Xəbər lenti
2019-cu ildə bu regionda BÖYÜK MÜHARİBƏ BAŞLAYA BİLƏR : Amerika kəşfiyyatı açıqladı
ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın üçüncü hissəsini dərc edib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu hissədə Asiya-Sakit okeanı region ilə bağlı proqnozlar yer alıb.
Qeyd edilir ki, 2019-cu ildə bu regionlarda əsasən aşağıdakı tendensiyalar özünü göstərəcək.
Çin ticarət tufanına dözəcək
Pekin daha çox Amerika malı almağı təklif edərək və seçmə investisiyalar üçün baryerləri aşağı salaraq ticarətlər məsələləri üzrə Vaşinqtonla ünsiyyət kanallarını saxlamağa çalışacaq. Amma onun güzəştləri struktur iqtisadi islahatın keçirilməsi üzrə Amerikanın tələblərinə cavab verməyəcək. Bununla belə, Çin ABŞ-ın sanksiyalarına simmetrik cavab vermək hüququnu özündə saxlayacaq. Pekin həmçinin maliyyə sferası, avtomobil sənayesi və energetika üçün xarici investisiyaları almaqdan ötrü dövlət sektorunda islahatları dərinləşdirəcək.
Çinin Amerika tələblərinə güzəştə getmək istəməməsi isə ticarət mübahisələrinin uzanmasına gətirib çıxaracaq. Uzunsürən ticarət müharibəsi Çinin sahilboyu regionlarının iqtisadiyyatını hədələyir.
Asiya-Sakit okeanı regionunda böyük dövlətlərin rəqabəti
Pekin regionda Amerika alyanslarını zəiflətməyə cəhd etməyə, mübahisələrin həlli və iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verərək Yaponiya, Hindistan və ACEAN-a (Cənub-şərqi Asiya Ölkələri Assosiasiyası) üzv ölkələrlə yaxınlaşmaq üçün barışdırıcı cəhdlərini davam edəcək. Eyni zamanda, Vaşinqton Cənubi Çin dənizində və Tayvan boğazında hərbi dəniz gücünü artıracaq. Bu isə Çini öz hərbi potensialını gücləndirməyə məcbur edəcək. Bu, Amerika hərbçiləriylə təsadüfi toqquşma şanslarını artıracaq. Birləşmiş Ştatlar Tayvanın limanına öz hərbi gəmilərinin daxil olmasını həyata keçirmək fikrindədir. Bu hadisə Çin tərəfindən birbaşa hərbi cavaba gətirib çıxara bilər. Yaponiya, Hindistan və Avstraliya təhlükəsizlik sahəsində Vaşinqtonla əməkdaşlığı genişləndirəcəklər. Bu regionun başqa hissələrində ABŞ və ACEAN-ın birgə hərbi təlimləri keçiriləcək və Amerika hərbi sferada Vyetnamla əməkdaşlıq edəcək. Bu, regional ekspansiya və ABŞ-ın təsirinin məhdudlaşdırılması üzrə Çinin hərəkətlərini çətinləşdirəcək.
Şimali Koreya üzrə zəifləyən həmrəylik
Birləşmiş Ştatlar 2019-cu ildə Şimali Koreyadan əhəmiyyətli güzəştlərə nail olmaq niyyətindədir. Pxenyan da həmçinin, Donald Trampdan maksimumu almağa ümid edir. Açıq müharibə böyük risklərlə nəticələnə bilər və tərəflər dialoqdan imtina etməyəcəklər. Şimali Koreya eyni zamanda sanksiyaların zəiflədilməsinə və sülh müqaviləsinin bağlanmasına ümid edərək əhəmiyyətli vədləri ehtiyatla verəcək. Pxenyan həmçinin zəmanətləri tələb edəcək ki, ikitərəfli saziş indiki administrasiyanın gedişindən sonra pozulmayacaq.
Birləşmiş Ştatlar çətin ki, Şimali Koreyaya qarşı sanksiyaların ləğvini istəyəcək, ancaq vaxt Pxenyana işləyir, çünki, sanksiyaların saxlanılması barədə məsələdə beynəlxalq həmrəylik zəifləyir.
BMT Təhlükəsizlik Şurasında veto hüququ Vaşinqtona çoxtərəfli sanksiyaların ləğvinin istənilən cəhdlərini bloklamağa imkan verəcək, hərçənd Çin və Rusiya dünya cəmiyyətini Koreya Xalq Demokratik Respublikası ilə əməkdaşlığa çağırır.
Qarşıdakı il üçün “Stratfor”un əlavə proqnozları
- Amerika-Çin ticarət müharibəsi Vyetnama iqtisadi xeyirlər gətirəcək, amma iki nəhəng arasında onun daimi olmayan tarazlığını çətinliyə salacaq.
- Çinin informasiya texnologiyaları üzrə sektoru ABŞ-da artan həyəcana səbəb olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar