Xəbər lenti
Azərbaycanlı cərrahdan ACI ETİRAF : “Uşaqların qopmuş barmaqlarını gətirirlər”
Son vaxtlar valideyn səhlənkarlığından azyaşlıların xəsarət alması ilə nəticələnən qəzalarla bağlı xəbərlərə tez-tez rast gəlirik. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun illik hesabatı da xəsarət alan uşaqların sayının artdığını təsdiqləyir. Manevr.az xəbər verir ki, institutun əl cərrahiyyəsi şöbəsinin müdiri, professor Fikrət Qafarov virtualaz.org saytına bildirib ki, son vaxtlar bu cür şikayətlərin sayı durmadan artır: “Hətta bəzən həftədə 2-3 müraciət daxil olur. Uşaqların əli ət maşınında qalır, valideynlər qopmuş barmaqları götürüb gətirirlər ki, yerinə tikin. Evlərdə trenajorlar qoyurlar, uşaqların əli trenajorların arasında qalır. Paltaryuyan maşın işləyir, uşaq əlini maşının içinə salır. Texnikanın inkişafı uşaqların başında çatlayır. Azyaşlılar valideyn məsuliyyətsizliyinin qurbanına çevrilirlər”.
Şöbə müdiri deyib ki, digər orqanlardan fərqli olaraq, əlin quruluşu mürəkkəbdir və kiçik bir zədə əlillik yaradır: “Əli ət maşınında və ya hansısa alətin içərisində qalan hər 10 adamdan 8-i əlil qalır. Üstəlik, ət maşını travması travmaların ən ağır formasıdır. Baxırsan ki, əlin müəyyən hissələri qalıb, biz onun sümüyündən, dərisindən istifadə edirik. Çox zaman barmaqlar gedir, sümükdən istifadə edə bilirik. Çətinliyimiz odur ki, biz illərlə o əlin üstündə işləyirik. Bir də anadangəlmə qüsurlar var. Valideyn səhlənkarlığı nəticəsində əlin anadangəlmə qüsurları ilə bağlı müraciətlər gecikmiş olur. Uşaq 15-16 yaşına çatır, sonra əldəki qüsurlarla bağlı müraciət edirlər. Gec müraciətin səbəbini soruşanda deyirlər ki, Allah bunu belə yaradıb, həkimə aparmaqla yaradana qarşı çıxmaq olmaz. Uşaq böyüyür, yaşıdları arasında sıxılıb çəkinir. Halbuki, vaxtında həmin qüsuru sadə əməliyyatla aradan qaldırmaq mümkün idi. Daha çox anadangəlmə əyri barmaq, barmaqların bir-birinə bitişməsi, barmağın birinin qısa olması kimi qüsurlarla rastlaşırıq. Vaxtında və yalnız əl cərrahiyyəsi üzrə ixtisaslaşmış həkimə müraciət etmək lazımdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar