Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və... - Xalq Təbabəti Mərkəzindən REPORTAJ

Tarix: 30-06-2018 10:47     Baxış: 3829 A- / A+
Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


- Az, o nədi?

- Dərman.

- Az, onu neynirsən. Bir az sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırb kəsilsin. Yaxşı yadıma düşdü, içinə qırımızı istiot töksən lap yaxşı olacaq.

- Qarı nənə, bu həkimliyi haradan öyrənmisiniz?

- Biz ata-babadan belə adət etmişik. Kimini küpə ilə, kimini çıldağ ilə, kimini dua, kimini də qan almaqla müalicə etmişik.

- Bəsdir, bəsdir, qarı nənə. Bura nağıl açmaq yeri deyil.

Xalq təbabəti deyəndə nədənsə hər dəfə məşhur “Ögey ana” filmində Dilarə həkimlə kəndin simsiz teleqrafı Fatmanisə qarı arasında olan bu dialoq yadıma düşür.

Amma xalq təbabəti yalnız Fatmanisə qarıların bilgiləri ilə məhdudlaşmır. Buna bir müddət əvvəl önündən keçdiyim binanın üzərində Respublika Xalq Təbabəti Mərkəzi yazısını görəndə bir daha əmin oldum. Necə olur ki, bir çox həkimin kəskin surətdə qarşı çıxdığı xalq təbabətinin mərkəzi olur, üstəlik Səhiyyə Nazirliyinin tabeliyində? Bu sualın beynimə verdiyi narahatlığa son qoymaq üçün üz tutduq Xalq Təbabəti Mərkəzinə.

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


Hər kənddə bir fatmanisə qarı var...

Mərkəzə daxil olanda həftə içi və səhər saatları olmasına baxmayaraq artıq dəhlizdə xəstələr görünürdü. Təsərrüfat hesablı bu müəssisədə xidmətlər ödənişlidir. Divarda hər bir xidmət üzrə qiymətlər açıq şəkildə yazılıb.

Əvvəlcə Respublika Xalq Təbabəti Mərkəzinin rəhbəri Vaqif Cəfərovla görüşdük. Jurnalistlərin xalq təbabəti barədə təsəvvürlərindən narazı olan Vaqif həkim, bir az söhbətdən sonra reportaja razılıq verir. Ancaq reklam xarakterli olmaması şərti ilə:

“Biz təsərrüfat hesablı müəssisəyik, sonra səhv anlaşılır”.

- Heç bizim də məqsədimiz reklam deyil. Burada həkimlərin nə işlə məşğul olması ilə bağlı gördüklərimizi yazmağa çalışacağıq.

Vaqif həkim deyir ki, xalq təbabəti ilə müalicə etsələr də, akademik tibbi inkar etmirlər. Həkim deyir ki, hər kəsin kəndində bir Fatmanisə qarı ola bilər. Onların dedikləri bir neçə adama şəfa verər, lakin bu üsul elmi baxımdan təsdiqlənəndən sonra istifadə edilə bilər. Əks halda tibb o üsulu qəbul etmir.

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


Mərkəzdə göstərilən tibbi xidmət barədə söhbətimizi terapevt-kardioloq, Avropa kardioloqlar cəmiyyətinin üzvü, ölkənin ilk rəsmi hemoepatiya üzrə mütəxəssisi Kəmalə Həsənova ilə davam etdiririk. Həkim deyir ki, Respublika Xalq Təbabəti Mərkəzi elmi əsaslara söykənən müalicə üsullarına yer verir:

“Əslində mərkəzin birbaşa məqsədi xalq təbabətidir. Çalışırıq ki, xalq təbabətinə üstünlük verək. Lakin xəstə üçün ən yaxşı üsul akademik təbabətdirsə, biz bunu inkar edə bilmərik. Bitki, mineral mənşəli preparatlardan istifadə edərək bir çox xəstəlikləri müalicə edirik. Ehtiyac olanda kimyəvi tərkibli dərman da yazırıq. Xalq təbabəti mərkəzi olduğumuzdan daha çox bitki, mineral tərkibli dərmanlara üstünlük veririk. Məsələn, mənim ən çox istifadə etdiyim fol diaqnostika aparatı dünyada xalq təbabətində tətbiq edilir. Avropa, Amerikada bu aparat vasitəsilə bir çox xəstəliklərin diaqnozu qoyulur. Hazırda istifadə etdiyimiz aparatın daha müasir forması da hazırlanır. Bu aparat akupunktur nöqtələrə təsir etməklə orqanizmdə olan xəstəlikləri müəyyənləşdirir. Aparatdan dərmanların seçimində də istifadə olunur”.

Bəzən akademik tibb onu bacarmır

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


Söhbətimizin bu yerində aparatla əyani formada, əldəki akupunktur nöqtələrə qoymaqla orqanlarda olan dəyişikliyi müəyyən edir. Əllərimiz və ayaqlarımızdakı hər bir nöqtə daxili orqanlarımızdakı dəyişiklikdən xəbərləri bu aparata ötürür. Şkaladakı rəqəmlər orqanlarımızın necə işlədiyini göstərir. Həkim aparatın nəticələrinin tam etibarlı olduğunu bildirir.

“Akupunktur nöqtələri bilməyən adamın bu aparatdan istifadə etməsi qeyri-mümküdür. Bəzi xəstələr bu aparat vasitəsilə əldə olunan nəticələri başqa xəstəxana, klinikalarda yoxladırırlar nəticə eyni olur. Bəzən isə xəstələr əvvəldən başqa klinikada yoxlanıb, nəticələrini biləndən sonra bizə müraciət edirlər, nəticədə bu aparatla biz də onlara eyni diaqnozu qoymuş oluruq. İllərdir bu aparatla işləyirəm nəticələri başqa üsullarla da yoxlamışam və təsdiqini tapıb. Bu aparat bizi hansı sahəni daha dərindən yoxlamalı olduğumuza istiqamətləndirir. Xəstəliyin hansı mərhələdə olduğunu bilmək üçün akademik tibbin bizə verdiyi imkanlardan da istifadə edirik. Dəqiq müalicə üçün laborator, referens müayinələr hər zaman lazımdır”, - deyə K.Həsənova diqqətə çatdırır.

Bunun üçün isə mərkəzdə laboratoriya və müasir tibbin yaratdığı bir çox imkanlardan istifadə edilir.

K.Həsənova bildirir ki, pozğunluq olan yerlərdə aparat vasitəsilə problemi aradan qaldırmaq da mümkündür.

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


Həkimlər arasında xalq təbabətinə münasibət birmənalı deyil. Lakin K.Həsənova xalq təbabəti ilə akademik tibbin bir-birini tamamladığını düşünür:

“Xalq təbabəti ilə müalicənin mümkün olmadığını deyənlər səhv düşünürlər. Bu üsulla elə güclü prosesləri sağalda bilirik ki, bəzən onu akademik tibb bacarmır. Bu üsulların hər ikisi bir-birini tamamlayır. Lakin bütün xəstəliklərin müalicəsi üçün xalq təbabəti kifayət etmir. Bir xəstəyə əməliyyat lazımdırsa, onu necə müalicə edə bilərik? Xəstənin belindəki yırtığın böyüklüyünü ancaq Maqnit Resonans Terapiya ilə müəyyən etmək olursa, biz başqa üsul tətbiq edə bilmərik. Bu zaman ona aidiyyəti həkimə yönləndiririk. Məqsədimiz hər bir xəstəyə uyğun olan müayinə və müalicənin aparılmasıdır. Bu mərkəzdə akademik təbabətin imkanlarından istifadə edirik. Bir xəstədə böyrək daşı xəstəliyi varsa, o mütləq ultrasəs müayinəsi olmalı və analiz verməlidir. Bununla daşların ölçüsü və tərkibini müəyyən edirik. Daha sonra müalicəmiz xəstəliyin müalicəsində effektli olacaqsa, onu həyata keçiririk. Xəstəyə əməliyyat lazımdırsa, onu mütləq aidiyyəti həkimə yönləndiririk”.

Həkimlər də müraciət edir

Həkim deyir ki, xalq təbabətinin bir çox xəstəliklərin müalicəsində önəmi böyükdür. Lakin müsahibimizin xalq təbabəti ilə fərdi qaydada, heç bir tibb təhsili olmadan məşğul olanlara münasibəti mənfidir:

“Onlar müayinəsiz, diaqnoz qoyur və hər kəsə eyni müalicəni yazırlar. Bu, düzgün deyil. Çünki hər bir orqanizm individualdır”.

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


Mərkəzdə həmçinin bir çox xəstəliklərin müalicəsi üçün zəli terapiyasından da istifadə edilir. Bu gün ölkədə bir çox tibb mərkəzində bu proseduralar həyata keçirilir.

K.Həsənova deyir ki, zəli terapiyasında əsas məqam onun qoyulacağı nayihənin düzgün seçilməsidir:

“Zəli terapiyasından əvvəl xəstənin qanı müayinə edilməlidir. Bu zaman qanın ümumi müayinəsi, prothrombin indeksi, qanda laxtalanmanı bilməliyik. Laxtalanmada dəyişiklik varsa, qanaxma ehtimalına görə bəzən zəli terapiyasını məsləhət görmürük. Zəli terapiyası zamanı toxumanaların regenerasiyası düzəlir, xolesterin azalır. Ancaq zəli terapiyası ilə müalicə edirik demək doğru deyil. Bu üsul digər müalicələrlə yanaşı tətbiq edilə bilər. Venaların varikoz genişlənməsində, onurğa ağrıları, bir sıra ağrılar zamanı istifadə edilir. Lakin nəticə almaq üçün düzgün istifadə olunması mütləqdir. Həm medikomentoz, həm də zəli terapiyası kimi də istifadə edilə bilər. Təkcə zəli ilə müalicə az hallarda istifadə edilir. Çünki bu zaman çox da effektli nəticə vermir”.

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


Həkim deyir ki, mərkəzdə istifadə edilən xalq təbabəti mərkəzinin xidmətlərindən yararlanmaq istəyənlər az deyil. Fol diaqnostikası aparatına həkimlər arasında da maraq böyükdür.

Reportaj zamanı xəstələrlə danışmaq imkanımız da oldu. 10 ildir yolunu bu mərkəzdən salan Məşuqə Mehdiyeva bir çox dərdinə burada dərman tapdığını deyir. Bu dəfə mədə-bağırsaq probleminə görə müraciət edən Məşuqə xanım, müalicə üsulunda bitkilərə önəm verilməsindən razıdır. Onun məhz bu mərkəzi seçməsinin də əsas səbəbi budur.

Başqa xəstəxalarada şəkər xəstəliyi diaqnozu ilə mülaicə olunan Xaliq Haqverdiyev deyir ki, tanışının məsləhəti ilə iki aydır bu mərkəzə gəlir. Əvvəlki müalicələrdən narazı qalsa da, hələ ki, burada yazılan dərmanların effektli olduğunu deyir.

Fol diaqnostika aparatı ilə xəstəni müayinə edən terapevt Məlahət Həsənovanın stolun üstündəki dərmanları bir-bir həmin aparata yaxınlaşdırması diqqətimizi çəkir. Terapevt deyir ki, bu üsulla aparat xəstənin bədəni üçün lazım ən uyğun dərmanı seçir:

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


“Məsələn, xəstənin qaraciyərində problem var. Aparat hansı dərmanın onun bədəninə uyğun olduğunu müəyyən edir. Bəzən on dərman yoxlayırıq, yalnız biri xəstəyə uyğun olur. Bu xəstədə şəkər var (Müayinə etdiyi xəstəni işarə edərək). Lakin səbəb mədə altı vəzin funksiyasının pozulması deyil, sinir sistemi ilə bağlıdır. Ona yovşan tərkibli dərman yazmışıq. Yovşan bitkisi əsəb sistemini sakitləşdirir, toksinləri aradan qaldırır, virusları orqanizmdən atır. Nəticədə xəstədə sinir sistemi normal olur və şəkər xəstəliyi də aradan qalxır”.

M.Həsənova deyir ki, təkcə bitkilərdən hazırlanan dərmanla deyil, kimyəvi tərkibli preparatlarla da xəstələri müalicə edirlər. Onun sözlərinə görə, əsas məsələ diaqnozun düzgün qoyulması və düzgün dərmanın seçimidir. Bunların hər ikisi üçün fol diaqnostika aparatı həkimlərin ən böyük köməkçisidir.

Bir nöqtəyə iynə vurmaqla xəstəlikdən xilas edilir

Mərkəzin üçüncü mərtəbəsində isə dəhlizdə üzərində fındıq qabığı, gülüm baharı, tozağacı qabığı yazılmış qutular diqqətimizi çəkir. Bu bitkilər müxtəlif xəstəliklərin dərmanıdır. Müalicə üçün xəstələrə yazılan bitki tərkibləri bəzi hallarda elə mərkəzdə həkimlər tərəfindən hazırlanır.

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


Mərkəzdə biopunktura üsulu vasitəsilə hər hansı bir xəstəlik, onurğa yırtıqları, kökəlmə və s. xəstəliklərdən əziyyət çəkənlərin bədənində müvafiq nöqtələrə iynə vurmaqla da sağaldılır. Məsələn, qarındakı yağlardan şikayət edənlərin bədənində müvafiq nöqtələrə iynə vurmaqla həmin şəxsi bu xəstəlikdən azad edirlər.

Lakin bunun üçün akupunkturanı bilmək mütləqdir. Akupunkturanı bilən həkim həmin nöqtələrə dəqiq iynə vurursa, tam sağalma olur.

Ölkəmizdə belə bir mərkəz olsa da, tibb universitetində xalq təbabəti üsullarını araşdıran ayrıca fakültə yoxdur. Dünyanın bir sıra ali məktəblərində tibb universitetlərində xalq təbabəti ayrıca tədris olunur. Hazırda mərkəzdə işləyənlərin hamısı xarici ali məktəbləri bitirib. Bəlkə də, təhsil müəssisəsində bu işə dəstək verilməsi ara həkimlərinin də bazarını öldürmüş olar. Əl və ayaqlarımızdakı nöqtələrlə tam bir çek-up etmək və onu kimyəvi zərərsiz maddələrlə müalicə etmək mümkündürsə, nə üçün üsulları öyrənməyək? (Gülxar Şərif,)

Bu aparatdan yalnız orada var, bütün xəstəlikləri bilir və...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar