Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çörəyin və unun qiyməti sabit qalacaq

Tarix: 16-12-2016 11:30     Baxış: 4321 A- / A+
 Çörəyin və unun qiyməti sabit qalacaq


Azərbaycanda buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək

Azərbaycanda buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.

Onun sözlərinə görə, qanun layihəsində buğdanın idxalı və satışı ilə yanaşı, buğda unu və çörəyin istehsalı və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, manatın ikinci devalvasiyasından sonra bölgələrdə çörəyin və unun qiymətinin qalxması ilə əlaqədar əhali etiraz aksiyası keçirmişdi. Bundan sonra hökumət məsələyə müdaxilə edib, sahibkarlara qiymətləri yenidən aşağı endirməyi tapşırmışdı. Nəticədə isə devalvasiyadan sonra bahalaşan unun qiyməti yenidən endirilmişdi.

Nə üçün məhz çörək və un?

İqtisadçı ekspertlər bildirirlər ki, Azərbaycan əsas yeyinti məhsullarını əsasən xaricdən idxal edir. Bunun nəticəsidir ki, manatın dollara nisbətdə dəyər itirməsi ilə marketlərdə də ərzaqların qiyməti bahalaşır. Bəs hökumət nə üçün digər ərzaq məhsullarının da idxalını sadələşdirmir?

 Çörəyin və unun qiyməti sabit qalacaq


Ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirib ki, ilk olaraq ona diqqət etmək lazımdır ki, çörəyin üzərindən ƏDV əslində götürülməyib: “Sadəcə olaraq, mövcud güzəştlərin vaxtı uzadıldı. Bir çox hallarda vətəndaşlar ƏDV-nin götürülməsini və qiymətlərin niyə ucuzlaşmadığını soruşurlar. Yenilik burada ondan ibarətdir ki, sadəcə yanvar ayının 1-də mövcud güzəşt qərarının vaxtı bitirdi. Əgər bu, uzadılmasaydı, o zaman ölkədə un məhsullarının qiymətində ciddi bahalaşma müşahidə olunacaqdı. İlk növbədə bunun qarşısı alındı. Siyahıya quş ətinin satışı da əlavə edildi. Bir məsələyə toxunmaq lazımdır ki, Azərbaycanda hazırda sosial problemlər içərisində ən mühüm prioritet təşkil edən məsələ ərzaq məhsullarının qiymətlərinin müəyyən qədər tənzimlənməsidir.

Burada söhbət administrativ təzyiqlər yolundan deyil, vergi güzəştlərinin tətbiqi, yerli istehsalın təşviqi, rəqabət mühitinin dərinləşdirilməsi kimi üsullardan gedir. Yeni vergi qanunvericiliyinə uyğun olaraq, Azərbaycan artıq növbəti dövrlərdən diferensial vergi siyasətini həyata keçirməyə başlayacaq. Bu, imkan verəcək ki, fərqli əhəmiyyətliliyindən asılı olaraq, məhsulların istehsalına, idxalına vergi dərəcələri tətbiq olunsun. Bu zaman böyük ehtimalla hökumət daxili bazarlarda müəyyən xidmət dəyişikliyinin tənzimlənməsi məqsədilə digər məhsullara da qeyd olunan istiqamətlər üzrə güzəştlər tətbiq edə bilər. Bu, ƏDV-nin və digər vergi növlərinin ləğvi də ola bilər”.

 Çörəyin və unun qiyməti sabit qalacaq


İqtisadçı ekspert Qadir İbrahimli isə bildirib ki, bu qərarın məhz çörəklə bağlı olması təsadüfi deyil:

“Sadəcə olaraq, çörək daha çox istehlak olunur. Digər ölkələrlə müqayisədə bizim cəmiyyətdə həm də çörəyə olan münasibət də başqadır. Bu baxımdan, çörəyin qiyməti sosial mühitə də təsir göstərir. Bütün bunlara görə də hökumət çörəyin qiymətini diqqətdə saxlayır. Burada başqa amil yoxdur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar