Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Rusiyanı Qarabağdan birdəfəlik çıxarmaq yolunu tapmalıdır - Amerikalı ekspert

Tarix: 04-02-2022 16:21     Baxış: 3172 A- / A+


"Türkiyə İkinci Qarabağ Müharibəsi zamanı, xüsusən də digər Qərb dövlətlərinin susqunluğu və ya təzyiqləri fonunda özünü Azərbaycanın mühüm siyasi müttəfiqi olduğunu sübut etdi".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
Amerikalı ekspert bildirib ki, Türkiyə ilə qarşılıqlı müdafiə sazişi Azərbaycanın beynəlxalq təhdidlərə və qlobal çağırışlara qarşı atılan ilk mühüm addımdır:
"Qarşılıqlı müdafiə müqaviləsi olan Şuşa Bəyannaməsi Türkiyənin güclü hərbi sənayesini Azərbaycanın yaxşı təlim keçmiş qüvvələri ilə təbii ittifaq kimi bir araya gətirir. Bu, istər dövlət, istərsə də qeyri-dövlət aktorları tərəfindən xarici düşmənlərin gələcək potensial hücumlarına qarşı hazırlığını təmin edir. Belə bir ittifaqın erməni revanşistləri ilə yanaşı, terrorçu qruplaşmalara da çəkindirici təsiri olacağı şübhəsizdir. Bununla belə, Azərbaycan öz müstəqilliyinin təminatçısıdır və heç vaxt bu hərbi əməkdaşlığa rəğmən başqa dövlətlərdən, hətta yaxın müttəfiqlərdən də asılı olmamalıdır. Bu cür ittifaqlara ilk deyil, sonuncu çıxış yolu kimi müraciət etmək lazımdır və müqavilələrin şərtlərini xatırlamaq lazımdır.
Yadda saxlamaq lazımdır ki, Qazaxıstana hücum daxili məsələlərlə bağlı idi və Ukraynaya gəlincə, Qarabağın timsalında nəzər yetirsək görərik ki, işğalçı Rusiya təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə sülhməramlı kimi çıxış edir. Ən düzgün olanı Rusiyanı oradan tamamilə çıxarmaq yolunu tapmaqdır ki, bu da Ermənistanın müdaxiləsi ehtimalını azaldar.
Azərbaycanın yeni, effektiv və hərbi ittifaqlar yaratması və iştirakını artırmaq vaxtıdır. Türkiyə ilə qarşılıqlı müdafiə sazişi Azərbaycanın beynəlxalq təhdidlərə və qlobal çağırışlara qarşı mühüm müttəfiq kimi güclənməsi istiqamətində atılan belə mühüm ilk addımdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar