Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

M.Hess: “Azərbaycan mədəniyyətinə verdiyi töhfəyə görə Şuşa Almaniyanın mədəniyyət beşiyi Vaymar ilə müqayisə edilə bilər”

Tarix: 01-02-2022 17:12     Baxış: 3263 A- / A+


Almaniyalı alim Mixael Raynhard Hessin TRT Deutsch –Türkiyə radio və televiziya kanalının Almaniya nümayəndəliyinin internet səhifəsində “Məclis – Azərbaycan mədəniyyətinin mərkəzi forumu“ məqaləsi alman dilində yayımlanıb.
Məqalədə Avropada erkən sənayeləşmə dövründə formalaşan “ədəbi salonlar”ın Şərq ölkələrindəki oxşarı olan “ədəbi məclislər” Şuşa şəhərinin timsalında təhlil edilir. Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafına verdiyi töhfələrə görə Şuşa Almaniyanın Vaymar mədəniyyət mərkəzi ilə müqayisə olunur.
M.Hess məqalədə, xüsusilə, Qarabağ xanlığının çar Rusiyasi tərəfindən istilasından sonra baş verən mədəni transformasiyanın təsirlərini Cəfərqulu xanın (1787-1866) yaradıcılığının nümunəsində izah edir. Qarabağ və Şuşa xanı İbrahim Xəlil xanın nəvəsi olan Cəfərqulu xan 1829-ci ildən Rusiyadan sürgündən qayıtdıqdan sonra Şuşada 30-40 nəfər yaradıcı şəxsin iştirakı ilə müntəzəm ədəbi məclislər keçirirdi. Sonrakı illərdə Xurşidbanu Natəvanın (1832-1897) “Məclisi-üns” (“Dostluq məclisi”) və Mir Möhsün Nəvvabın (1833-1918) “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) ədəbi məclislərinin timsalında Şuşa Azərbaycan ədəbiyyat tarixində məclis mədəniyyətinin əsas mərkəzi kimi təqdim edilir.
Məqalədə həmçinin Hannover Krallığından olan şair Fridrix Martin von Bodenştedtin (1819-1892) 1840-ci illərdə gəncəli şair Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi və “məclis”in sinonimi olan, ədəbiyyat dərnəyi “divan”a qatılması, 1851-ci ildə Almaniyaya qayıtdıqdan sonra isə Vazehin şerlərini nəşr etdirməsi təqdir edilir.
Alman alim həmçinin vurğulayır ki, bu mədəni-ədəbi məclislər Şuşa və ümumilikdə, Qarabağ diyarının Azərbaycan mədəniyyət və ədəbiyyat tarixində misilsiz əhəmiyyətə malik olduğunu bir daha isbatlayır.
M.Hess yazır ki, bu araşdırmalardan bir daha aydın olur ki, “30 il davam edən işğal dövründə nəyə görə sistematik olaraq Şuşadan Azərbaycan irsini silmək məqsədilə onun təhrif edilərək dəyişdirilməsi üçün sağlam düşüncəyə sığmayan cəhdlər edilmişdir.”
M.Hess Almaniyanın Qiesen Universitetində çalışır. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 2016-cı ildə Berlində alman dilində nəşr edilən “Tanklar cənnətdə” və 2020- ci ildə Münxendə ingilis dilində nəşr edilən “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin acılımı” adlı kitabların müəllifidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar