Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Onlar gözləmirdilər ki, biz dağlardan keçib gələcəyik...”

Tarix: 23-05-2021 15:48     Baxış: 4226 A- / A+
“Onlar gözləmirdilər ki, biz dağlardan keçib gələcəyik...”

Rusiyanın “RİA Novosti” agentliyinin əməkdaşı Qaliya İbrahimova bu günlərdə bir qrup jurnalist və politoloqla birlikdə Xocavəndin Hadrut qəsəbəsində olub. Rusiyalı jurnalistin bir vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə daxil olmuş və ordumuzun 44 günlük müharibədə parlaq əməliyyatla azad etdiyi qəsəbədə görüb eşitdikləri haqda reportajını ixtisarlarla təqdim edirik:

“Avtobus kəskin tormozlayır, sürücü komanda verir: “Beş dəqiqəlik fasilə və yola davam! Hadruta çatırıq”. Lakin yolumuzu şüşə, kərpic qalıqları, yerə səpələnmiş ayaqqabılar kəsir Sakinlər evlərini tələsik tərk ediblər. İrəlilədikdə müharibənin izləri daha aydın görünür.
“Onlar gözləmirdilər ki, biz dağlardan keçib gələcəyik...”

Hadrutun girişində Azərbaycan bayrağının rənglərinə boyanmış iri daş qoyulub. Müharibəyə qədər isə orada tanınmaçış Dağlıq Qarabağ “respublikasının” bayrağı var idi. “ilk iş bunu rəngləmək oldu, onu da anlamaq olar. Hadrut Azərbaycandır”,-politoloq Rizvan Hüseynov deyir və daşın yanında şəkil çəkdirir.

Ətraf dağlardır, meşələrdir, çöllərdə güllər açıb. Aşağıda, gözəl mənzərəli vadidə isə şəhər yerləşir. Bu, Hadrutdur. Qarabağ müharibəsi vaxtı şəhər münaqişənin episentrində idi. Döyüşlər bir neçə həftə davam etdi və bu ərazilərin Azərbaycana qaytarılması ilə nəticələndi.
“Onlar gözləmirdilər ki, biz dağlardan keçib gələcəyik...”

Sovet dövründə Hadrut Dağlıq Qarabağ muxtariyyətinin tərkibinə daxil idi. Birinci Qarabağ müharibəsindən sonra isə “dqr”də inzibati mərkəz oldu, üstəlik sərhədləri Azərbaycanın Cəbrayl və Füzuli rayonları hesabına genişləndirildi.

Vadiyə tərəf yarım saatlıq yol və Hadrut elə bil ovcunun içindədir. Dağılmış yollarına və müharibəsonrası qarışıqlığa baxmayaraq şəhər salamatdır. Burada xarabalıqlar və Füzulidə olduğu kimi minalanmış çöllər yoxdur. Müharibənin izləri əvvəlcə gözə dəymir. Evlərin damı təzə rənglənib, evlər demək olar zərər görməyib. Mağazalar, apteklər...
“Onlar gözləmirdilər ki, biz dağlardan keçib gələcəyik...”

Ətrafda sakitlikdir, amma birdən yerə dəyən futbol topu səsi eşidilir. “Bizim hərbçilərdir. Vəziyyətə nəzarət edirlər. Ətrafda təxribatçılar azdırmı? Hadrutun ətrafından erməni diversantları ötən qışa qədər çəkilməmişdilər”,-Rizvan deyir.

Ətrafa səpələnmiş paltarlar və ayaqqabılar görünür. “Nə gizlədək, toqquşmalar oldu”,-iki dəqiqə əvvəl futbol oynayan hərbçilərdən biri deyir. Özünü təqdim edir: Qasım.

“Sakinlər və hərbçilər gözləmirdilər ki, biz dağlardan keçib gələcəyik. Şimaldan, Ağdərə tərəfdən zərbə gözləyirdilər, amma biz cənubdan gəldik. Cəbrayılda cəbhə xəttini yararaq Hadruta irəlilədik. Bu, Dağlıq Qarabağın cənub qapısıdır. Azərbaycanın cənubundan Qarabağın içərilərinə doğru əsas yol buradan keçir. Lakin ən başlıcası, buradan Şuşaya birbaşa çıxış var”,-o sözlərinə davam edir.
“Onlar gözləmirdilər ki, biz dağlardan keçib gələcəyik...”

Şəhərin nədən əldən ələ keçdiyi haqda suala Qasım belə cavab verir: “Oktyabrın ilk həftələrində döyüşlə kəşfiyyat oldu. Azərbaycanlılar Hadruta daxil oldular, ərazini öyrəndilər. Mərkəzə qədər gəlib çatdılar və müvəqqəti olaraq geri çəkildilər. KİV-lər bunu Bakının uğursuzluğu kimi yaydı. Onda biz cənub cihanını yardıq və şəhərə daxil olduq, ciddi müqavimətlə qarşılaşmadıq”.

O, erməni tərəfinin səhvini bunda görür ki, Hadrutu cəmi bir neçə bölük xüsusi təyinatlı və yerli sakinlərdən ibarət dəstələr qoruyurdu. “İctimai şüura yeridirdilər ki, şəhərdə şiddətli döyüşlər gedir. Lakin özünüz baxın, Hadrut salamatdır, dağıntılar minimaldır. Sakinlər üçün əvvəlcədən humanitar dəhliz açılmışdı”,-hərbçi bildirir.

Bakının planlarında Hadrut-Cəbrayıl-Şükürbəyli yolunu Zəngəzura gedən maistrala birləşdirməkdir. Bu yol Zəngəzur dəhlizinin bir hissəsi olacaq.
“Onlar gözləmirdilər ki, biz dağlardan keçib gələcəyik...”

Şəhərdəki kilsənin qarşısındakı panel evdə paltar ipi bağlanıb, hələ də üstündə mayka və köynək asılıb. Mənzillərin qapısı bağlı deyil. Birinci mərtəbədəki mənzillərdən birində yanında not dəftərləri tökülmüş pianino var. Döşəmədə isə ev əşyaları, vedrə, qab-qacaq. Hər yerdə qutular və paltarlar görünür. “İnsanlar sosial şəbəkələrə inanırdılar ki, guya şəhər ermənilərdədir. Son saatlarda tərk etdilər. Bir neçə ailə yaşlı valideyinlərini qoyub getmişdi. Azərbaycan onları sonradan ailələrinə qaytardı”,-jurnalistləri müşaiyət edən digər politoloq Nicat Hacıyev deyir.

Kilsənin qarşısında ərik bağı var. Yaxınlıqda keşişin evi yerləşir. Orada fotoşəkillər, kitablar ətrafa səpələnib. Hadrutu tərk etməzdən əvvəl , görünür keşiş kilsə ləvazimatlarını yandırıb.

Sürücü yola davam etməli olduğumuzu deyir.../virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar