Xəbər lenti
20 Yanvardakı qanlı qərənfillərin göz yaşını Xarıbülbül sildi, yaxud qisas qiyamətə qalmadı
Sülh sazişi bağlamaq məqsədilə məktub gətirən elçiyə türk sultanı Fateh Sultan Mehmetin cavabı özünü gözlətmədi: “Üstümüzə qılınc çəkilmədikcə, vətənimizə girilmədikcə, millətimizə cəfa edilmədikcə bizdən kimsəyə zərər gəlməz”. Bəli, Sultan Mehmet demək istədi ki, bizim özgə torpaqlarda gözümüz yoxdur. Amma bizim torpaqlara göz dikənin gözünü oyarıq.
Həqiqətən də illər, əsrlər göstərdi ki, qarı düşmənə aman, fürsət vermək olmaz. Çünki düşmən ayağına yer elədikcə, daha geniş ərazilərin iştahına düşəcək və məskunlaşdığı məkanın saxta tarixini yaradıb dünyaya sırıyacaq. Ermənilərin bu kimi hiyləgərliyə qadir olduğunu bilən xalqımız zamanın axarını dəyişməyə məvəffəq oldu. Ordumuz silahlanaraq düşmənə elə bir ölümcül zərbə vurdu ki, uzun əsrlər keçsə də düşmən o tarixi unutmayacaq.
Yenilməz ordumuzun gücü, qüdrəti qarşısında tab gətirməyən düşmən kapitulyasiya aktına qol çəkməkdən başqa çarə tapmadı. Bunu biz bacardıq - biz Azərbaycan oğulları. Və bu gün örnək və ibrət olan o oğullardan birinin - Saleh Namiq oğlu Əliyevin döyüş xatirələrini sizinlə birgə vərəqləyəcəyik.
2020-ci il elə də uzaq tarix deyil, O gün Azərbaycan ordusu namərd düşmənə qarşı savaşa başladı. “Dəmir yumruq” əməliyyatı o gündən ermənilərin qarşısına sədd çəkdi, hətta onları geri oturdaraq elə bir zərbə vurdu ki, min illər keçsə də, bu zərbənin ağrısı, göynərtisi düşmənin köksünü, vücudunu, ruhunu tərk etməyəcək.
O gün cəngavər oğullarımız alnımızdakı 28 illik ləkəni isə qanları ilə yudular.
***Obaşdan qapı döyüldü. “Sabahın gözü açılmamış xeyirdimi görəsən”, düşündü Solmaz ana. Çağırış vərəqi gəlmişdi, Salehi səfərbərlik idarəsinə çağırırdılar.Guya toplantı olacaqdı, əslində çağırış vərəqini gətirən belə demişdi. Namiq kişi oğlunu oyatmaq istədi.
-Yaxşı, indi qalxıram, deyib yorğanı başına çəkdi Saleh.
-Oğul, qalx, biz işə gedirik, səhlənkarlıq eləmə, get gör nə məsələdir, -Solmaz ana Salehin başına sığal çəkdi.
Solmaz ana işə gedəndə yenə də qapıdan içəri boylandı. Saleh hələ də mürgü vururdu.
-Oğul, qalx ayağa!
-Ana, mən heç hara getmirəm, soruşan olsa, evdə olmadığımı deyin!
Ana inandı, inandı ki, oğlu heç hara getməyəcək. Arın-arxayın yollandı işə. Elə yenicə çatmışdı ki, Bəyaz zəng elədi.
-Ana, Saleh gedir!
-Hara gedir, qızım?
-Ana, o, qəsdən “getmirəm” dedi, istəmədi ki, kövrək baxışlarla qarşılaşsın.
Solmaz ana dərhal oğluna zəng eləyib harada olduğunu soruşdu. Saleh də cavab verdi ki, narahat olmağa dəyməz, çünki Pirəşükürə təlimə gedir. Uzaqbaşı 3-4 günə qayıdacaq.
Ancaq Saleh döyüşə yollanmaq üçün dəfələrlə səfərbərlik idarəsinə müraciət etdiyini dilinə gətirmədi.
Saleh Əliyev könüllü olaraq cəbhə xəttinə yola düşsə də, döyüşdə olduğunu ailəsindən gizlətdi hər zaman. Gah “nə bilirik ki, bizi döyüşə aparsınlar” dedi, gah da təlimdə olduğunu. İstəmədi ki, anası narahat olsun, axı nə qədər həssas və kövrək olduğunu yaxşı bilirdi. Bilirdi ki, tab gətirmək ana üçün çətin olacaq. Ona görə də hər dəfə telefonla əlaqə saxlayanda güllə-gülə yayınırdı suallardan.
Saleh illər öncə həqiqi hərbi xidmətini sərhəd xəttində - Qazaxın Kəmərli kəndində keçirmişdi. Bir hərbçi olaraq dövlətimizin keşiyində durmaq və namərd düşmənin ayağını bu torpaqlardan kəsmək üçün qəlbində bir od qalamışdı. İnanırdı ki, o od alovlandıqca, daha böyük əraziləri saracaq, düşməni yandırıb yox edəcək. Və o günün elə də uzaqda olmadığına əmin idi nədənsə. Həm də bayrağımızın sərhəddə dalğalanması üçün xəyallar qurmuşdu Saleh.
Başqa bir oğul idi Saleh, heyif ki, o fərqliliyi vaxtında sezmək, dərk etmək, anlamaq olmur. Bəzən “uşaqdı” deyib yola veririk, onun dəyərini anlayanda isə çox gec olur. Yəni sağlığında qiymətləndirmədiyimiz şəxsin dəyərini itirdikdən
sonra anlayırıq. Hər hərəkətinə, davranışına, oturuşuna, duruşuna, hətta baxışına dəyər verməyə çalışırıq, - deyə Solmaz ana Salehli günləri xatırlamağa çalışıdı.
Müəllim ev tapşırığı vermişdi. Hər kəs vətənpərvərliklə bağlı şeir öyrənməli, hələ üstəlik bir neçə şəhidimizin adını sadalamalı idi. Salehin bəxtinə “Bayraq” düşmüşdü. O gecə gözünə yuxu getmədi heç. Həm şəhidlərin adlarını əzbərlədi, həm də bayraq şeirini. Anasını da yatmağa qoymadı. Ana, qulaq as, gör düzmü söyləyirəm, bax ha, sabah hamıdan qabaq səhnəyə çıxıb bir haray qoparacağam ki, gəl görəsən. Amma bayrağım yoxdur, gərək məktəbə bayraqla gedəm. Oğlunun həyəcanını görən ana o gecə haradansa bir bayraq tapıb verdi ona. Daha Salehin qarşısında durmaq mümkün deyildi, həm sevincindən, həm də həyəcandan atılıb-düşürdü. Beləcə, Saleh sabahı dirigözlü açdı. O zaman Saleh dördüncü sinifdə oxuyurdu.
O gün son zəng idi. Saleh sinif yoldaşları ilə səhnədə növbəsini gözləyirdi. Tez-tez bayrağı yellədir, həyəcanını gizlədə bilmirdi. Təəssüf ki, vaxt öz işini gördü. Növbə Salehə çatar-çatmaz tədbir sona çatdı.
Saleh hönkürtüdən özünü saxlaya bilmədi, qüruruna toxunmuşdu...
Tədbirdən sonra şirniyyat süfrəsində də oturmadı. Anası da, müəllimi Gülnarə xanım da nə qədər çalışdısa, onu razı sala bilmədilər. Çünki özünü təhqir olunmuş hesab edirdi. Kollektiv çəkilən şəkillərdə də başını yuxarı qaldırmadı. İndi xatirəyə dönmüş nisgil qarışıq o şəkillər ağır bir yük kimi ananın çiyinlərinə çöküb. O ağır yükü qaldıra bilməyən ana özünü qınamaqla təsəlli tapmağa çalışsa da, incik, küskün baxışlar qarşısında göz yaşlarını saxlaya bilmir.
Bir gün şəhid qəhrəmanımız Salatın Əsgərova ilə bağlı anasına sual etmişdi Saleh. Onun niyə öldüyünü soruşmuşdu. Ana da oğlunun başa düşəcək dillə anlatmışdı ki, torpaqlarımıza göz dikən qaniçən ermənilər tərəfindən öldürülüb.
-Axı niyə, o ki qadındır, qadının döyüşdə nə işi vardı, bəs kişilər harada idi ki, o getmişdi, deyib səsini qaldırmışdı Saleh.
-Oğul, Salatın döyüşə deyil, çəkilişə getmişdi, jurnalist idi. Yolda terroristlərin pusqusuna düşmüşdü.
-Ana, sürücü naşı olub yəqin. Maşını bərk sürsəydi, güllə dəyməzdi ona.
Daha ana söhbətinin dalını gətirə bilmədi, qəhər boğdu onu...
-Ana, hansı kənddə doğulmusan, eviniz neçə otaqdan ibarət idi, həyətdə ağac vardımı, bəs onları kim suvarırdı, ermənilər niyə hücum etdilər, məgər otorpaqlar bizim deyildi, Xocalıdakı uşaqları niyə əvvəlcədən çıxarmadılar ki, düşmən onları öldürməsin, bəs digər kəndləri, şəhərləri niyə qoruya bilmədik?! kimi çeşidli suallar Salehin dilindən axdıqca, ana cavablar qarşısında çətinlik çəkirdi. Axı necə desin ki, o zaman 2-3 milyondan ibarət olan erməni birliyinə qarşı birlik nümayiş etdirə bilmədik. Axı necə desin ki, kreslo davasına başı qarışan məmurlar Qarabağı yaddan çıxardılar. Axı necə desin ki, Xocalı kimi qədim-qayım şəhəri qorumaq mümkün olduğu halda, hələ də rusdan ümid diləyən, milli mənsubiyyətindən, soy kökündən bixəbər vəzifəpərəstlər gözrməzdən gəldilər. Axı necə desin ki, tayfabazlıq, qohumbazlıq, kürsü davası erməniləri daha da şirnikləndirdi. Axı necə desin ki, Qarabağ həm də qanıqarışıq erməniyosunlu və rusqafalıların güdazına getdi. Deyə bilmədi. Sözlər tıxanıb qaldı boğazında. Oğul cavab axtarışında, ana isə özünü uçurumun başında sanırdı.
Cavabsız suallardan təngə gələn ana 10-11 yaşlı oğlunun düşüncələrini başqa istiqamətə yönəltəmək istəsə də bacarmadı. Çünki hələ orta məktəbə qədəm qoymamışdan işğal altında olan kənd və qəsəbələrin, şəhərlərin adlarını əzbərləmiş, yaddaşına köçürmüşdü Saleh. Neçə-neçə qazimizlə tanış olub döyüş xatirələrini dinləmiş, şəhidlərimizin qəhrəmanlıq tarixini onlarla birgə vərəqləməyə çalışmışdı. Uğurlu və uğursuz döyüşlər haqqında dinlədikcə torpağa daha çox bağlanır, bəzən o qəhrəmanlarla özünü müqayisə edirdi. Böyüyəndə mən də hərbçi olacağam, düşmənlə vuruşub azad eləyəcəyəm o torpaqları, - deyirdi Saleh.
Saleh diribaş, təpərli olduğu kimi, həm də ağzıbütöv, sədaqətli, etibarlı oğul idi. Həmişə sözü üzə deyər, yalanı sevməzdi. Haqsızlıqla barışmazdı heç vaxt. Hətta başqasının da haqqının tapdalanmasına göz yummazdı. Salehin bu kimi hərəkətləri Eminin köksünü qabartmışdı. Cəsarətinə heyran qalmışdı. Hətta bəzən qarşısına keçib bir az səbirli olmağı tövsiyyə etmişdi ona. Saleh hərbi hissəyə gəldiyi gündən gözü tutmuşdu Emini. Beləcə, dost olmuşdular.
Füzuli istiqamətindəki döyüşlərdə Tacəddinlə Salehin cəsarəti və yorulmazlığı nəticəsində əldə edilən təminat bölüyü daha da irəliyə aparırdı. Düşmənin uzun illərdən bəri qurduğu istehkamların yeri bəlli olmadığı üçün ərzaq və sursat təminatının lazımi nöqtəyə çatdırılması müşkülə dönmüşdü. Gözlənilməz hücumların qarşısını almaq üçün Salehin ağıllı taktikaları işə yarayırdı. Hətta komandir Teymur Məcidzadənin qurduğu aldadıcı kombinasiyalar düşməni çaş-baş salır, bilməyərəkdən yerlərini bəlli edirdilər. Bu isə bölüyün işini asanlaşdırırdı. Hədəflər seçilir, yerindəcə məhv edilirdi.
“Mən həm də ona görə gəlmişəm ki, generalımız Polad Həşimovun qisasını alam” - deyirdi Saleh. Hələ uşaqlıqdan söz vermişdi ki, 20 Yanvar qırğınından, Xocalı qətliamından, Qaradağlı dəhşətindən, Ağdaban faciəsindən salamat qurutla bilməyənlərin qisasını alacaq. İllər sonra qəhrəmanlıqları ilə hərb tariximizə adlarını qızıl hərflərlə yazan Mübariz İbrahimov, Əhməd Abdullayev, Fərid Əhmədov, İlqar Mirzəyev, Polad Həşimov kimi cəngavərlərin qisası da bir yandan...
Füzuli-Cəbrayıl istiqamətində amansız - şıdırığı döyüş gedirdi. Hər iki tərəfdən itkilər olsa da, bir addım geri çəkilmir, daha da irəli şığıyırdılar. Düşmən uzun illərdən bəri qurduğu səngərlərə sığınaraq müxtəlif cinahlarda hədəfləri vurmağa çalışır, canavar oğullarımız isə atılan mərmilərin, tankın, topun qarşısında sinələrini irəli verərək açıq sahədə birbaşa irəliləyirdi. Dirəniş göstərməyə çalışan düşmən bir çox hallarda “Allahu-Əkbər” kəlmələri altında irəliləyən ordunun qarşısında tab gətirməyərək geri çəkilir, bəzən silahlarını, ağır texnikalarını atıb qaçırdılar.
Ana, narahat olmayın, vəziyyətim yaxşıdır, Pirəşükürdəyik. Təlim keçirik, silahların dilini öyrənirik. Atama da salam de, vaxt tapanda gəlib baş çəkəcəyəm, - deyən Saleh, demək olar ki, hər gün evlə əlaqə saxlayırdı. Ana da heç vaxt dilinə yalan gəlməyən oğluna inanır, müharibənin sona çatması üçün dualar edirdi. Bir gün “Pirəşükürdə heç bir təlim keçirilmir, orada heç bir əsgər yoxdur” deyən zabitə Solmaz ana inanmadı. O, oğluna inanırdı. İnanırdı ki, oğlu onu aldatmaz. Amma valideynləri narahat olmasın deyə Saleh ilk dəfə dilinə yalan gətirmişdi. Halbuki amansız savaşların içində idi.
-Ana, ana, qardaşım şəkil göndərib, bir bax, gör necə də yaraşıqlı düşüb. Hərbi geyim elə yaraşır ki, Bəyaz anasının qabağına qaçdı. Ana gözünü telefona zillədi. Saleh solmaqda olan otların üzərində oturmuşdu, bir əlində də avtomat vardı. Ana diqqətini cəmlədi. Həyəcan sardı qəlbini, vücudu gizildədi. Bura ki Füzulidir, demək istəsə də dilinə gətirmədi. Çünki hələ də xəyalları Pirəşükürdə dolaşırdı. Amma düzgün zənn eləmişdi. Saleh Füzulidə idi, anasının doğulduğu torpaqda. Ananın qəlbi daha çox döyünməyə başladı, oğlu ilə əlaqə saxlamağa çalışsa da, alınmadı.
Ertəsi gün Salehdən zəng gəldi.
-Oğul, haradasan?
-Harada olacağam, aya ana, həmişəki yerdə - Pirəşükürdə.
Elə bil torpaq məni özünə çəkdi.
-Yox, oğul, inana bilmirəm, bu şəkil Füzulidə çəkilib, sən Pirəşükürdə ola bilməzsən. Mənə düzünü de.
Saleh israr etdi.
-Oğul, sən mənim canım düzünü de, məni intizarda qoyma.
Saleh anasının necə həssas olduğunu yaxşı bilirdi, bilirdi ki, şübhələrinə son qoymaq üçün necə olsa da dəqiqləşdirəcək. Ona görə də həqiqəti deməyə məcbur oldu.
-Anacan, düz tapmısan, bura Füzuli torpağıdır.
Amma yenə də əsas mətləbdən yayındı. Horadizdə “Bayraq meydanı”nda olduğunu, orada təlim keçdiyini söylədi. Hətta dəstəyin o başından gələn güllə səslərinə də don geyindirib təlim-məşq olduğuna anasını inandırdı.
Növbəti gün anasına zəng eləyən Saleh paytaxtda vəziyyətin necəliyini öyrənməyə çalışdı. Ana, orada nə danışırlar müharibə haqqında. Yəqin televiziya xəbərlərini izləyirsiz?
-Nə danışsınlar, ay oğul, deyirlər ki, oktyabrın on səkkizinəcən müharibə sona çatacaq. Mən də dua eləyirəm ki, daha da tez qurtarsın.
-Lap yaxşı, ay ana. Elə müharibə qurtaranda bizim təlimlərimiz də başa çatacaq. Heyif ki, döyüş görmədən evə dönəcəyəm. Axı mən qisas hissi ilə yaşayırdım. Arzularım ürəyimdə qalacaq.
Saleh necə danışdısa, Solmaz ana inandı ki, oğlu döyüşdən çox-çox uzaqdadır. Bir az təskinlik tapdı. Amma bilmirdi ki, hər anı ölüm olan savaşın tam mərkəzindədir oğlu. Ana bilmirdi ki, verdiyi vədə, içdiyi anda sadiq qalan Saleh bu günəcən neçə-neçə düşmənin məhv edilməsində qəhrəmanlıq göstərib. Ana bilmirdi ki, Saleh neçə-neçə yaralını döyüş meydanından çıxarıb, ölümün cəngindən xilas edib. Ana bilmirdi ki, tay-tuşları arasında diribaşlığı, fərasəti ilə seçilən Saleh, indi də silahdaşlarının etibar etdiyi, güvəndiyi, arxa söykədiyi bir cəngavərə çevrilib. Ana bilmirdi ki, hərb tariximizin şanlı səhifəsini yazan oğullardan biri də oğlu Salehdir.
Füzuli istiqamətində irəliləmək qismən mümkün olsa da, əsas hədəfi vurmaq, betonlaşdırılmış bunkerləri, topdağıtmaz istehkamları yarmaq üçün ağır artilleriya cinahları laxlatsa da, düşmən dirəniş göstərməkdə israrlı idi. Həm də yeraltı tunellərin istiqamətini təyin etmək mümkün deyildi. Ona görə də hücum taktikası dəyişdirilərək düşmənin mühasirəsinə üstünlük verildi. Amansız döyüşlər davam etdikcə hər iki tərəf kifayət qədər itki verdi. Xeyli ağır texnika sıradan çıxdı.
Alxanlı istiqamətində əldə olunan irəliləyiş düşməni xofa salmışdı. Ona görə də ciddi-cəhdlə gələn təminatın qarşısını almağa çalışırdılar. Düşmənin hədəflərini müəyyən edən dəstə iki-iki qarşı tərəfə keçərək mövqe seçməli idi. Baxmayaraq ki, güllə ölüm mələyi kimi ətrafda dolaşırdı. Birinci və ikinci dəstə keçdikdən sonra Salehlə Sərkərovun (MAXE) növbəsi idi. Elə yenicə mövqeyə çatmışdılar ki, düşmənin minaatanı onları hədəfə aldı. Dalbadal edilən zərbədən qurtulmaq heç də mümkün deyildi. Ağır və üzücü xəbər hamını sarsıtdı. Amma kimsə inana bilmirdi ki, Saleh həyata göz yumub. Sərkərovla Vüqar isə ağır yaralanmışdı. Bölük komandiri Rzayev, Əsgərov və Emin Məmmədovun köməkliyi ilə şəhid və yaralılar dərhal təxliyyə edildikdən sonra qanlı savaşın içərilərinə doğru addımladılar.
O günə qədər yalnız bir şəhid verən bölük Salehin ölümünü qəbul edə bilmirdi. Hər kəsin gözünü qan örtmüşdü. Daha da irəli atılmaq, qisas almaq üçün ölümə meydan oxuyurdular. Döyüş meydanı genişləndikcə, leşlərin sayı da artmaqda idi. Qısa zaman ərzində bir neçə ağır texnika da ələ keçirilmişdi. Hətta düşməndən götürülən tanklar da özlərinə qarşı hücuma keçmişdi. Emin durmaq bilmir, səngərdən-səngərə, kol-kosdan - daşın arxasına, dərədən-dikdirə keçərək canlı qüvvəni hədəfləməyə çalışırdı. İlk hədəfi boşa getmədi, ikinci hədəf də düşmən əsgərini yerə sərdi. “Qisasını aldım, qardaş” – Emin kövrəldi. Əslində, bir-iki saatlıq döyüş ərzində bəlkə də 60-70 erməni əsgəri ölümə qucaq açmışdı. Tək Salehin yox, şəhidlərimizin qisası alınmışdı.
Günəş qüruba enməkdə idi. Döyüş qismən səngisə də fərqli cinahlarda tankların nərəsi, “Bayraktar”ın uğultusu bağır yarırdı.
Az öncə düşmənin dalbadal mina zərbəsindən sonra ərazidən tapılan telefon sən demə Salehin imiş. Dərhal zəng edib ailəsinə xəbər vermək istəsələr də, bu acı xəbəri çatdırmağa kimsə cürət etmədi. Handan-hana cəsarət tapıb zəng eləsələr də dəstəyi qaldıran olmadı. Telefonu cibinə qoyan əsgər onu söndürməyi unutdu. Uzun-uzadı zəngə Sərvər dayı cavab verəndə isə kiminsə xəbəri olmadı. Dayı əsgərlərin səsini eşidir, Salehin ölümü ilə bağlı söhbətə qulaq asırdı. Acı xəbəri bacısına necə çatdırcağını düşünürdü.
***
Saleh xalçayuma sexində ekspeditel işləyirdi. Bir gün bir neçə xalça gətirmişdi həyətə.
-Oğul, bu xalçalar nəyə gərəkdir ki, - ana dilləndi.
-Ana, imkanlı bir müştəri vardı, yeni evə yeni xalça aldığı üçün bunların gərək olmadığını dedi. Mən də gətirdim ki, ehtiyacı olana verim. Saleh xeyirxah qəlbli idi, əl tutmaq, kiminsə işinə yaramaq üçün var gücü ilə çalışırdı.
Bir gün qonşu evini təmir elətdirmək üçün döşəməni sökdürürdü. Saleh icazə aldıqdan sonra sökülmüş taxtaları doğrayaraq kisəyə yığdı.
-Oğul, bu taxtalar nəyinə lazımdır?
-Ana, o qədər ehtiyacı olan var ki...
Ana susmağı üstün tutdu.
07 markalı bir jiqulisi vardı Salehin, hər gün işdən gələndə maşının baqajını taxta ilə doldurub ehtiyacı olanlar üçün aparırdı. Hətta aldığı maaşın bir qismini də imkansız ailələr üçün xərcləyirdi.
Bölükdə hər kəs Salehə “ana ürəyi” deyə müraciət eləyirdi. Birinin başı ağrıyanda, yaxud hansısa problemi olanda dərhal dada çatırdı Saleh. Kim susuz, ac, narahat idisə, yenə də Saleh o kəsin ehtiyaclarını ödəmək üçün əlindən gələni əsirgəmirdi. Həmyaşıdları olsa belə, hər kəsə diqqət və qayğı ilə yanaşır, bir valideyn kimi can yandırırdı.
Bir gün Salehin də daxil olduğu dəstə mühasirəyə düşdü. Belə bir çətin məqamda Saleh silahdaşlarını daha cəsarətli, qorxmaz olmağa çağırdı. Xocalını, düşünün, orada kəsilən, doğranan uşaqların, qocaların aqibətini düşünün, generalımız Həşimovu xatırlayın, düşmənin zalım və qəddar olduğunu dərk eləyin və onlara qarşı dirəniş göstərin, yoxsa biz bu mühasirədən çıxa bilməyəcəyik. Bu gün torpağım uğrunda ölməyə hazır olsam da, ölüm məni qorxuda bilməz, deyə qətiyyət və inamla hər kəsi döyüşə səslədi. Sonra üzünü silahdaşı Əliyə tutaraq: “əgər bu savaşda şəhid olsam, anama de ki, haqqını halal etsin, çünki xəbərsiz, icazəsiz gəlmişəm”.
Bu kəlmələr Əlinin dilindən söylənəndə Solmaz ana özünü saxlaya bilmədi. Göz yaşları yanağına iz saldı. Özünü toparlayıb: “Saleh, sən Vətəni bizdən üstün tutdun, öz gələcəyini bizə qurban verdin, ona görə də səninlə fəxr edirəm, haqqım sənə halal olsun. Vətən uğrunda getdin, Vətən sağ olsun və fəxr edirəm ki, sənin və sənin kimi təpərli oğulların sayəsində 20 Yanvardakı qanlı qərənfillərin göz yaşını Xarı bülbül sildi. ”
Saleh paytaxtdakı şəhid Elxan Misirxanov adına 71 saylı orta məktəbi bitirmişdi. Tay-tuşlarının, eləcə də müəllim kollektivinin arasında böyük hörmət qazanan Saleh işlədiyi şirkətdə də hamının sevimlisi idi. Hər kəs onu əliaçıq, zəhmətkeş, xeyirxah, vətənpərvər bir oğul kimi tanıyırdı. Beləcə, hər zaman haqqın, ədalətin tərəfində duran Saleh saleh əməlləri ilə ən yüksək məqama – şəhidliyə ucaldı. Hərb tariximizin şanlı səhifəsini yaza-yaza...
Qəhrəmanlığı ilə tarix yazan Saleh Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundu və kitablaşdı, heykəlləşdi, yaddaşlara hopdu.
Ötərxan Eltac
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar