Xəbər lenti
Yuxusuz qalmağın ziyanları
Alimlər sübut ediblər ki, yuxu çatışmazlığı bir çox xəstəliklərə həssaslığı artırır və hətta orqanizmə genetik dərəcədə təsir edir. Hazırda mütəxəssislər aşkarlayıblar ki, yuxunun itməsi niyə məhz beyinə təsir edir və əgər ötən gecəni rahat yatmamışıqsa, bizə nəyisə düşünmək niyə mürəkkəbdir. Məsələn, yaddan çıxmış açarlar, xoşagəlməz səhvlər, ütü, ayaqqabını ayağa düz geyməmək və s. Məlum olub ki, buna səbəb doyunca yatmama şəraitində aralarında əlaqələrin getdikcə zəifləşdiyi neyronlardır. Tel-Əviv, Kaliforniya və Helsinki universitetlərinin əməkdaşları bunu müşahidə ediblər.
Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, tədqiqatın müəllifləri bir qrup insanda neyronların fəallığını qiymətləndiriblər. Onlara çoxlu sayda şəkilləri mümkün qədər tez sürətlə qruplar üzrə çeşidləmək tapşırılıb. İştirakçılar tapşırığı həm “normal” halda, həm də doyunca yatmamaq halında yerinə yetiriblər. Müəyyən edilib ki, doyunca yatmamağın müddəti artdıqca, çeşidləmə çətinləşib. Belə ki, iştirakçıların beynində neyronlar daha ləng oyanıb, daha asta təsir göstərib, siqnallar daha gec ötürülüb. Bunun nəticəsini, məsələn, avtomobili idarə edərkən müşahidə etmək olar. Sürücü avtomobilin qarşısından keçən piyadanı gördükdə, əgər onun görmə qabiliyyəti normaldırsa, lakin siqnalın işə salınması adi haldan daha çox vaxt tələb edirsə, mütəxəssislər bildirirlər ki, nəticə çox pisdir. Beyin dalğaları da çox zəif hərəkət edir. Alimlər bəyan edirlər ki, onların bu təcrübəsi yuxunun kifayət qədər olmasının zəruriliyini təsdiqləyir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar