Xəbər lenti
Yetkinlik dövründə yaşanan psixoloji problemlər
Yetkinlik dövrü uşaqların hormonal və fiziki dəyişikliklər nəticəsində bioloji olaraq yetkin hesab olunduğu müddətdir. Normal yetkinlik yaşı qızlarda 9-11 (8-13) yaş, oğlanlarda isə 10-12 (9-14) yaşdır.
Manevr.az xəbər verir ki, bu sözləri psixiatr Azər Bağırov qeyd edib. O bildirib ki, yetkinlik dövründə davranış pozğunluğu valideynlərin və digər ailə üzvlərinin uşağa qarşı olan yerli-yersiz qayğı və xoşgörülü olmalarına görə yaranır:
“Heç bir zaman disiplinə uyğunlaşdırılmayan, müəyyən çərçivələr yaradılmayan və qadağalar qoyulmayan yetkinlər hirsli, tələbkar və düşüncəsiz davranırlar. Belə uşaqlar tez-tez əsəbiləşərək, böyüklərlə mübahisə edir, istəkləri həyata keçirilmədikdə başqalarını günahlandırırlar. Qəsdən insanları əsəbiləşdirirlər, ümumilikdə kin və intiqam hissləri ilə dolu olurlar. Ailə daxili problemlər, mənfi həyat təcrübələri, aşağı özgüvən hissi və məktəb uğursuzluqları da yetkinlik dövründə depressiyaya səbəb olur. Qısa müddətli depressiya zamanı yetkinlər ailədə başa düşülmədiklərini deyirlər və özlərini dəyərsiz, günahkar hesab edərlər. Həmin şəxslər kədərli, əsəbi, ümidsiz olur və intiharı düşünürlər. Bu vəziyyət 15 gündən çox çəkərsə, yuxu pozğunluqları, iştahsızlıq və arıqlama kimi vəziyyətlər yaşanır. Bu zaman müalicə şərtdir”.
Psixiatr yetkinlik dövründə yaşanan depressiyanın əmələ gətirdiyi təhlükələrdən də danışıb:
“Yetkinlik dövründə tez-tez rast gəlinən Nevrotik Anoreksiya (Anorxia Nervoza) diaqnozu kökəlməkdən həddindən artıq dərəcədə qorxan və özünü hər zaman kilolu hesab edən zaman qoyulur. Bulimiya nevrozu isə yemək yedikdən sonra artıq kaloridən qurtulmaq üçün şəxsin qusma yolunu seçdiyi bir xəstəlikdir. Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu) isə narahatedici, özündən asılı olmayan, tərgidilməsi çətin olan düşüncələrdir. Belə şəxslər həddindən artıq təmizliklə və əşyaların simmetriyası ilə əlaqədar olan problemlər yaşayırlar. Bu nevroz növü oğlanlarda da müşahidə olunur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar