Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağlamağın faydalarını bilirdiniz? - İLGİNC FAKTLAR

Tarix: 28-10-2017 13:04     Baxış: 5577 A- / A+
Ağlamağın faydalarını bilirdiniz?


Gülmək yoxsa ağlamaq? Bu ikilidən yalnız birini seçmək məcburiyyətində qalsaq təbii ki, hər kəs gülməyi seçəcək. Lakin ağlamaq o qədər də zərərli bir şey deyil. Fizioloji olaraq ağlamaq da gülmək qədər insan orqanizmi üçün faydalıdır. Məsələn, insan ağlayaraq stressdən çıxır, əsəbləri sakitləşir, qan təzyiqini normallaşdırır, toksinləri atır. Bəzən ağlamaq insana ağrı kəsici effekt belə verir. Ağlamaq gələcəkdə yalnız insan orqanizmi üçün deyil, telefonların batareyalarını enerji ilə təmin etmək üçün də istifadə olunacaq.
Publika.az xəbər verir ki, ilk oxunuşda təəccüblü gəlsə də, tədqiqatçılar piezoelektrik sistem vasitəsilə gələcəkdə istehsal ediləcək ağıllı telefonların ağlayaraq enerji toplayacağını iddia edirlər. Sözügedən piezoelektrik, mexaniki enerjini elektrik enerjisinə ya da əksinə, elektrik enerjisini mexaniki enerjiyə çevirən xüsusi alqoritmlərlə hazırlanmış bir sistemdir. İonsal kristallara təzyiq göstərərək qütblər arası məsafəni azaldan sistem yük bazası rolunu oynayır. Meydana gələn ağırlıq fərqi isə cərəyan axını yaradır. Gündəlik həyatda da çaxmaqlarda, mikrofonlarda bu sistemdən istifadə edilir. Piezoelektrik potensialı ən yüksək maddələr kvars, turmalin, barium titanat və sink oksiddir.

Ağlamağın faydalarını bilirdiniz?

Ağlamağın faydalarını bilirdiniz?


İrlandiyanın Limerick Universitetindən olan alimlərin apardıqları araşdırmalar nəticəsində lizozim maddəsinin tərkibində piezoelektrik potensialının olduğunu müəyyən ediblər. Lizozim fermenti isə məməlilərin tüpürcək, süd və göz yaşı vəzilərindən ifraz olunur. Göz yaşındakı lizozim fermentləri preslənərək daxilində olan piezoelektrik potensialı sayəsində telefonlar artıq asanlıqla enerji yığacaq. Kuartz fermentindən fərqli olaraq kimyəvi qarışığı olmayan lizozim insan orqanizminə daha zərərsiz olduğu üçün geniş istifadə oluna biləcək.
Piezoelektrikdən ilk dəfə ayaqqabı altlığında istifadə olunub. Beləki, insanlar addım sayına görə telefonlarını enerji ilə təmin edə bilərlər. Hər 5 min addım enerjiyə çevrilərək telefonunuzu 2 saata yaxın aktiv saxlayacaq. Son günlərdə bu eksperimentlərə göz yaşı ilə enerji ehtiyatı da əlavə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar