Xəbər lenti
“Rusiya sərhədin 1920-ci il xəritəsi ilə çəkilməsini istəyir” – Şərh
"Rusiya Prezidenti Vladimir Putin Valday forumunda çıxış edərkən, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin Rusiya Baş Qərargahının arxivində olduğunu bildirmişdi. Bu məsələsə Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. İddia edilir ki, Rusiya 1920-ci il xəritələrini nəzərdə tutur, Azərbaycanda isə hələ ki, böyük ajiotaj yaratmasa da, müzakirələr ən uc nöqtələrdə gedir: hakimiyyətə yaxın media və rəsmilər hər şeyi ağ rəngdə, özünə müxalifət deyən marginallaşmış bir qrup isə hər şeyi qara rəngdə göstərməyə çalışır”.
Manevr.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əslində həqiqət "nə ağ, nə də qara” tərəfdədir, "ortada”dır:
"Ermənistan tərəfi isə 3 məsələni ayrı-ayrı müzakirə etməyi, razılıqların ayrı müqavilələrlə tənzimlənməsinə çalışır: sərhədləri dəqiqləşdirmək istəyir, kommunikasiyaların açılmasında maraqlıdır, amma ərazi bütövlüyü məsələsini sonraya saxlayıb, Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların statusunu ayrıca müzakirə etməyi düşünür. Rusiya nə istəyir? Kreml kommunikasiyaların açılmasında maraqlıdır, çünki Ermənistana alternativ və daha təhlükəsiz yol əldə edir, Ermənistanla Rusiyanı bağlayan yeganə quru yolun Gürcüstan ərazisindən keçdiyini nəzərə alaraq, rəsmi Tiflisdən bu məsələdə asılılığını azaltmağı düşünür. Sərhədlərin dəqiqləşdirilməsində də Rusiyanın marağı var, çünki həmən Azərbaycan-Ermənistan sərhədini Moskva qoruma altına alacaq, regionda öz hərbi mövcudiyyətini artıracaq, gücləndirəcək. Amma rəsmi Kreml də Azərbaycanda yaşayan erməni əsilli azərbaycanlılarla bağlı məsələni açıq saxlamaqda israrlı və maraqlıdır ki, daim bu "kartdan” istifadə edib hər iki ölkəyə olan təsir rıçaqlarını əlində tutsun. Çünki hərtərəfli sülh sazişi olsa, Rusiyanın "sülməramlı” adlanan qüvvələrinin Xankəndi və ərtafında qalması mənasızlaşacaq”.
N.Cəfərlinin fikrincə, Rusiya həm də ona görə SSSRİ-nin 1920-ci illər xəritəsi məsələsini ortalağı atıb ki, özü üçün yeni president yaratsın:
"Bir çox Rusiya torpaqları, o cümlədən Krım, Ukraynanın, Belarusun, Qazaxstanın bəzi bölgələri 1922-ci il, SSRİ-nin təsisindən sonra müttəfiq respublikalara verilib. İndi Azərbaycan-Ermənistan arasında 1920-ci illərin xəritəsinə əsaslanaraq sərhədlərin müəyyənləşdirilməsi sabah Kremlə Ukrayna, Belarus, Qazaxstanla oxşar yanaşma üçün əsas yaradacaq və ya Kreml bu yanaşmanı yaratmağa çalışacaq.
Azərbaycana 1920-ci il xəritələri çərçivəsində sərhədlərin müəyyənləşdirilməsi sərf edir, kommunikasiyaların açılması da maraqlarımıza uyğundur, amma Xankəndi və ərtafında yaşayan erməni əsilli azərbaycanlıların gələcəyi ilə bağlı məsələlərin ertələnməsi maraqlarımıza heç uyğun deyil. "Yəni, orbazlı desək, bu raundu 2:1 uda bilərik, amma sonrakı raundlara yaxşıca hazırlaşmalıyıq”. Hakimiyyət bölgüsü və mürəkkəb idarəetmə - mer institutunun yaradılması, bələdiyyələrin təkmilləşməsi, hökumətin iqtisadi siyasətdən və islahatlardan tam məsuliyyət daşıması, parlamentin siyasi təsir imkanlarının genişlənməsi gələcək mümkün təzyiqləri neytrallaşdırmaq üçün vacibdir”.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar