsdə, Fərmanın qətli:

1979-cu ildə ekranlara sovet tamaşaçısı üçün ənənəvi olmayan bir film çıxdı: “20-ci əsrin dəniz quldurları”.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, Rejissoru Boris Durov olan 79 dəqiqəlik bu filmə 120 milyon insan baxmışdı, kinoteatrlarda. Sakit okeanda dəniz quldurlarını hücumuna məruz qalan sovet dənizçilərinin başına gələn macəralardan bəhs edən bu filmi maraqlı edən həm də 20-ci əsrin sonlarında dünyada hələ də dəniz quldurlarının mövcud olmasıydı. Üstündən az qala yarım əsr keçsə də, məlum olur ki, nəinki 20-ci əsrdə, indinin özündə belə dünya sularında hələ də piratlar var, hələ də saysız-hesabsız gəmilər onların hücumuna məruz qalır.

Bəs haradan yaranıb, ortaya çıxıb ilk dəniz quldurları? Dəniz quldurlarının tarixi çox qədim zamanlara gedib çıxır. Quldurlar haqqında məlumata qədim yunan əfsanələrində və Skandinaviya mifologiyasında rast gəlmək olar. Bir çox xalqların folklorunda da quldurlar haqqında rəvayətlər mövcuddur. Dəniz quldurluğunun inkişafı dənizçiliyin inkişaf tarixi ilə sıx bağlıdır. Tarixdən o da məlumdu ki, hətta qədim Yunan və Roma gəmiləri də Egey və Aralıq dənizində dəniz quldurlarının hücumuna məruz qalıblar. Piratlar o qədər qüdrətli idilər ki, bir zamanlar indiki Türkiyə ərazisində özlərinin dövlətini belə yaratmışdılar.

Piratlığın ən geniş yayıldığı dövr 14-19-cu əsrləri əhatə edir. Həmin dövrdə dəniz quldurları Şimali Afrikada, indiki Mərakeş, Əlcəzair, Tunis və Liviya kimi ölkələrin limanlarında məskən salıblar. Onlar Aralıq dənizində üzən Avropa gəmilərini qarət edir, sərnişinləri, dənizçiləri əsir götürərək, qul bazarlarında satırdılar. Quldurlar tez-tez qarət etdikləri qızıl-gümüşü, daş qaşı müxtəlif yerlərdə gizlədir və bu xəzinələrin yerini kimsəyə söyləmirdilər. İndiyədək çoxları inanır ki, bir çox dənizin sahillərində hələ aşkarlanmamış xəzinələr var.

Dünyanın ən məşhur dəniz qulduru Henri Morqan olub. Bu ada hər kəs Cek Londonun “Üç ürək” adlı romanında rast gəlinib. Morqanın əmisi Edvard Morqan İngiltərə şahzadəsi II Karlın yaxın dostu idi. II Karl taxta çıxdıqdan sonra Edvard Morqanı Yamaykaya vali təyin etmişdi. Bu təyinatdan sonra Henri Morqan Yamaykaya gələrək Edvard Morqanın qızı ilə evlənmişdi. Bu evlilikdən sonra nüfuzunu artıran Henri böyük bir dənizçi ordusu yaradaraq, okeanların ağasına çevrilmişdi. Ümumiyyətlə, orta əsrlərdə Morqanla bərabər, Dreyk, Silver, Barbaros kimi dəniz quldurları nəinki tacirlərin, hətta imperiyaların belə qorxulu yuxusuna idi.

Frensis Dreyk yer kürəsinin ətrafına dolanan ikinci dənizçi sayılır. 18 yaşında ikən Frensis quldur gəmisinə kapitan, 1572-ci ildə o, ispanların “Gümüş karvan” gəmisini və gəmi ilə birlikdə 30 ton gümüş sikkə ələ keçirir. Yeri gəlmişkən, Kraliça Yelizavetanın tacını bəzəyən brilyantların birini kraliçanın gələcək admirallarından olacaq Fransis Dreyk hədiyyə vermişdi.

Dreyk dəniz quldurluğunun simvolu idi. O, müxtəlif vaxtlarda coğrafi tədqiqatla məşğul olub. Magellandan sonra dünya ətrafına səyahət edib. Dreyk həm də Britaniya taxt-tacına əvəzsiz xidmət göstərmişdi. Britaniyanın dənizdəki rəqibi İspaniyanın Kadis limanını yandırmışdı. İspanlar Dreyki dəniz qulduru kimi tanıyır, İngiltərədə isə qəhrəman hesab olunurdu. İspan Məğlubedilməz Armadasının darmadağın edilməsində də, xüsusi xidmətləri olmuşdu. Kraliça I Yelizaveta daim ona xüsusi hörmətlə yanaşır, onun barəsində İspaniya diplomatlarının şikayətinə əhəmiyyət vermirdi. Kraliça onun Britaniya qarşısında xidmətlərinin yüksək qiymətləndirərək, onu cəngavər titulu vermişdi. Dəniz qulduru olan bu adam ser Frensis Dreyk adlanırdı.

Uilyam Kidd 1688-ci ildə Haitidə baş vermiş gəmi qəzasında sağ çıxmış yeganə matroslardan idi. Daha sonra o, ingilis piratlarına qoşulur. Onun bütün sərvəti naməlum adada basdırılıb. Vəfatından sonra onun cəsədi 23 il dəmir qəfəsdə saxlanılmışdı.

Bir maraqlı fakt. Tarixdə dəniz quldurlarına ən tutarlı cavabı ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson vermişdi. Dəniz quldurları Əlcəzair yaxınlığında Amerika gəmisini tutaraq, böyük məbləğdə pul tələb etmişdi. Cefferson buna cavab olaraq, Əlcəzair sahillərinə ABŞ hərbi donanmasını göndərmiş, dəniz quldurları darmadağın edilmişdi. Ondan sonra artıq amerikan gəmilərinə heç bir yerdə hücum edilmədi.

İndi dəniz quldurları əsasən Afrika sahillərində aktivdirlər. Atlantik okeanındakı Qvineya körfəzi ən təhlükəlisi hesab edilir. Amerikanın “Oceans Beyond Piracy” təşkilatının hesabatına görə, hazırda dünyanın ən təşkilatlanmışı Nigeriyanın dəniz quldurlarıdı.

İki gün əvvəl Türkiyə gəmisinə hücum edən, azərbaycanlı Fərman İsmayılovu da məhz onlar öldürüb...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar