Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İnqilab? Yəqin ki, xeyr – Əvvəlki köhnəliklər indi Ermənistanda yenilikdir” – ABŞ-ın nüfuzlu “The Daily Caller” saytı

Tarix: 28-06-2018 10:36     Baxış: 3181 A- / A+
“İnqilab? Yəqin ki, xeyr – Əvvəlki köhnəliklər indi Ermənistanda yenilikdir” – ABŞ-ın nüfuzlu “The Daily Caller” saytı




ABŞ-da olduqca böyük nüfuza malik “The Daily Caller” saytında Ermənistanda cərəyan edən son siyasi proseslər və yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-adekvat mövqeyi barədə önəmli məqalə nəşr olunub.

İnqilab? Yəqin ki, xeyr – Əvvəlki köhnəliklər indi Ermənistanda yenilikdir


Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan, Avrasiya ölkələrinin sərhədləri boyunca uzanan, dağlıq ərazi olan və iki ölkə arasında onilliklərdir, davam edən münaqişəyə səbəb olan Dağlıq Qarabağ üzərində Azərbaycanla sülh danışıqlarını davam etdirməyə hazır olduğunu deyir.

N.Paşinyanın öz qələbəsini ölkənin “qeyri-zorakı”, “məxmər inqilabı” adlandırması və media vasitələrində Ermənistan üçün “yeni bir ümid” olduğunun iddia edilməsi ilə əhalidə yeni liderin özü ilə regional sülh üçün yeni perspektivlər gətirməsi təəssüratı yaradır.

Gəlin tələsməyək…

Həmin şərhlərdə o, guya Azərbaycanla sülh prosesinə sadiq olduğunu vurğulayır, “qarşılıqlı razılaşmanın yalnız Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasından sonra mümkün olacağını” bildirir.

N.Paşinyanın Dağlıq Qarabağda “öz müqəddəratını təyin etmək” çağırışı Ermənistanın beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının işğalını davam etdirdiyini və hətta daha da gücləndirəcəyinə dair vəd verdiyini düşünməyə əsas verir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 853, 874 və 884 saylı qətnamələri, həmçinin BMT Baş Assambleyasının 19/13 və 57/298 saylı qətnamələri Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq təsdiq edir.

Həmçinin ABŞ Dövlət Departamenti Amerikanın “Dağlıq Qarabağı müstəqil bir ölkə kimi tanımadığını və onun rəhbərliyinin beynəlxalq səviyyədə və ya ABŞ tərəfindən tanınmadığını” bəyan edir.

Reallıqda və hüquqi cəhətdən sadəcə olaraq, Azərbaycanda yaşayan erməni sakinlər olan dırnaqarası “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi naminə Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış hüquqlarından öz ərazisində imtina etməsinin tələb edilməsi hər hansı bir sülh danışıqları üçün başlanğıc ola bilməz.

Onun müqəddəratın təyin edilməsi və Dağlıq Qarabağın tanınmasına dair çağırışları uzun müddət yürüdülən qeyri-qanuni erməni siyasətinin davamı olmaqla yanaşı, həmçinin işğalın davam etdirilməsi niyyətinə bir işarədir.

Amma N.Paşinyan daha irəli gedərək, “Ermənistan prezidentinin adından Azərbaycan prezidenti ilə danışıqlar aparmağa hazıram, lakin Dağlıq Qarabağın rəhbərliyi “Artsax”ın adından danışıqlara qoşulmalıdır” deyə təkid edir.

“Dağlıq Qarabağın rəhbərliyi” dedikdə N.Paşinyan Rusiya hərbi kəşfiyyatı və Livanın Bekaa Vadisindən Yaxın Şərq terroristləri ilə əlaqəsi olan “prezident” Bako Saakyana istinad edir. O, legitim bir siyasi lider deyil və əlbəttə ki, Azərbaycan üçün uyğun danışıqlar tərəfdaşı ola bilməz.

Müəllif sual verir: “Siz keçmiş sovet silahlısı ilə danışıqlar aparardınızmı və ya sizin ölkəniz tanınmamış “respublika”nı təmsil edən kiminləsə danışıqlara gedərdimi? Bu cür danışıqların nəticəsi hansı praktiki dəyər gətirə bilər?”

“Bu, nədir? Başlanğıc hiylə, məsələyə laqeyd yanaşma, gülünc vəziyyətdə qalma və ya bunların hamısı?” – deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev N.Paşinyanın şərhlərinə cavabında bildirib.

N.Paşinyanın seçilməsi ərəfəsində ümumi inanca zidd olaraq, dəyişilməz qalan yeganə vacib məsələ münaqişə deyil. Bəzi mütəxəssislər belə bir fərziyə irəli sürürlər ki, Rusiya keçmiş Sovet İttifaqı ölkələrinin işlərinə qarışmaq və hökümət əleyhinə olan inqilablara əks getmək siyasətindən fərqli olaraq, Ermənistanda baş verənlərə qarışmayacaq.

Halbuki, N.Paşınyanın xələfi Serj Sarkisyanın istefası ərəfəsində “Reuters” Rusiya rəsmilərinin etirazçıların rəhbərləri və iqtidarla yüksək səviyyəli telefon əlaqələrinin qurulmasını bildirmişdi, 3 nəfərin müzakirələrdə iştirak etdiyi barədə məlumat vermişdi.

Xarici siyasət dairələri Moskvanın hiyləgər şəkildə hər iki tərəflə oynadığını və “Reuters”in təsvir etdiyi kimi, “Ermənistan inqilabında səssiz dirijor” rolunda olduğunu düşünürlər. Bu, əlbəttə ki, uzunmüddətli siyasət və şəxsiyyətlərin davamıdır və yaxından müşahidə etdikcə çox az dəyişlik olduğunu görmək olur.

Hələlik Rusiyanın Ermənistandakı hakimiyyət keçidinə müdaxiləsi incədir. Ən azından, Krımın ilhaqı ilə müqayisə olunmur. Ancaq Rusiyanın xarici siyasət tarixindən və xüsusən də Ermənistana dərin təsirini nəzərə alsaq, Moskvanın müdaxiləsinin incəliyinin uzun müddət davam etməyəcəyini görmək olar.

“Azad Avropa” radiosuna müsahibə verən NATO-nun Hərbi Komitəsinin sədri, general Petr Pavel bunu yaxşı başa düşərək, “Bir tərəfdən Rusiyaya çox müdaxilə olmadığı üçün təəccüblənirəm, amma inanıram ki, bunun görünməyən çoxlu tərəfləri var” deyə bildirmişdi.

P.Pavel Rusiyanın Ermənistanda kifayət qədər hərbi bazalarının olduğuna istinad edərək, Rusiyanın Ermənistanı öz yaxın qonşuluğu və təsir dairəsində olan ölkə hesab etdiyini bildirmişdi.

S.Sarkisyan və Rusiya prezidenti Vladimir Putin dəfələrlə siyasətlərini əlaqələndirdiklərini bildirmişdilər. N.Paşinyan artıq Ermənistanın Rusiyadan əlavə silah almaq və Moskvayla daha yaxın iş və siyasi əlaqələr qurmaq istədiyini bildirib.

“Bizim müzakirə ediləsi bir çox mövzularımız var. Amma elə məsələlər var ki, müzakirəyə ehtiyacı yoxdur”, – deyə N.Paşinyan ilk görüşündə V.Putinə bildirib.

N.Paşinyanın (hələlik) yaxşı sayılan dövrü yoxsulluğa sürüklənmiş Ermənistanın iqtisadi çətinliklərini həll edə bilməz. 2009-cu ildə S.Sarkisyanın prezidentliyinin birinci ilində Ermənistanın ÜDM-i 14 faizdən aşağı düşüb və əhali hələ də özünə gələ bilməyib. Yerevanın geridə qalmış iqtisadiyyatı kənd təsərrüfatından tam asılıdır və yüksək inflyasiya, “beyin axını” müşahidə olunur.

S.Sarkisyan Ermənistanın ən az suveren post-sovet dövləti olması yolunu seçdi və bu səbəbdən də hazırda ölkədə xaos hökm sürür. Əgər, N.Paşinyan Yerevanı Moskvanın təsir dairəsindən çıxarmağa bacarmazsa, bu ssenari getdikcə daha da xoşagəlməz vəziyyət alacaq.

N.Paşinyan Ermənistan hökumətini silkələyə və ya Azərbaycanla sülh istəyinə dair ümumi bəyanatlar verə bilər. Ancaq biz bu “inqilab”dan sonra da yaxın gələcəkdə Ermənistanda ciddi siyasi və iqtisadi dəyişiklik gözləmirik.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar