Xəbər lenti
Boğaz ağrısıyla xəstəxanaya getdi-eşitdiklərindən ŞOK oldu
Mersinin Tarsus mahalında yaşayan 34 yaşlı evdar xanım Həsrət Gül, uzun zamandan bəri çənəsinin altında davamlı hiss etdiyi və boğaz infeksiyasından qaynaqlandığını sandığı ağrı nədənindən xəstəxanaya getdi və böyük şok yaşadı.
Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mersində baş verib
Ultrasəs müayinəsi edən həkimlər qadının tüpürcək vəzində 4 daş olduğunu təyin edib. İkisi 8 mm, ikisi isə 2 mm böyüklüyündə daşlar, mikrocərrahi üsuluyla, ağız içindən girilərək və mikroskop altında edilən əməliyyatla götürülüb. Ailəli və 1 uşaq anası olan Həsrət Gül 3 ildir davamlı sol çənə altında hiss etdiyi ağrını, çox sıx yaşadığı boğaz infeksiyalarından qaynaqlandığını düşündüyü üçün önəmsəməyib. İyul ayında ağrıların şiddətlənməsi və çənə altında qabarıqlıq meydana gəlməsindən sonra dərhal xəstəxanaya gedib. Müayinə nəticəsində həkim Həsrət Gülün tüpürcək vəzində 2-i noxud böyüklüyündə olmaqla 4 daş olduğunu söyləyib. Eşitdiyinə inanmayan Gül həmin günlərdə qonaq getdiyi Ankarada bir başqa xəstəxanaya gedərək müayinə olunub. Ankaradakı müayinə də eyni dioqnozla nəticələnib. Həkim daşların əməliyyatla xaric edilməsinin mütləq olduğunu söyləyib. Əməliyyat keçirməyə qərar verən Həsrət Gül, Medical Park Tarsus Xəstəxanasına gedib. Xəstəni müayinə edən qulaq-burun-boğaz xəstəlikləri mütəxəssisi Op. Dr. Əli Kahlıoğulları, əməliyyatın çənə altından edilməsinin riskli və tüpürcək vəzinin zədələnmə ehtimalının böyük olduğunu əsas gətirərək ağız yoluyla aparılmasını təklif edib. Həsrət Gülün razılığından sonra Op. Dr. Kahlıoğulları və digər həkim heyəti mikrocərrahi texnikasıyla və mikroskop altında əməliyyata başlayıb. Əməliyyat tüpürcək vəzinin heç bir zədə almaması nəticəsiylə uğurla başa çatıb.
Op. Dr. Əli Kahlıoğulları tüpürcək vəzində daş meydana gəlməsi və əməliyyat barədə bu məlumatları verdi:
Xalq arasında çox bilinməsə də tüpürcək vəzində daş əmələ gəlməsi mümkündür. Su itkisinin artdığı uzun zamanlı xəstəliklər və ağız quruluğu (kserostomi), tüpürcək vəzi daşları baxımından risk faktorudur. Ayrıca şəkərli diabet və hipertoniya ilə də əlaqəsi ola bilər. Mineral çöküntülərinin tüpürcək kanalında toplanması daş meydana gəlməsinə, daşların zamanla böyüməsi isə tüpürcək vəzi kanalının tutulmasına səbəb olar. Tüpürcək daşları yemək əsnasında epidemiyanın artması və güclənməsi nəticəsində əlaqədar tüpürcək vəzində təkrarlayan şişlik və ağrı ilə özünü biruzə verir. Tıxanıqlıq vəziyyətinin uzanması tüpürcək vəzində infeksiyaya və bəzən apsesləşməyə səbəb olar. Müalicəsi isə daşların və ya tüpürcək vəzi ilə kanalının tamamilə alınması şəklində mümkündür. Son zamanlarda inkişaf etdirilən siyaloskopi üsuluyla kiçik daşlar kanal içindən alına bilər. Lakin xəstəmiz bu texnikaya uyğun bir xəstə deyildi.O üzdən daşların tüpürcək vəziylə birlikdə alınması müalicə üsulunu uyğun gördük və əməlliyatı həyata keçirdik. Biz tüpürcək vəzini qorumaq üçün mikrocerrahi ilə ağız içindən daşları götürməyi planladıq.
Az zaman içində əməliyyatla daşlar alınaraq tüpürcək vəzi qorundu. Xəstəmiz əməliyyatdan bir neçə saat sonra sağlam bir şəkildə xəstəxanadan buraxıldı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar