Xəbər lenti
Qan təzyiqiniz aşağı düşəndə nə baş verir?
Qan təzyiqi səviyyəsinin tənzimlənməsində böyrəyin rolu təkcə bununla kifayətlənmir. Qan təzyiqi aşağı düşəndə də böyrəklərdəki xüsusi quruluşa malik JGA hüceyrəsindən "renin" adlı bir maddə ifraz olunur. Lakin bu maddənin özünün birbaşa təzyiqi yüksəltmək təsiri yoxdur.
Bu maddə özünün hasil olduğu nahiyədən çox fərqli bir nahiyədən - qaraciyərdən ifraz olunan "angiotenzinogen" adlı bir molekulla birləşərək "angiotenzin-1" molekuluna çevrilir. Lakin əmələ gələn bu hormonların da qan təzyiqinə ciddi təsiri yoxdur. Qan dövranındakı bu hormon sonra yenə də başqa bir orqanda - ağciyərdə olan və yalnız "angiotenzin-1" molekulunu parçalaya bilən "ACE" adlı bir enzim sayəsində fərqli bir molekula, yəni "angiotenzin-2" molekuluna çevrilir.
Damarlara təsir göstərib təzyiqi normal səviyyədə saxlayan əsas hormon da məhz son məqamda yaradılan bu molekuldur. Bu molekul olmasa, ondan əvvəl yaradılmış heç bir molekul qan təzyiqinə təsir göstərməyəcək. Angiotenzin-2 molekulu yenə də yalnız özü ilə birləşərək damar səthindəki qəbuledicilərlə birləşdikdən sonra damarları yığır və təzyiqi yüksəldir.
Angiotenzin-2 molekulunun təzyiqi yüksəltmək üçün gördüyü işlər bununla da bitmir. Angiotenzin-2 molekulu qan dövranı sayəsində böyrəküstü vəzilərin xüsusi bir yerinə ötürülür. Bu nahiyədə olan bəzi hüceyrələr yalnız angiotenzin-2 molekulu ilə birləşdikdən sonra yaratdıqları aldosteron adlı molekulu qana qarışdırırlar. Bu molekulun qana qarışması ilə birlikdə qan təzyiqi bu dəfə daha fərqli bir mexanizmlə yüksəlməyə başlayır. Aldosteron molekulu böyrəyin yığıcı kanalları üzərində olan özünə xas qəbuledicilərlə birləşərək sidiklə kənar edilən natrium molekullarının orqanizmə geri qaytarılmasını təmin edir. Natrium molekulları da qanın sıxlığını artıraraq qan təzyiqini yüksəldir.
Şübhəsiz ki, burada diqqət edilməli olan məqam bu maddələrin təsirinin bir-birinə bağlı olmasıdır. Belə bir vəziyyətdə hətta bircə dənəsinin də təsadüfən yaranması mümkün olmayan bu sistemin bütün ünsürlərinin eyni anda, eyni əsasda təsadüflər nəticəsində yaranması da əsla mümkün deyil. Bu təsadüflərin böyrəklərə idrak qabiliyyəti, tədbir görmək üçün lazım olan təşəbbüskarlıq verə bilməyəcəyi də mübahisəsiz məsələdir.
Şübhəsiz ki, yalnız qan təzyiqinin tənzimlənməsində istifadə edilən onlarla maddə və bunların təsir mexanizmləri gözdən keçirilən zaman qarşıya çıxan layihə və nizamın öz-özünə əmələ gəldiyini iddia etmək təkamül nəzəriyyəsinə bağlı olan və bunu bir inanc sistemi kimi mənimsəmiş insanlara xas cəhətdir. Belə ki, təkamülçülər də bütün həqiqətlərə baxmayaraq öz nəzəriyyələrinə bir etiqad kimi inadıqlarını müxtəlif şəkillərdə etiraf ediblər. Bu etiraflardan biri belədir:
"Bir elm adamı kimi məndə aldığım təhsil nəticəsində elmin hər hansı bir şüurlu yaradılış anlayışı ilə uyğunluq təşkil etməyəcəyi ilə bağlı çox güclü bir fikir yarandı. Bu anlayışa qarşı şiddətlə bir tədbir görülməli idi... Lakin hal-hazırda yaradılışa inamı zəruri edən izahata qarşı irəli sürülə biləcək heç bir dəlil tapa bilmirəm... Biz açıq zehinlə düşünməyə vərdiş etmişik və indi həyat üçün gətiriləcək yeganə məntiqli cavabın təsadüfi qarışıqlıqlar deyil, yaradılış olduğu nəticəsinə gəlirik".
Təkamülçülərin də açıq şəkildə etiraf etmək məcburiyyətində qaldıqları kimi, bütün elmi məlumatlar hər şeyin hakimi olan bir yaradıcının, yəni Allahın varlığını açıq və qəti surətdə göstərir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar