Xəbər lenti
Saakaşvili çimmək üçün otelə girmək istəyib - BURAXMAYIBLAR
Ukraynada axtarışda olan, ancaq Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının əlindən qaçırılandan sonra Kiyevdə parlamentin qarşısında tərəfdarları ilə mitinq keçirən Mixail Saakaşvili bu gün səhər çimmək üçün otellərdən birinə girmək istəyib. Ancaq onu içəri buraxmayıblar.
Xarici KİV-lər xəbər verir ki, bunu Ali Radanın deputatı Anton Geraşeonko açıqlayıb. "Saakaşvili axtarışdadır, onu yaraqlılar əhatə edib. Polis ona görə kəskin hərəkətlər etmir ki, qan tökülməsin. Çünki Saakaşvilinin arzusu çoxlu qan axıdılmasıdır ki, dünyaya onları döydüklərini göstərsin. Biz onlara bu variantı verməyəcəyik” - deputat deyib.
Geraşenko əlavə edib ki, bu gün səhər Saakaşvili ikinci dəfə "Kiyev” otelinə girmək istəyib. Çalışıb ki, kiminsə nömrəsində çimsin, lakin onu buraxmayıblar. Deputatın sözlərinə görə, Saakaşvili parlamentin qarşısındakı çadır düşərgəsində gizlənir.
"Oradan kənara çıxmır... Lakin o, törətdiyi cinayətlərə görə cavab verəcək”, - deyə deputat əlavə edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar