Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xüsusi Dövlət Mühafizə Xidməti smartfon istifadəçilərinə xəbərdarlıq edib

Tarix: 19-06-2017 16:53     Baxış: 1328 A- / A+
Xüsusi Dövlət Mühafizə Xidməti smartfon istifadəçilərinə xəbərdarlıq edib

“Kaspersky Lab" şirkətinin əməkdaşları "Android" smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər.
Manevr.az xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən verilən məlumata görə, "Google Play" onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu "root" imtiyazlara keçirməyə qadirdir. "Dvmap" adı alan ("Kaspersky Lab"ın təsnifatına görə) virus, "Google Play"ə müxtəlif tətbiqetmələr adı altında məsələn, sadə məntiqi oyun formasında yüklənilib. Tədqiqatçılar bildirirlər ki, “Dvmap Android”in tətbiqetmələr olan rəsmi mağazasından 50 min dəfədən artıq yüklənilib.
Kibercinayətkarlar “Dvmap” zamanı “Google Play”ə əvvəlcə tamamilə zərərsiz tətbiqetmə yükləyiblər, sonra isə, onlar aprelin 18-dən mayın 15-dək olan dövrdə zərərli yenilənməni buraxıblar. Beləliklə, cinayətkarlar “Google” təhlükəsizlik sistemləri tərəfindən aşkarlanmaqdan qaça biliblər. Qurğunun uğurlu yoluxmasından dərhal sonra 32-bit həm də 64-bit kimi “Android” versiyalarında işləyən zərərverici proqram “root” imtiyazlar almaq üçün eksploitlərin lokal paketindən istifadə edir. Əgər “root” etmək alınırsa, sistemdə bir neçə modullar müəyyən edilir. “Android” versiyasından asılı olaraq, kodun inyeksiyası zərərverici iki kitabxanalardan birini - ya “libdvm.so”, ya da “libandroid_runtime.so” düzəldən zaman hücumun əsas faza mərhələsində baş verir. “Dvmap” öz modullarını yerinə yetirilməsi üçün normal kodu zərərli kod ilə əvəz edir. Lakin bu da bəzi qanuni tətbiqetmələrin zədələnməsinə və ya onların işinin dayanmasına gətirib çıxara bilər.
Zərərverici kod kənar mənbələrdən olan proqramların quraşdırılmasını həll etmək üçün “Android”də “Verify Apps” funksiyasını kəsən fayl buraxır. Digər faylları yükləmə məqsədilə o, həmçinin quraşdırılmış tətbiqetməyə qurğu inzibatçısı hüququ da verə bilər.enter.news

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar