Xəbər lenti
Çalmalı ləqəbli ÖLÜMSÜZ OĞUL
“Tankın, topun gurultusu dağları silkələyirdi. Sanki nəhəng daşlar, qaya parçaları axışıb gələcəkdi üstümüzə. Mənzərə nə qədər vahiməli olsa da, bir an dayanmır, irəli atılırdıq. Düşmən xof və səksəkə içində itki verərək geri çəkilirdi. Döyüşçülərin əhval-ruhiyyəsi o qədər yüksək idi ki, hətta 4 gün əvvəl qida ehtiyatımızın tükəndiyinin fərqində deyildik. Çünki müqəddəs yola çıxmışdıq. O yol isə bizi Şuşaya aparırdı.
Düşmənin növbəti hədəfini darmadağın etdikdən sonra silah və ərzaq anbarını ələ keçirdik. Artıq güllə səsləri kəsilmişdi, elə bil cəsəd əkilmişdi torpağa. Dincimizi almaq, toqqamızı bərkitmək üçün fürsət idi. O gün əldə etdiyimiz qidanı öncə gənc döyüşçülər, sonra isə digərləri arasında bölüşdürən İmaməddin özünə bir loxma da saxlamadı. Hələ üstəlik “kimin ehtiyacı varsa, buyursun, çünki qarşıda keçilməz, təhlükəli yollar gözləyir bizi, ərzaq gəlməyə də bilər” - deyib hər kəsi döyüşə səslədi. Son 4 gün ərzində boğazından bir udum sudan başqa heç nə keçməsə də, sonuncu loxmasını da silahdaşları arasında böldü İmaməddin. İmaməddin belə etibarlı, inanclı, inamlı, imanlı və səxavətli oğul idi.”
O günləri acı bir təəssüflə xatırlamağa çalışdı polkovnik-leytenant Firdovsi Vəliyev.
Həm silahdaşları, həm də komandirləri arasında böyük hörmət, inam, etibar qazanan, cəsur döyüşçü və qorxmaz kəşfiyyatçı kimi dillərdə əzbər olan “Çalmalı” ləqəbli İmaməddin özünü milli qəhrəman Mübariz İbrahimovun davamçısı adlandırmış, onun getdiyi şəhadət yolunu özünə yol seçmişdi. Yolu sonacan getməyi bacardı və arzusuna çatdı. Füzulidən Qubadlıya, ta ki Daşaltıyacan keçdiyi döyüş yolu onun cəsurluğunun, yenilməzliyinin bariz nümunəsidir.
İmaməddin Beyləqanın Kəbirli kəndində zəhmətkeş bir ailədə doğulub. Güvənli, etibarlı, səxavətli, sədaqətli və xeyirxah bir oğul kimi tanınıb. Zamin durduğu şəxs sorğu-sual edilməyib heç vaxt. Hətta dünyagörmüşlər onu səxavətinə görə Hatəmlə müqayisə ediblər.
Abdullazadə İmaməddin Əsgər oğlu “Çalmalı” ləqəbi ilə tanınan cəsur kəşfiyyatçı, mahir bir nişançı idi.
Polkovnik-leytenant Firdovsi Vəliyev İmaməddinlə ilk görüşünü xatırlamağa çalışdı.
İlk dəfə 2020-ci ilin oktyabrın 9-da İmaməddinlə Alxanlı istiqamətində tanış oldum. Çavuş rütbəsində müddətdən artıq xidmət eləyən hərbi qulluqçu idi. Ertəsi gün baş verəcək döyüşün konturlarını cızırdıq. İmaməddin də öz təkliflərini verdi. Zənn etdim ki, ərazini yaxından tanıyan, döyüş təcrübəsi olan bir qulluqçudur. Ümumiyyətlə, geniş müzakirələrdən sonra qənaətə gəlindi ki, əvvəlki təkliflərin üzərində düzəlişlər edilsin.
Oktyabrın 10-u obaşdan Qaraxanbəyli-Füzuli istiqamətində döyüş başladı. Məhşur “Ohanyan xətti” qarşımıza keçilməz bir sədd çəksə də, irəliləyir, düşmənin “topdağıtmaz” istehkamlarını darmadağın etməyə çalışırdıq. Bütün bunlarla yanaşı, düşmən çox güclü müqavimət göstərir, bir addım geri çəkilmirdi. Qan su yerinə axırdı. Hər iki tərəfdən xeyli ölən və yaralı vardı. İtkilərin sayı artsa da döyüş şiddətlənir, ara vermirdi.
İllər öncə ehtiyata buraxılsam da, döyüş başlayan kimi könüllü olaraq sıralara qoşulmuşdum, hətta sıravi əsgər kimi döyüşməyə hazır idim. Çünki illər öncə hərbi sahəni seçəndə öncə 20 Yanvar və Xocalı soyqırımı gəlmişdi gözümün önünə. Hələ Laçının, Kəlbəcərin, Şuşanın, Qubadlının, Zəngilanın və digər ərazilərin işğalından danışmıram. Nə isə, o gün döyüşçülərin heç birini tanımırdım, onların fərqli keyfiyyətlərinə bələd deyildim.
Döyüş davam edirdi. Xeyli irəliləmişdik. Bəzi cinahlarda yaraqlılar geri çəkilmişdi. Ayağımız altındakı leşlərin sayı bəlli deyildi. Bir tərəfdə isə düşmənin atılmış bayrağı üzü qərbə tərəf sürünürdü. Daha dəqiq desək, bayraq küləyin qabağına düşüb qaçırdı elə bil. Tankı, topu, iri çaplı silahları atıb qaçan düşmənin bayrağı təbii ki, özgə yurdda dalğalana bilməzdi.
Düşmənin səngərinə doğru irəliləyirdik, səngərə girməyə iki-üç addım qalmışdı. Bu məqamda İmaməddin sol tərəfdən özünü qabağa atdı. Sanki sinəsi ilə məni dövrələyib hansısa bir təhlükədən qorumağa çalışırdı. Özü isə vaxt itirmədən əlindəki qumbaraatanla (tapançası da vardı) özünü səngərə atdı. Bir anlıq gözümü yumdum, çaşıb qalmışdım. Elə zənn etdim ki, hansısa səhvə yol vermişəm, yaxud da ehtiyatı əldən vermişəm. Gözümü açanda İmaməddin səngərlə irəliləyir, qarşısına çıxanı cəhənəmə göndərirdi. Əslində, İmaməddin məni gözlənilməz təhlükələrdən qorumaq üçün hər kəsin bacara bilmədiyi cəsarətli addım atmışdı. O, məni qorumaq üçün ölümün üstünə atılmışdı. Çünki
səngərdə nələrin baş verəcəyini yalnız ehtimal etmək olardı. O elə sürətlə irəliləyirdi ki, dalınca qaçsam da çata bilmirdim. Mən İmaməddini məhz o gün tanıdım. İnandım, güvəndim, etibar etdim və özümə arxa-dayaq sandım. Və bir daha əmin oldum ki, bu cür cəsur, qorxmaz oğullarla dünyanı fəth etmək olar. İnandım ki, məndən ötrü özünü ölümün ağuşuna ata bilən oğul mənim ömürlük sirdaşım, qardaşım, yaxınım, doğmam olacaq. Artıq o gündən sonra hər zaman qoşa addımladıq. Firdovsi o günləri yada saldıqca, gah kövrəlir, gah da qürurlanırdı. Bəzən dilinə gətirəcəyi kəlmələr tıxanıb qalırdı boğazında. O zaman köksündən qopan ah dəli bir nərə kimi qəlbləri titrədirdi. Çünki sözlə ifadə olunmayan fikir-düşüncələr cəmləşirdi o ahda. Bəlkə də o ahın ağırlığını, tutumunu ölçmək mümkün olsaydı, köksün bu ağır yük altında parçalanmaması hər kəsi heyrətdə qoyardı.
Həmin ərazidə irəliləmək o qədər asan olmasa da, kimsə bir qarış geri çəkilmirdi. Güllə yağışı altında ölümə meydan oxuyan oğullarımız irəlilədikcə, düşmən daha da qorxuya düşür, silah-sursatı, bəzən də ağır texnikaları atıb qaçırdılar. Bəzən bir yüksəkliyi, yaxud da bir kəndi almaq üçün iki-üç gün müqavimət göstərsə də, sonda mühasirəyə salıb ölümlərinə fərman verirdik. Bu döyüşlərin hər birində İmaməddin silahdaşlarından fərqlənir, kabus kimi düşmənin başına çökürdü.
Uzun sürən Qaraxanbəyli döyüşündən sonra Merdinli istiqamətində növbəti əməliyyata girdik. Düşmən bir çox cinahlarda uduzub geri çəkildiyi üçün daha da amansız olmuşdu. Bəzən qumbaraatanla bir nəfərə atəş açır, bəzən də kor-koranə güllə yağışına tuturdular hər tərəfi. Fürsərti fövtə verməyən İmaməddin dərhal düşmənin mövqeyini təyin edib hədəf alırdı. Nişangaha gələnlərdən kimsə salamat qurtula bilmirdi. Onun hədəfi boşa getmədi heç zaman. O gün İmaməddin son mərmisini də “xərcləmişdi”. Geri çəkilən düşmənin silah-sursatı atıb qaçmaqdan başqa çarəsi yox idi. Ərazidə kifayət qədər mərmi vardı. İmaməddin mərmini qumbaraatana yerləşdirib özünə mövqe seçdi. Elə bu an düşmən əks istiqamətdən tanklarla həmlə etdi. İmaməddin öndəki tankı nişan alıb çaxmağı çəksə də atəş açmaq mümkün olmadı, çaxmağı təkrar çəkdi, amma yenə də açılmadı ki, açılmadı. Ya torpaq üzərində qalıb keyfiyyətini itirmiş, ya da yararlılıq müddəti başa çatmışdı mərminin. İmaməddin qumbaraatanı hirslə yerə çırpdı. Öz-özünə deyindi, qınadı özünü. Tank sürətlə irəliləyirdi. Qarşısını almaq mümkün olmasayacağı təqdirdə nələrin baş verəcəyini dilə gətirmək heyrət doğururdu. Qəflətən tank alova büründü. İmaməddin qismən rahatlansa da, “ovcumun içindəki hazır loxmanı mən yeyə
bilmədim” deyib hələ də təəssüflənirdi. Amma sol cinahdakı qüvvələrimizin dəqiq zərbəsi tankı susdura bilmişdi.
Cəbrayılın əksər hissəsi düşməndən təmizləndikdən sonra Hadrut qəsəbəsinə doğru irəliləmək mümkün oldu. Hadrutun ələ keçirilməsi Füzulinin mühasirəsini tezləşdirəcəkdi. Mühasirəyə alınan düşmən ya silahı yerə qoyub təslim olacaq, ya da mövqeyini qoyub qaçacaqdı. Odur ki, Dədəli, İşıqlı, Gecəgözlü istiqamətindən hücuma keçən ordumuz düşməni mühasirəyə almağı bacardı. Düşmən kifayət qədər silah-sursata və topdağıtmaq istehkamlara sahib olduğu üçün müqavimət göstərir, hər tərəfə od yağdırırdı. Qızğın döyüş o gün hər iki tərəfə ağır itki verdi. Nəhayət, otkyabrın 29-da “Ohanyan səddi” müzəffər ordumuz tərəfindən darmadağın edildi. Düşmən geri çəkilməkdən başqa çarə tapmadı.
Ermənistanın nə iqtisadiyyatı, nə ağıllı bir siyasəti, nə də güclü bir ordusu vardı. Sadəcə, keçilməz sandıqları “Ohanyan səddi”nə güvənir və inanırdılar ki, heç bir qüvvə bu sədd qarşısında tab gətirə bilməz. Mifləşdirilmiş bu səddin keçilməzliyinə özləri də inanmışdı. Cıdır düzündə Paşinyana rəqs elətdirən - oynadan da o səddin “keçilməzliyi” idi. Amma düşünmədi ki, şərabın təsiri altında Azərbaycan “Yallı”sını oynamaqla həyatının ən böyük xətasını etdi. Anlamadı ki, bu yurdun qurd ağızlı oğulları bir gün ona qan qusduracaq. Dərk etmədi ki, bu torpaq min illər boyu yalnız və yalnız türk yurdu olub.
Qaraxanbəyli istiqamətindən düşmənün üzərinə yeridikcə geri çəkilmiş, adını xatırlamadığım bir çayın sahilində tələ qurmuşdular. Bir xeyli irəlilədikdən sonra düşmənin minaatanları hər tərəfdən başımıza yağdı. Artıq bir nəfər şəhidimiz vardı. O qədər fərqinə varmasaq da amansız bir tələ idi. Ərazini tərk etmək, minaatan yağışından qurtulmaq üçün İmaməddin var-gəl edir, əsgərləri qırğına verməkdən ehtiyatlanırdı.
O zaman hərbi hissənin kəşfiyyat rəisi Firdovsi Vəliyev idi.
Hər kəs təhlükəsiz yer axtarır, minaatanların amansız zərbəsindən qurtulmağa çalışırdı. Bir yandan da avtomat və pulemyotlar dərədə əks-səda verirdi. Dar dərədə mövqe seçmək də mümkün deyildi. Şəhidi çıxarmaq üçün dörd nəfər önə çıxdı. Bu dəfə komandir Firdovsi Vəliyev öz sinəsi ilə onları qorumağa çalışdı. Bir az irəliləmişdilər ki, qarşıda kimsə səsləndi. Fərid Sarıyev (şəmkirli) yoxdur! Görən varmı?! Cavab arxadan gəldi. Buradayam! Sən demə, Fərid məni – komandirini qorumaq üçün hər kəsdən xəbərsiz arxaya keçibmiş. Bəli, o məni qoruyurdu, tanımadığım, adını bilmədiyim, cəmi üç saatlıq döyüşdə
o bütün vücudu ilə məni qoruyurdu. O, bir Azərbaycan oğlu idi, o, bir xalqın qürur duyduğu müsəlləh ordunun qulluqçusu - əsgəri idi. O, torpağa sevgi və düşmənə nifrətlə silahlanan bir cəngavər idi. O, ölümün gözünə dik baxan, yurdu, eli, obası, hətta komandiri üçün ölümün ağuşuna atılmağa hazır olan qəhrəman idi. Bu kimi oğullarla çiyin-çiyinə döyüşmək həm qürurludur, həm də fəxrdir. Bu kimi oğullarla irəlilədikcə döyüşün bütün çətinlikləri unudulur, əhval-ruhiyyə yüksəlirdi.
“Ohanyan səddi” nə qədər güclü və keçilməz olsa da, əsgərlərimizin qəhrəmanlığı gözümüzü qorxutmurdu. Cəsarət, təpər, inam, iman və düşmənə olan nifrət bir vəhdət təşkil etdiyi üçün bütün sədlər darmadağın oldu. Kimisi Xocalı qisası ilə, kimisi Qaradağlı-Ballı qaya, kimisi Ağdaban, kimisi hələ Birinci Vətən müharibəsində (1-ci Qarabağ savaşı) ali mərtəbəyə yüksələn şəhidlərin qisası ilə silahlanmışdı. Ona görə də hər bir əsgər son damla qanına qədər vuruşmağı, torpaqlarımızın azadlığını təmin etməyi özü üçün ən ümdə vəzifə sayırdı.
Qarşıda qan çanağı – Daşaltı vardı. O Daşaltı ki, hələ 1991-ci ildə neçə-neçə igidimizin tələyə salınaraq öldürülməsinə şahidlik edib. O Daşaltı ki, sapı özümüzdən olan baltaların ağır zərbəsi altında qanına qəltan edilib. O Daşaltı ki, cəsur, qorxubilməz oğulları bilərəkdən ölümə göndərən soysuz bir şərəfsizin xəyanətinə meydan olub. Elə ona görə də ordumuz alnımıza vurulan qara ləkəni silmək üçün Hadrutun (Ağoğlanın) və
Füzulinin azadlığından sonra öncə Daşaltı istiqamətində hərəkətə keçdi. Həm də ona görə ki, Daşaltı yolu ordumuzu Şuşaya aparacaqdı.
Bölük üç hissəyə bölündü. Cinahlar – hərəkət istiqaməti təyin edildikdən sonra dəstənin biri İmaməddinə həvalə edildi. Çünki o, diribaşlığı, cəsarəti və təcrübəsi ilə silahdaşlarından fərqlənirdi.
-Düşmənin sədlərini yarıb Topxana meşəsi ilə irəliləməli idik. Hər tərəfdən od yağırdı. Soyuq, şaxtalı günlər, keçilməz yollar da bir yandan... Bütün çətinliklərə sinə gərərək irəliləyirdik. Artıq həm də Xüsusi Təyinatlıların komandiri polkovnik Tehran Mənsimovun tabeliyində idik. Bir sözlə, bütün zabit heyəti də bizimlə çiyin-çiyinə idi. Komandir öndə olduğu üçün hər bir əsgər daha cəsarətlə döyüşür, düşmənin üzərinə şığıyırdı. Düşmən nə qədər atəşə tutsa da, biz yolumuzu dəyişmir, “yolumuz Şuşayadır”, -deyib irəli atılırdıq. Həqiqətən də hər kəs ölümə meydan oxuyurdu. Yollar dar, ensiz, uçurum olmaqla bərabər həm də vəhşi ağaclara təslim olmuşdu. Bəzən bu sıxlıqdan göy üzü də görsənmirdi. Amma hər kəs irəliləyir, Şuşaya can atırdı. İlahi bir eşq hər kəsi qanadlandırmışdı
sanki. İllərdən bəri həsrətində olduğumuz o yurda tez çatmaq üçün var gücümüzlə irəliləyirdik. Xəyallarımızda canlandırdığımız, hətta neçə-neçə xanlara, şahlara, sərkərdələrə baş əyməyən Şuşanı fəth etmək üçün varlığımızdan keçməyə hazır idik. Baxmayaraq ki, dörd gün idi qidamız tükənmişdi. Amma kimsə ac-susuz olduğunu dilinə gətirmir, daha da təpərli görünməyə çalışırdı. Uzun ayrılıqdan sonra ana balasına necə sarılırsa, Şuşanın boynuna sarılmağa, qucağına girməyə can atırdıq. Aclıq təhlükəli düşmən olsa da, o gün kimisə taqətdən sala bilmədi. O gün çiskinli Şuşa havası suyumuz, çörəyimiz ola bildi.
İmaməddin həmişəki kimi yenə öndə idi. Dəbilqəsini çıxarıb yenə də çalmasını taxmışdı. Sanki ayağı yerə dəymirdi. 30 ilin həsrəti quş qanadlı etmişdi hər kəsi. Hər kəs istəyirdi ki, Şuşaya ilk ayaq basan o olsun. Şuşada düşmənin nə qədər ağır texnikası, nə qədər canlı qüvvəsi olduğunu bilmədiyimiz halda, bizi gözləyəcək ölüm təhlükəsindən də çəkinmirdik. Beləcə, bütün çətinlikləri dəf edə-edə nəhayət noyabrın 1-i gecə saatlarında Daşaltının başı üzərinə çatdıq. Cıdır düzü, Telestudiya və Şuşa gözümüzün önəndə idi.
Düşmənin postunu ələ keçirmək elə də çətin olmadı. Xeyli silah-sursat və qida ehtiyatı vardı səngərdə. Çalmalı dərhal önə keçdi. Həqiqətən də “Loxma dağ aşırar” məsəli burada yerinə düşürdü. Üç-dörd nəfərə bir balıq konservi olmaqla, bir dilim də çörək payladı. Əlində bir dilim çörəkdən başqa heç nə qalmamışdı. Amma yenə də uca səslə: “kimin ehtiyacı var, kimə lazımdır”, - dilləndi. Özü ac olsa da son tikəsini də bölüşməyə çalışırdı. İmamədin belə bir oğul idi, sözübütöv, qorxmaz, cəsarətli olmaqla yanaşı, səmimi, mehriban, canıyanan və dostcanlı.
Noyabrın 4-də Daşaltıda idik. O zaman bütün strateji yüksəkliklər düşmənin əlində idi. Ona görə də pusquya düşdük. Üç tərəfdən mərmilər dolu kimi yağırdı. Şəhid və yaralılarımız vardı. Onları təxliyə etmək asan olmasa da, kimisə döyüş bölgəsində qoya bilməzdik. Mən də yaralanmışdım, digər zabit yoldaşlarım da... Amma yenə də cəsarət tapıb təhlükəsizliyə çəkilə bildik. Yalnız Göygöldən Əhmədov Urfanı döyüş bölgəsindən çıxarmaq mümkün olmadı. Göz-gözü görmürdü, həm hava dumanlı idi, həm də zülmət qaranlıq.
-Urfan, Urfan, təcili tərk elə mövqeyi... – Firdovsi Vəliyev səsini qaldırdı.
-Yox, komandir, mən İmaməddinisiz çıxmayacağam buradan.
Biz İmaməddinin harada olduğunu bilmirdik. Çünki düşmən gülləsi başımıza yağanda kimisi ağacın, kolun, kimisi daşın, qayanın arxasında özünə sığınacaq seçmişdi. Ona görə də kimin harada olmasından xəbərsiz olduq. Silahdaşlarından soruşdum, amma İmaməddinin harada olmasını bilən olmadı.
Biri dedi o tərəfə getdi, biri dedi bu tərəfdə gördüm, o tərəfə də getdik, bu tərəfə də, amma tapılmadı ki, tapılmadı. Urfan yenidən döyüş bölgəsinə girdi. Sanki havalanmışdı.
“Urfan, İmaməddin burada yoxdu, bəlkə də digər tərəfdə silahdaşlarının yanındadı, buranı tərk edək, görürsən ki çox təhlükəlidir.” Nə qədər çalışsam da “Yox, rəis, mən İmaməddinsiz buranı tərk etməyəcəyəm” deyib israr etdi.
-Urfan, bəlkə də İmamədin pusqu bölgəsini tərk edib.
-Rəis, inanmıram, o, bölgəni tərk etsəydi səsi gələrdi, mən İmaməddinin səsini eşitmirəm.
Artıq günəş qarlı dağların başına sərmişdi qızılı yaylığını. Sərin meh qatı dumanı qovub aparmışdı uzaqlara. Döyüş səngimişdi. Yem dalınca yuvalarını tərk edən quşların çikkiltisi eşidilmirdi heç. Ölü bir sükut kabus kimi çökmüşdü ətrafa. İmaməddinin səsi eşidilmirdi ta. O səs ki, hər kəsi düşmənə qarşı daha da amansız olmağa, qisasa çağırırdı. O səs ki, düşmənin məkrli, hiyləgər, qorxaq olduğu qədər də şərəfsiz, alçaq olduğunu hayqırırdı. O səs ki, şəhidlərimizin qanını almaqla yanaşı, torpaqlarımızı murdar caynaqlardan azad etmək üçün hər kəsi birliyə, bərabərliyə haraylayırdı. O səs haqqın, ədalətin, birliyin, bütövlüyün carçısı idi. Ona görə də o səs Şuşa nəfəsli dağların köksünə hopdu. O səs gələcək nəsillərə miras qaldı. Çünki o səs vətən, torpaq, yurd, el, oba nəfəsli idi. İllər, əsrlər keçsə də, o nəfəs yurdda dolaşacaq, qəlbləri isidəcək, könülləri fəth edəcək.
İmaməddin amansız savaşlarda bir neçə dəfə yaralanmışdı. Amma ağrılara təslim olan oğul deyildi. “O ilk dəfə yaralananda elə bildim ki, sağ qolumu itirdim, ertəsi gün səngərə döndü”, “sizi tək qoya bilmərəm” deyib gülümsündü bir az. Bəlkə də ən çox mən sevinmişdim o gün, - Firdovsi hönkürtüdən özünü zorla saxladı.
Ən qorxulu, təhlükəli, çətin tapşırıqlara İmaməddin gedirdi. Özü də qətiyyət və israrla. Onun “Allahu-əkbər” sədaları hətta düşməni vahiməyə salırdı. Həm də o, ölümdən qorxmurdu. Şəhid olmaq üçün tam hazır idi. O ali mərtəbəyə yüksəlmək üçün bütün çətinliklərə sinə gərir və düşmənə qarşı daha da amansız olurdu. Çünki Xocalının qisası onun varlığını sarmışdı.
Qaraxanbəyli istiqamətindən ağır döyüşlərdən sonra xeyli irəliləmişdik. Qarşıdakı yüksəkliyi ələ keçirməyə çalışırdıq. Düşmənin artilleriyası hər tərəfdən hücuma keçdi. O gün bir neçə nəfər şəhid verdik. Şəhidləri ərazidən çıxarmağımız öz həyatımız bahasına başa gələcəkdi. Odur ki, mövqe seçib zamanı gözlədik. O gecə erməni yaraqlıları şəhidlərimiz bölgədən çıxarmağa çalışdı. İmaməddin tətiyi çəkdi. Sabaha qədər bir neçə dəfə cəhd etsələr də İmaməddinin sayıqlığı onların qarşısına sipər oldu. Növbəti gecə də eyni hal təkrar olundu. Düz 17 gündən sonra əsgərlərimizin nəşini bölgədən çıxara bildik.
Düşmənin Füzulidə tank hərbi hissəsi yerləşirdi. Merdinli kəndində on səkkiz otaqdan ibarət yeraltı idarəetmə məntəqəsi vardı. Həmin ərazi həm də güclü qoruma altında idi. Buna baxmayaraq, artilleriyamızın zərbəsindən yayına bilməyən bir neçə tank sıradan çıxarıldı. Bir tank isə yararlı vəziyyətdə qənimət olaraq ələ keçirildi. Cəsədlərin sayı-hesabı yox idi, hətta yaralıları da atıb qaçmışdılar.
Oktyabrın 18-19-u olardı, Füzulinin Şəkərcik kəndində idik. Cəsədlərin qoxusu, üfunəti baş çatladırdı. Yaxında olanların üstünü torpaqlasaq da, iy ətrafı sarmışdı. Üfunətdən qurtulmaq üçün məqam axtarmaqda ikən yaxınlıqda çaqqallar ulaşdı. Düzü, sevindim, fikirləşdim ki, çaqqallar leş iyinə gəlirsə, bu gecə bir dənə də olsun leş qalmayacaq. Obaşdan əraziyə baxanda çaqqalların leşə toxunmadığını gördüm. Gecələr ova çıxan ac çaqqal hətta murdar erməninin üfunətli leşindən iyrənmişdi deyəsən.
Firdovsi Vəliyev ağır-ağır dilləndi: İmaməddin arzumu ürəyimdə qoydu təəssüf ki..
Hansısa bir tədbirdə, şənlikdə, toyda heç vaxt qol götürüb oynamadım. Söz vermişdim ki, mən Şuşada oynayacağam. O vaxt Şuşa bizim üçün bir röya idi. Düzdür, döyüş zamanı Şuşaya çata bilmədim, Daşaltıda ağır yaralandıqdan sonra cərrahi əməliyyat keçirdim. Yalnız sağalandan sonra Şuşaya yol saldım. Axı söz vermişdim, söz vermişdim ki, Şuşada oynayacağam. Amma yenə də oynaya bilmədim. Axı İmaməddinsiz gəlmişdim. İmaməddin Şuşaya çıxa bilməmişdi. Bax beləcə, geri döndüm, arzum ürəyimdə qaldı.
Mayor Elçin Alıyev (Sumqayıt) adlı bir zabitimiz vardı. Hər zaman şəhid olmağını arzulayırdı. O arzu ilə savaşanlardan biri də İmaməddin idi. Hər zaman dəbiləqsini çıxarıb çalma taxardı. “Biz Allahın ordusuyuq, düşmən bizə qalib gələ bilməz” deyib düşmənin üzərinə şığıyırdı. Həm də şəhid olacağını bilirdi.
Bir dəfə əmisi oğluna bir səs yazısı göndərmişdi: “Bilirəm, mən şəhid olacağam, xahiş edirəm məzarıma yalnız baş daşı qoysunlar, amma sinə daşı qoymasınlar. Qoy Allahın bəxş elədiyi rəhmət yağışı axıra qədər üstümə yağsın. Bu mənim vəsiyyətimdir. Salamat qalın...” “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni təltif edilən kiçik çavuş İmaməddin Əsgər oğlu Abdullazadə Vətən müharibəsində şərəfli döyüş yolu keçərək Azərbaycan hər tarixinə öz adını yazmağı bacardı. Yaddaşlarda heykəlləşdi, tarixləşdi, nəzmin, nəsrin qanadlarında ağızdan-ağıza, dildən-dilə keçərək könüllərdə yuva qurdu. İbrət, örnək bir yuva...
Ötərxan ELTAC
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar