Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hazırda geniş yayılan bu virus ölümə səbəb ola bilər – Xəbərdarlıq

Tarix: 03-01-2018 21:25     Baxış: 4509 A- / A+
Hazırda geniş yayılan bu virus ölümə səbəb ola bilər


Qrip zamanı xroniki ürək, qan-damar və ağciyər xəstəlikləri kəskinləşə bilər ki, bu da ölümlə nəticələnər

Əvvəllər hamımız qripin özü-özünə sağalan xəstəlik olduğunu düşünürdük. Hətta deyirdilər ki, “qrip dərmanla 7 günə, dərmansız bir həftəyə sağalır”. Yəni qripin müalicəsi üçün çox zaman dərman preparatalarından istifadə məsləhət görülmürdü.

Bu gün isə vəziyyət ötən illərə nisbətən xeyli dəyişib. Ətraf mühitin çirklənməsi, çirkli hava kütlələri, düzgün qidalanmama və qripin genetikasının dəyişməsi nəticəsində qripdən ölüm hallarının baş verməsi də mümkündür.

Həkim terapevt Mətanət Cəfərovanın sözlərinə görə, qripə yoluxduğumuz zaman müalicə mütləqdir. Əks təqdirdə “yüngül xəstəlik” saydığınız qrip həyatımızın sonunu gətirə bilər: “Kəskin respirator infeksiyalar hava-damcı yolu ilə keçib, tənəffüs yollarının selikli qişasını iltihablandırır: “Burun, boğaz, aşağı tənəffüs yolları — traxeya, bronxlar və ağciyərlərə qədər bütün tənəffüs yollarını tutur, nəticədə xəstədə yüngül, orta və ağır dərəcəli əlamətlər meydana çıxır”.

Həkim bildirir ki, tənəffüs yolları xəstəlikləri virus infeksiyaları tərəfindən törədilir. Bunlar çox yüksək yoluxuculuq qabiliyyətinə malikdirlər.

M.Cəfərova qeyd edir ki, kəskin respirator infeksiya xəstəlikləri arasında qrip birinci yerdədir: “Hazırda gün ərzində həkimə edilən müraciətlərin arasında qrip çoxluq təşkil edir. Son zamanlar qrip viruslarının genetik formasının dəyişməsi xəstəliyin daha möhkəm və dayanıqlı olmasına səbəb olub. Bu zaman xəstəliyin gedişatı da dəyişir, daha sürətlə inkişaf edir və daha ağır nəticələrə gətirir”.

“Bu xəstəliklər əvvəllər ümumi halsızlıq, burun axması və yüngül hərarətlə müşayiət olunur, bir neçə günə keçib gedirdisə, qripin genetikasının dəyişməsi xəstəliyin gedişatına da təsir göstərib. Fəsadsız keçən qrip virusunda ümumi halsızlıq, bədən hərarətinin yüksəlməsi adətən 1-4 gün, bəzən isə 10 gün davam edə bilər” — deyə həkim vurğulayır.

Qrip zamanı xəstəliyə yoluxanların 20-60 faizində ağırlaşma baş verə bilir: “Otitlər — orta qulağın irinli iltihabı ola bilər. Bu zaman qulaqdan irin, mayenin gəlir. Bakterial — virus mənşəli pnevmaniyalar, yəni sətəlcəm, tənəffüs, çatışmazlığı və bakterial sinusitlər kimi ağırlaşmalarla tez-tez qarşılaşırıq”.

Həkim deyir ki, tez-tez qripə yoluxduqda pnevmaniya və xroniki xəstəliklərin kəskinləşməsi ilə ölüm halları da baş verə bilər. Qripin ağırlaşması zamanı ölüm halları 65 yaşından böyük insanlarda 90 faiz özünü göstərir. Qrip zamanı xroniki ürək, qan-damar və ağciyər xəstəlikləri də kəskinləşdikdə ölümlə nəticələnə bilər.

M.Cəfərova “Xəstəliyin ağırlaşmasını necə bilmək olar?” sualını da cavablandırır. Bildirir ki, qripin ağırlaşmasının ilkin əlaməti tənəffüs çatışmazlığıdır: “Ürək döyünmə hallarının artması, qıcolma (əgər hər hansı nevroloji problemi yoxdursa), hemaralgik simptom, yəni bədəndə qırmızı qansızmalar, xəstədə susuzlaşma ağırlaşmanın əlamətləridir. Qriplə yanaşı xəstədə ishal, qusma müşahidə olunursa, bədəndə susuzlaşma başlayır. Bu da ağırlaşmanı sürətləndirir”.

“6 aydan 5 yaşa qədər olan uşaqlar, hamilələr, 65 yaşından yaşlı insanlar, həbsxana və qocalar evində yaşayan xroniki xəstəlikləri olanlar – diabetiklər, asmatik xəstəlikləri olan şəxslər və bu insanlara xidmət edən tibb işçiləri risk qrupuna aiddir” — deyə Cəfərova qeyd edir. /sputnik.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar