Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar sosial şəbəkədən pul qazana bilmir, çünki....

Tarix: 04-11-2016 11:20     Baxış: 2462 A- / A+
Azərbaycanlılar sosial şəbəkədən pul qazana bilmir, çünki....

Ölkəmizdə bu ənənənin ləng inkişafının səbəbləri nədir?

Dünyada məşhurlar öz instagram, facebook, tivitter səhifələrindən pul qazanma yoluna üstünlük verirlər. Belə ki, firmaların reklamına, hansısa gözəllik salonunun, yeni çıxan məhsulun... tanıtımına səhifələrində icazə verən məşhurlar hər paylaşımdan bəlli məbləğ alırlar. Nəticədə ay ərzində bu reklamların faizləri üst-üstə yığılır və hətta 10 min dollardan başlanan bir məbləğə yüksəlir. Təbii ki, sıravi insanların belə bir şansı yoxdur. Amma sosial şəbəkədə və internetdə pul qazanmaq üçün xeyli optimal üsullar var.

Facebookda reklamdan pul qazanmaq imkanı get-gedə artır. Facebook-a yüklənən videolar artıq tək şəbəkə daxilində paylaşılmır, başqa saytlara da yüklənə bilir. Bu paylaşılan videoların üzərinə reklamlar da yerləşdirilə bilir. Bu da facebook istifadəçilərinə reklamdan da pul qazanmaq imkanı yaradacaq.

Azərbaycanda tanınmış blogger sayılan Nurlan Abbaszadə internetdən pul qazanmağın müasir üsulları barədə məlumatlıdır və bununla bağlı öz bloqunda arayış xarakterli material hazırlayıb. Onun yazdığına görə, 2015-ci ildən bu cür sistemlərlə pul qazanmaq daha da böyük potensial vəd edir. Lakin bu hər kəs üçün keçərli deyil. Hər internetə bağlantısı olan insan internetdən pul qazanmaq üçün yararlı sayılmır. Bunun üçün bir sıra kriteriyalar vardır. Əgər internetdən pul qazanmaq asan olsa idi, bunu hər kəs bacarardı.

Blogger internetdən pul qazanmanın yollarını 4 əsas maddədə birləşdirib:

1) Video hazırlayaraq internetdən pul qazanmaq;
2) Məqalə yazaraq internetdən pul qazanmaq;
3) Proqramlaşdırma ilə internetdən pul qazanmaq
4) Forex sistemi ilə internetdən pul qazanmaq;


Bu yazımda sizlərə ilk olaraq birinci maddə haqqında danışacağam.

YouTube internet portalından video hazırlayaraq internetdən pul qazanmaq haqqında yəqin ki, çoxlarınız eşitmisiniz. Lakin bu sistemin necə işlədiyi haqqında təsəvvürünüz yoxdur.
YouTube-dan pul qazanmaq üçün əsas alqoritm belədir.

Kanal yaradırıq, kanalımıza videolar yerləşdiririk, kanalımızı reklam edirik və abunəçilərimizi artırırıq. Kanalımıza YouTube- reklamlar yerləşdirir, yəni videolarımıza avtomatik olaraq bu videolar yüklənilir YouTube tərəfindən. Bu videolara tıklama və göstəriş sayısına görə isə YouTube - bizə pul ödəyir. Ödənilən pul Google Adsense hesabımıza yüklənilir, buradan isə bizim bank hesabımıza nağd olaraq göndərilir.

Amma internetin təklif etdiyi şərtlər bununla yekunlaşmır. İnternetdən pul qazanmaq üçün aşağıdakı üsullar da var.

1) Affiliate Marketing System (Satışa çıxarma və Ortaqlıq Sistemi): Yerli xarici bir çox internet saytının təqdim etdiyi bu imkan üçün komissiyaçılığın bir az daha inkişaf etmiş versiyasını deyə bilərik. Sayta üzv olursunuz, satacağınız məhsulları təyin etdikdən sonra bu məhsullara uyğun bir müştəri toplumu meydana gətirməlisiniz. Bu, ümumiyyətlə, ilk başlarda yoldaşlardan meydana gəlir. Qısacası, edilən bütün bu əməliyyatlardan qazanırsınız və ən əhəmiyyətlisi məhsul sataraq 2 fərqli şəkildə qazana bilirsiniz. Birincisi satdığınız məhsulun komissiya əvəzi, ikincisi isə daha çox müştəri taparaq. Daha çox qazanan və qazandıran bir satıcı olaraq komissiya əvəzinizin artması, fərqli sabit gəlir, hədiyyələr qazanmanız üçün sizi motivasiya edəcək əlavə fürsətlər yaranır.

2) Game Design (Kompüter Oyun Dizaynı): Əlbəttə ki, böyük firmaların milyonlarla dollar qazandığı, amma yüzlərlə qrupların olduğu oyunlardan bəhs etmirik. İnternetdən əldə edə biləcəyiniz flash və java proqramlarını, videoları rahatlıqla tapa bilərsiniz. Bunları bir çox sayta sata bilərsiniz, ölçüləri kiçik olduğu üçün çox yer örtməyən bu oyunları cib telefonlarına belə yükləyə bilərsiniz. Hətta müxtəlif yarışmalara qatılaraq mükafat qazana bilərsiniz.

3) İctimai Media Mühəndisliyi (İnternet Reklam Xidmətləri): İnternetin sürətlə həyatımızın hər sahəsinə girdiyinin fərqində olan firmalar, bir çox ictimai şəbəkənin meydana gəlməsindən faydalanaraq çox daha qısa müddətdə və çox daha çox insana çata bilmək üçün internet reklam xidməti təmin edənlərə yönəldilər. Bunun nəticəsində də “ictimai media mühəndisliyi” adında bir peşə ortaya çıxıb. Onlar ictimai paylaşma saytlarına girib firma adına hesab, qrup, səhifə açırlar və üzerle yoldaş olurlar. Beləliklə, həm firma təqdimatını edir, həm unudulmur, həm də ünsiyyət təmin edilərək anketlər və oyunlar ilə müştəri məmnuniyyəti işlərini görmüş olurlar.

Gənc blogger Məhəmməd Türkmən isə hesab edir ki, Azərbaycanda da sosial şəbəkə vasitəsilə pul qazanmaq mümkündür. Onun sözlərinə görə, bizdə bu qazanc Türkiyədə, Avropadakı qədər olmasa da, əslində mümkündür. Müsahibimiz dedi ki, onedo.com adlı saytda video yerləşdirməklə bunu etmək mümkündür.Bizdə isə belə bir təcrübə yoxdur: “Amma sosial şəbəkədə 100-150 min izləyicin varsa, sənə müxtəlif reklam təklifləri gəlir. Bunlardan birincisi gizli reklamlardır - virtual reklam. Mən şəkil qoyuram, amma gizlicə hansısa kofe firmasını reklam edirəm. Bunların qiyməti də digərindən ucuz olur. Mənim 100 min izləyicim var, kimsə təklif edir ki, hansısa sərinləşdirici içkini reklam et. Mən masanın üzərinə həmin sərinləşdirici içkini qoyub, şəklini də yayıramsa, bu, gizli reklamdır və burda ödəniş 50 faiz azdır. Amma mən açıq-aşkar deyəndə ki, ”bu sərinləşdirici içkini için", bu zaman birbaşa reklamdır və qiyməti daha bahadır".

Konkret sosial şəbəkədən pul qazanma imkanlarına gəlincə, M.Türkmən dedi ki, reklamların qiyməti minimum 300-400 manatdan başlanır. Bu, əsasən foto və videolar üçündür: “Məsələn, sən bloggersən, vaynsan. Çəkiliş edərkən hansısa mağazanın, firmanın nümayəndəsi deyir ki, çəkiliş zamanı mənim məkanımdan istifadə et, loqom düşsün. Onun qiyməti 300 manatdır. Bir də var deyir, mənim məhsulumu reklam et. Azərbaycanda bu təcrübə yavaş-yavaş formalaşır. İzləyicisi az olanlara pul ödəmirlər. Bəzən kostyum firması çəkiliş üçün kostyum verir. Müğənnilərlə də bu qaydada iş gedir”.

Sevinc TELMANQIZI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar