Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bahalaşmaya verilən ictimai reaksiya: “Təəssüf edirik…”

Tarix: 29-11-2016 19:26     Baxış: 6361 A- / A+
 Bahalaşmaya verilən ictimai reaksiya:

Tarif Şurasının təbii qaz və elektrik enerjisinin qiyməti ilə bağlı qərarı ölkə gündəmini bir anda zəbt edib.

Bəs, müxtəlif peşəyə və təbəqəyə malik insanlar təbii qaz və elektrik enerjisi üçün ayda nə qədər pul xərcləyirdi?

Musavat.com mövzu ilə bağlı kiçik sorğu keçirib.

Bəstəkar-aparıcı Murad Arif bahalaşma ilə bağlı təəssüf etidyini bildirdi: “Bir müddət bundan əvvəl qaz üçün olan karta 100 manat ödəmişdim və hələ də onu işlədirəm. Dəqiq ayda neçə kub qaz işlətdiyimi bilmirəm. Yəqin ki, kartdakı məbləğ təxminən 5 ay gedər. Bahalaşmaya görə təəssüf edirəm... “

Müğənni Əli Mirəliyev isə kommunal xərclər üçün ayda 50 manat xərclədiyini bildirdi: “Mən 170 manat pensiya alıram. Qaz pulunu ancaq çatdırırdım, işığın pulunu düzəldib verə bilmirdim. Suyu pul ilə alıram, dərmanlarımı ala bilmirəm. Ayda təxminən 50 manatı kommunal xərclərə ödəyirəm. Buna görə bazardan ət də ala bilmirəm, ətin qiyməti indi 12 manat olub. Bu bahalaşma camaatımıza zərbədir. Müğənnilər artıq maşınlarını satıb taksi ilə gedib-gəlirlər. Onsuz da köhnə tariflə borclarımızı ödəyə bilmirik, təzə tariflə necə verəcəyik? İnsanlar var ki, işləmirlər, maaşları yoxdur. Bəs, onlar necə ödəsin?”

Əməkdar artisti Tahir İmanov ayda nə qədər kommunal xərcinin olduğunu deməsə də, Tarif Şurasının məlum qərarını dəstəklədiyini bildirdi: “Mən Azərbaycan Respublikasının vətəndaşı kimi bütün fərmanlara, qərarlara tabeyəm və bütün ödənişləri vaxtlı-vaxtında ödəyirəm. Mən hər zaman qərarları dəstəkləyəcəm, çünki dövlət bilir, nə etmək lazımdır. Dövlətlə dövlətçilik edə bilmərik, həmişə demişəm”.

Prodüser Tarix Əliyev (Tolik) də bu məsələyə münasibət bildirib: “Bizim binada qaz yoxdur, amma işığa təxminən ayda 30-40 manat ödəyirdim. Evdə az olduğumdan işıqdan çox da istifadə etmirəm. Amma ötən ay 72 manat gəlmişdi, bu da mənim günahım idi, 20 gün kondisioner yanılı vəziyyətdə qalmışdı. Məncə yeni qərar 150 manat maaş alan insanlar üçün çox çətin olacaq. Qazın və ya işığın həcmi ilə bağlı anlayışım yoxdur, amma atam və digər insanlar qərardan narahat oldu. Fikrimcə, bununla bağlı çıxış yolu tapılar və əgər görsələr ki, insanlar buna narazılıq edir, bəlkə də qiymətlər aşağı düşər”.

Gənc yazar Kəramət Böyükçöl isə istifadə etdiyi təbii qaz üçün 120 manat, elektrik enerjisi üçün isə ayda 50 manat xərclədiyini bildirdi.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Nərgiz Liftiyeva: “Biz böyük ailə olduğumuz üçün qaz sərfiyyatı da təbii ki, çoxdur. Həm istilik sistemi, yəni kombi qazla işləyir, həm də digər məişət işlərində qaz işlədirik. Evdə körpə uşağın olması temperaturun daim normada olmasını tələb edir. Yəni, istiliyə qənaət etmək şansımız yoxdur. Ayda təxminən 25 manatlıq qaz istifadə edirik. Bu isə aylıq 250 kubmetr qaz deməkdir. Yəni bizim illik işlətdiyimiz qazın həcmi 3000 kubmetrdir. Tarif Şurasının qoyduğu göstəricidən iki dəfə çoxdur. İstifadə etdiyimiz qazın neçə kubmetr olması ilə təbii ki, maraqlanmışam. Orta səviyyəli gəliri olan bir ailə kimi daim qənaət etmək məcburiyyətindəyik. O mənada bütün xərclərimizi detallı şəkildə hesablayırıq, o cümlədən də qaz və elektrik enerjisinə ayrılan xərclərimizi. Yəqin ki, bu qərardan sonra daha çox qənaət etmək məcburiyyətində qalacağıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar